Qafqazda koronavirus: 7-9 aprel, 2020
-
Azərbaycanda doqquzuncu ölüm və 104 yeni yoluxma halı
Yoluxanların ümumi sayı 926 nəfərə çatıb, 101 nəfər sağalıb.
Ölən doqquzuncu xəstənin 71 yaşı olub. Azərbaycandakı əksər əvvəlki qurbanlar kimi o da şəkərli diabetdən əziyyət çəkirmiş. Həmçinin onun onkoloji xəstəliyi də olub.
Azərbaycanda gücləndirilmiş karantin rejimi (fövqəladə vəziyyət yox) elan olunub.
Əksər təşkilatların, müəssisələrin və kommersiya obyektlərinin fəaliyyəti dayandırılıb. Həmçinin metro, parklar, bağlar, əyləncə mərkəzləri bağlıdır.
Aprelin 5-dən vətəndaşların hərəkəti ciddi məhdudlaşdırılıb – müəyyən sahələrdə çalışanlardan başqa yerdə qalan bütün vətəndaşlar evdən çıxmaq üçün hakimiyyətə evdən çıxma səbəbi göstərilməklə sms göndərməlidir.
-
Gürcüstanın şimal-qərbində Lentexi və Tsaqeri şəhərlərinin girişində blok-postlar qoyulub
Gürcüstanın şimal-qərbindəki Raça-Leçxumi-Kvemo Svaneti regionu xüsusi nəzarət altına alınıb. Lentexi və Tsaqeri şəhərlərinin bütün əhalisinin temperaturu xüsusi termoekranlar vasitəsilə yoxlanılır, girişdəki blok-postlarda bütün maşınlar saxlanılır, sürücülərin və sərnişinlərin də temperaturu ölçülür.
İlk koronavirus halı qeydə alınandan sonra bu tədbirlər tətbiq edilib. 50 yaşlı kişi xəstələnib. İndi onun təmas çevrəsi müəyyən edilir.
Yoluxanların ümumi sayı 214 nəfərə çatıb.
Onlardan 50 nəfəri sağalıb. İki nəfər ölüb.
-
Ermənistanda onuncü ölüm və 40 yeni yoluxma halı
Verilən məlumata əsasən, ölən şəxsin 80 yaşı olub və o, bir neçə xroniki xəstəlikdən əziyyət çəkib.
Yoluxanların ümumi sayı 921 nəfərə çatıb.
Onlardan 138 nəfər sağalıb. Səkkiz pasiyentin vəziyyəti kəskin ağır kimi dəyərləndirilir. 4,902 test neqativ nəticə verib.
Koronavirusun daha çox yayılmasının qarşısının alınması məqsədilə martın 16-dan aprelin 14-ə qədər Ermənistanda fövqəladə vəziyyət elan edilib. Ərzaq mağazaları və apteklərdən başqa bütün obyektlər bağlıdır.
Martın 25-dən insanların hərəkətinə sərt məhdudiyyət gətirilib. Evdən ancaq xüsusi ehtiyac olduğu təqdirdə, həm də şəxsiyyəti təsdiq edən vəsiqə və doldurulmuş “hərəkət anketi” ilə çıxmaq mümkündür. Anketdə hər kəs öz şəxsi məlumatlarını, evdən çıxma məqsədini və ehtimal olunan qayıtma saatını qeyd etməlidir. Pozuntulara polis nəzarət edir.
Bütün ictimai nəqliyyat, o cümlədən də metro dayandırılıb.
-
Gürcüstanda 8 yeni yoluxma halı, ümumilikdə 214 oldu
Koronavirusa yeni yoluxma halları virusun ölkə daxilində yayılması ilə əlaqədardır. Vani (bir ailənin üç üzvü), Kobuleti və Lentexi şəhərlərində yoluxma halları təsdiqlənib.
Bu, Raça-Leçxumi-Kvemo Svaneti regionunda ilk koronavirusun yayılması halıdır.
Epidemiyanın əvvəlindən Gürcüstanda koronavirusa yoluxanlardan 50 nəfər sağalıb. Üç nəfər ölüb.
Onlardan 50 nəfəri sağalıb. İki nəfər ölüb.
4,559 nəfər karantində, 353 nəfər xəstəxanada nəzarət altındadır.
Martın 21-dən Gürcüstanda koronavirus pandemiyasının qarşısını almaq üçün fövqəladə vəziyyət elan olunub. Bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb, ərzaq mağazaları və apteklərdən başqa bütün obyektlər bağlıdır. İnsanlara xüsusi ehtiyac olmadıqca evdən çıxmaq qadağan edilib.
Martın 23-dən daxili koronavirus epidemiyası təhlükəsi üzündən Marneuli və Bolnisi şəhərlərinə giriş və çıxışlar bağlanıb.
Martın 31-dən bütün Gürcüstan ərazisində komendant saatı tətbiq edilib.
-
Azərbaycanda 105 yeni yoluxma halı, ümumilikdə 822 oldu
Onlardan 60 nəfər sağalıb, səkkiz nəfər vəfat edib.
-
Qərbi Gürcüstan: Vani rayonunda rejim sərtləşdirilib, Kobuletidə isə tibb mərkəzi bağlanıb
Qərbi Gürcüstanda Vani rayon sakinində koronavirus aşkarlanıb. Yoluxma mənbəyi müəyyən edilməyib. Qadın mağazada satıcı işləyirmiş, buna görə də hakimiyyət təcili təhlükəsizlik tədbirləri görüb.
Pasiyentin təmasda olduğu insanların çevrəsi müəyyən edilir və bütün əhali termoskaynerdən keçirilir. Bildirildiyinə görə artıq 5 min nəfər yoxlanılıb.
Rayonun giriş və çıxışları məhdudlaşdırılıb, orada nəzarət-butraxılış məntəqəsi quraşdırılıb.
-
Gürcüstanın Kobuleti şəhərindəki tibb mərkəzində karantin elan olunub
Qərbi Gürcüstanın Batumi şəhərində bir ailənin beş üzvündə koronavirus aşkarlanıb. Müəyyən edilib ki, onlardan biri yaxınlıqdakı Kobuleti şəhərinin tibb mərkəzində müalicə olunub. Bundan sonra mərkəz bağlanıb, orada epidemioloqlar işləyir.
Yoluxmuş ailə aprelin 7-də Batumidə koronavirusdan vəfat edən 60 yaşlı qadının qohumlarıdır. Onun harada yoluxduğu hələlik bəlli deyil.
Həmçinin müəyyən olub ki, qadın Kobuleti rayonunda Qvara kəndini ziyarət edib. Bu kənddə 14 nəfər özünütəcrid rejimindədir. Epidemioloqlar öz işlərini bitirəndən sonra 1089 nəfərin yaşadığı bu kəndin karantinə bağlanıb-bağlanmayacağı aydın olacaq.
Gürcüstanda ümumilikdə 208 koronavirusa yoluxma halı təsdiqlənib.
Onlardan 46 nəfər sağalıb, üç nəfər ölüb.
4674 nəfər karantində, 362 nəfər xəstəxanada nəzarət altında saxlanılır.
-
Ermənistanda koronavirusdan doqquzuncu ölüm, 28 yeni yoluxma halı
Ümumilikdə koronavirusa yoluxanların sayı 881 nəfərə çatıb.
Onlardan 87 nəfəri sağalıb.
-
Gürcüstanda 13 yeni yoluxma halı
Ümumilikdə koronavirusa yoluxanların sayı 208 nəfərə çatıb.
Onlardan 46 nəfəri sağalıb. İki nəfər ölüb.
4,674 nəfər karantində, 362 nəfər xəstəxanada nəzarət altındadır.
-
Gürcüstanda koronavirusdan üçüncü ölüm halı
Tbilisi infeksion xəstəxanasında müalicə olunan 86 yaşlı qadın COVID-19 virusunun üçüncü qurbanı olub.
Aprelin 7-ə olan məlumata əsasən, Gürcüstanda 195 koronavirusa yoluxma halı qeydə alınıb. 4735 nəfər karantində, 383 nəfər isə stasionarda nəzarət altında saxlanılır. 39 pasiyent sağalıb, 3 nəfər ölüb.
“O, nevroloji xəstəliklərdən əziyyət çəkirdi, onda ikitərəfli pnevmoniya vardı. Bütün bunlar həyatda qalmasına imkan vermədi”, – infeksion xəstəxananın rəhbəri Tengiz Tsertsvadze deyib. Onun sözlərinə görə, həkimlər yaşlı qadını xilas etmək üçün əllərindən gələni ediblər.
-
Azərbaycanda koronavirusdan səkkizinci ölüm, 76 yeni yoluxma halı
Səkkizinci ölən şəxs 67 yaşında olub və Azərbaycandakı digər koronavirus qurbanlarının əksəriyyəti kimi o da şəkərli diabetdən əziyyət çəkirmiş.
Beləliklə, rəsmi məlumata əsasən, hazırda virusa yoluxanların ümumi sayı 717 nəfərə çatıb.
Onlardan 44 nəfər sağalıb və xəstəxanadan evə buraxılıb.
-
Ermənistanda 20 yeni yoluxma halı, ümumilikdə 853 oldu
Onlardan 87 nəfər sağalıb, səkkiz nəfər vəfat edib.
Ötən gün, aprelin 6-da Ermənistanda cəmi 11 yoluxma halı qeyd olunmuşdu.
Baş nazir Nikol Paşinyan bildirmişdi ki, mütəxəssislər son iki günün dinamikasını “təmkinli nikbinliklə” dəyərləndirirlər. Ermənistanın Səhiyyə Nazirliyi bir həftə ərzində hər gün minlərlə test həyata keçirmək niyyətindədir.
Koronavirusun daha çox yayılmasının qarşısının alınması məqsədilə martın 16-dan aprelin 14-ə qədər Ermənistanda fövqəladə vəziyyət elan edilib. Ərzaq mağazaları və apteklərdən başqa bütün obyektlər bağlıdır.
Martın 25-dən insanların hərəkətinə sərt məhdudiyyət gətirilib. Evdən ancaq xüsusi ehtiyac olduğu təqdirdə, həm də şəxsiyyəti təsdiq edən vəsiqə və doldurulmuş “hərəkət anketi” ilə çıxmaq mümkündür. Anketdə hər kəs öz şəxsi məlumatlarını, evdən çıxma məqsədini və ehtimal olunan qayıtma saatını qeyd etməlidir. Pozuntulara polis nəzarət edir.
Bütün ictimai nəqliyyat, o cümlədən də metro dayandırılıb.
-
Gürcüstanda 7 yeni yoluxma halı
Ümumilikdə koronavirusa yoluxanların sayı 195 nəfərə çatıb.
Onlardan 39 nəfəri sağalıb. İki nəfər ölüb.
4,735 nəfər karantində, 383 nəfər xəstəxanada nəzarət altındadır.
Martın 21-dən Gürcüstanda koronavirus pandemiyasının qarşısını almaq üçün fövqəladə vəziyyət elan olunub. Bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb, ərzaq mağazaları və apteklərdən başqa bütün obyektlər bağlıdır. İnsanlara xüsusi ehtiyac olmadıqca evdən çıxmaq qadağan edilib.
Martın 23-dən daxili koronavirus epidemiyası təhlükəsi üzündən Marneuli və Bolnisi şəhərlərinə giriş və çıxışlar bağlanıb.
Martın 31-dən bütün Gürcüstan ərazisində komendant saatı tətbiq edilib.
-
Koronavirus pandemiyası ilə bağlı Qafqazda hadisələrin ötən xronikası