Qara mürəkkəbböcəyindən burqer
Vincenzo Sxinvalın yerli restoran biznesində çevriliş edən yeni restorandır.
• Birincisi, bu Cənubi Osetiyada Avropa səviyyəsində olan ilk restorandır;
• İkincisi, şəhərdə yeganə çox mərhələli binadır;
• Üçüncüsü, burada eyni vaxtda üç mətbəx, o cümlədən də yapon yeməkləri təklif edirlər.
Nəhayət Vinçenso kafesində qeyri-adi və yeganə möcüzəli manqal var. Amma bu haqda bir az sonra.
Kafe sahiblərindən biri olan Albert Vəliyevin sözlərinə görə, burada hər şey – həm memarlıq üslubu və mebel, həm ventilyasiya və kondisionerləşdirmə, həm də xidmətin keyfiyyəti dəb və texnikanın son tələbləri ilə qurulub.
Ümumilikdə burada 80-dən çox gənc adam işləyir və “Vinçensonun administratoru olan Andrey Sokur deyir ki, bir neçə ay ərzində özü onlara işin qaydaları və üslubunu öyrədib.
“Süfrəni necə düzgün açmağı, necə ab-hava yaratmağı, qonaqlarla necə danışmağı və onlara gözəl xidmət göstərməyi öyrətmişəm. Mənim mövqeyim sadəcə ofisiantlar deyil, gələcəkdə hətta öz dövlətlərini idarə edə biləcək şəxsiyyətlər tərbiyə etməkdir. Və mən əminəm ki, mənim master-klasslarımı keçənlər həyatda öz yerlərini tapa biləcəklər.
Anjela Kokoyeva əslində jurnalistdir, amma iki il əvvəl universitetdə təhsilini bitirib, televiziyaya təcrübə almaq üçün gələndə birdən artıq bu sənətlə məşğul olmaq istəmədiyini anlayır.
“Bilmirəm, o vaxt nə baş verdi. Heç səbəbini də izah edə bilmərəm, amma jurnalistika nəsə gözümdən düşdü. Burada isə açıldığı gündən ofisiant işləyirəm, çox da xoşuma gəlir, yaxşı da qazanıram, ayda hardasa 20 min rubl [300 dollara yaxın] çıxır, çünki əksər müştərilər yaxşı çay pulu saxlayırlar.
“Vinçenso kafesi heç də ucuz bir ideya olmadı və sərmayə agentliyinin köməyi olmadan, onu açmaq çətin olardı. Kafenin hər bir mərtəbəsinin sahəsi 200 kvadrat metrdir, mərtəbələr də dörddür. Albert Vəliyevin sözlərinə görə, təkcə mebelə 5 milyon rubl [76,000 dollara yaxın], mətbəx avadanlığına isə 3,5 rubl [52,000 dolara yaxın] xərcləndi.
“Layihənin ümumi dəyərinin mütləq 10 faizini özümüzdən qoyub, illik 10 faiz altında iki kredit götürdük. Əvvəlcə peşmançılıq oldu, əsas maliyyələşmə ilə bağlı problemlər yarandı və biz planlaşdırdığımız vaxtda, yəni 2015-ci ilin dekabr ayında kafeni aça bilmədik. İşçi heyəti artıq öyrədilmiş və hazırlaşdırılmışdı! Nəticədə işçilərin bir hissəsi gözləmək istəmədilər və özlərinə başqa iş tapdılar, bununla da biz onlara qoyduğumuz pulu itirdik.
Albert Vəliyev zarafatla deyir: “Belə çıxdı ki, “Vinçenso kafesi hələ ayağa durmağa macal tapmamış, xeyriyyəçiliklə məşğul oldu – kadrları pulsuz öyrətməyə başladı.
Əslində “Vinçenso böyük kredit götürən sahibləri üçün əsəbi bir eksperiment oldu. Amma bu, sərmayə agentliyi üçün də əlamətdar bir hadisə idi, çünki bu onun 2014-cü ildən yarandığı andan etibarən yerli biznesin inkişafına verilən ilk sərmayə idi.
“Respublikada öz şəxsi biznesini açmaq və ya inkişaf elətdirmək istəyən sahibkarların dəstəklənməsi bizim üçün prioritet məsələdir. Beləliklə də biz eyni vaxtda iki məqsədə nail olmaq – həm sərmayə cəlb etmək, həm də yerli sahibkarlığı inkişaf etdirməyi nəzərdə tuturuq, – İqtisadi İnkişaf Nazirliyinin əməkdaşı Vilyam Dzaqoyev deyir.
“Vinçenso işə başlayandan sonra Sərmayə Agentliyi daha iki layihənin – ət emalı zavodu və uşaq bağçasının dəstəklənməsinə qərar verib, daha üç ərizənin taleyi iki ay sonra məlum olacaq.
“Vinçenso yerli cəmiyyət üçün qeyri-ənənəvi olmasına baxmayaraq, populyarlıq üzrə birinci yerə çıxır.
Kafenin birinci mərtəbəsi uşaqlar üçün ayrılıb, burada ad günləri və müxtəlif bayramlar keçirmək olar və bura şəhərdə uşaqlara peşəkar animatorla bayram keçirmək mümkün olan yeganə yerdir.
İkinci mərtəbədə “Bistro yerləşir, burada tort və pirojnalar var.
Üçüncü mərtəbədə xüsusi işıqlandırılması olan restoran yerləşir.
Dördüncü mərtəbədə isə barı, şam ağaclarının başlarından açılan gözəl mənzərəsi və həmin o möcüzəli manqalı olan yay meydançasıdır. O, dəmir və kərpicdən hazırlanıb, burada həm ət, həm də balıq və tərəvəz bişirmək və qızartmaq olar.
Bütün mərtəbələrdə ofisiantlar eyni cür və çox sadə geyiniblər. “Əvvəlcə biz müştərilərin ziyafət paltarında gələcəklərini düşünürdük. Amma kişilər adətən idman paltarında ya da şortda gəlir və deməli ofisiantlar da “kəpənəksiz dura bilərlər, – administrator Andrey Sokur deyir.
“Vinçensoda ən populyar yemək qara burqer oldu. Onun qeyri-adi rəngi qara mürəkkəbböcəyindən hazırlanan təbii boya və ağ küncütdən alınır.
Ən çox sifariş olunan içki qoz, şokolad və peçenyeli, uşaqlığı xatırladan süd kokteylidir. Çörək, mərcanı və armuddan hazırlanan yerli araqlar da çox populyardır.
Ən çox alınan desert Vladiqafqazdakı şirniyyat mağazasında hazırlanan banan və şokoladlı tortdur.
Anjela Kokoyeva:
“Biz təzəcə açılanda həmişə təbəssümlə xatırladığım bir hadisə olmuşdu. Qonaqlardan biri steyk sifariş elədi, mən onu gətirəndə o xəbər aldı: onu hansı tavada qızardıblar? Mən də özümü itirmədən cavab verdim ki, xüsusi bir tavada. Xoşuna gəldi! Belə bir deyim eşitmişəm ki, quru maaşa işləyən ofisiant pis ofisiantdır. Deməli, mən yaxşı ofisiantam.
Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc olunub 09.08.2016