Qafqazda koronavirus. 1-3 aprel, 2020
-
Azərbaycanda 43 yeni yoluxma halı, ümumilikdə 443 oldu
Koronavirus epidemiyasının əvvəlindən indiyə qədər Azərbaycanda 5 nəfər ölüb, 32 nəfər sağalıb.
-
Ermənistanda 73 yeni yoluxma halı, xəstələin ümumi sayı 736-ə çatıb
Koronavirus epidemiyasının əvvəlindən indiyə qədər Ermənistanda 7 nəfər ölüb, 43 nəfər sağalıb.
-
Gürcüstanda 18 yeni yoluxma halı, xəstələin ümumi sayı 148-ə çatıb
5,550 nəfər karantində, 281 nəfər stasionarda saxlanılır. Koronavirusa yoluxanların 27 nəfəri sağalıb. Onlardan biri 81 yaşlı qadındır.
Rustavi şəhər Şurasının deputatının yoluxduğu təsdiqlənib. Onun anası, Gürcüstan Milli Bankının əməkdaşıdır və o da koronavirusa yoluxub. Deputat bildirir ki, anası işdə əskinaslarla təmas nəticəsində yoluxub.
Rustavi şəhər Şurasının bir neçə əməkdaşı təcrid rejiminə alınıb.
Şura bağlanıb, bina dezinfeksiya edilib.
-
Ermənistanda yeddinci ölüm
Epidemiya başlanandan 663 nəfər virusa yoluxub. Ümumilikdə koronavirusa yoluxan 43 nəfər sağalıb.
-
Ermənistanda koronavirusdan bir gündə iki nəfər ölüb
Ermənistanda koronavirusdan bir gündə iki nəfər ölüb. Aprelin 2-də səhər 68 yaşlı kişinin ölümü haqda məlumat yayılıb. O, koronavirusla paralel olaraq işemik ürək xəstəliyi və ağciyərlərin xroniki xəstəliyindən əziyyət çəkirmiş.
Axşam isə 78 yaşlı qadının öldüyü haqda məlumat yayılıb. Onda da koronavirusdan başqa şəkərli diabet, hipertoniya və ağciyərlərin ikitərəfli iltihabı olub. Ölən pasiyent Ermənistan vətəndaşı olmayıb.
Səhiyyə Nazirliyinin açıqladığı son məlumata əsasən, Ermənistanda 663 koronavirusa yoluxma halı qeydə alınıb. Sağalanların ümumi sayı 33 nəfərdir. Altı nəfər ölüb.
Ermənistanda martın 16-dan aprelin 14-ə qədər fövqəladə vəziyyət hökm sürür. Aprelin 12-ə qədər sərt hərəkət məhdudiyyəti qüvvədədir.
İctimai nəqliyyat, o cümlədən də metronun fəaliyyəti tam dayandırılıb. Yalnız taksi və şəxsi avtomobillə hərəkət etmək mümkündür.
Yalnız ərzaq mağazaları və apteklər işləyir.
-
Gürcüstan Milli Bankının 7 əməkdaşı koronavirusa yoluxub
Onların hamısı eyni departamentin əməkdaşlarıdır və son iki həftədə təcrid şəraitində olublar.
Mediada gedən məlumata əsasən, onlar pullarla təmasda olan şöbədə işləyirmiş. Yoluxanların vəzifələri bildirilmir.
Xəstəliklərlə Mübarizə Milli Mərkəzinin direktor müavini Paata İmnadze bildirib ki, virusun pul vasitəsilə yayıla bilməsi ehtimalı hələlik heç kim tərəfindən təsdiqlənməyib, amma inkar da edilməyib.
Milli Bankın məlumatına əsasən, martın 16-dan banka daxil olan bütün əskinaslar koronavirusun yayılmasının qarşısını almaq məqsədilə 14 günlük karantinə alınır.
Gürcüstanda martın 21-dən aprelin 21-ə qədər fövqəladə vəziyyət və sərt sosial təcrid tələbləri hökm sürür. İctimai nəqliyyat, o cümlədən də metro tam dayandırılıb.
Komendant saatı elan olunub – 21:00-dan 06:00-a qədər evdən çıxmaq qadağan edilib.
Yalnız ərzaq mağazaları və apteklər işləyir.
Qida məhsulları istisna olmaqla bütün mal və məhsulların onlayn satışı da qadağan edilib.
-
Ermənistanda beşinci ölüm
Ölən 68 yaşlı kişidir. Verilən məlumata əsasən, onun xroniki xəstəlikləri olub.
Epidemiya başlanandan 663 nəfər virusa yoluxub. Ümumilikdə koronavirusa yoluxan 33 nəfər sağalıb.
-
Azərbaycanda 41 yeni yoluxma halı, ümumilikdə 400 oldu
Koronavirus epidemiyasının əvvəlindən indiyə qədər Azərbaycanda 5 nəfər ölüb, 26 nəfər sağalıb.
-
Ermənistanda 92 yeni yoluxma halı
Epidemiya başlanandan Ermənistanda 663 nəfər xəstələnib, onlardan 33 nəfər sağalıb. Dörd nəfər ölüb.
Elan olunub ki, Ermənistanın ən böyük xəstəxanası – Yerevandakı “Surb Qriqor Lusaroviç” adına tibb mərkəzi koronavirusa yoluxan pasiyentlərin müalicəsi üçün yenidən təchiz olunacaq. Bütün digər xəstəlikləri olan xəstələr bu klinikadan başqa tibb müəssisələrinə köçürüləcək.
-
Gürcüstanda 15 yeni yoluxma halı, ümumilikdə 130 oldu
5,437 nəfər karantində, 260 nəfər stasionarda saxlanılır. Koronavirusa yoluxanlardan 26 nəfər sağalıb.
Sonuncu koronavirusa yoluxma hallarından biri valideynləri ilə birlikdə Fransadan Gürcüstana gələn 10 yaşlı uşaqdır. İndiyə qədər o, karantində idi.
Həkimlər bildirirlər ki, uşaq özünü yaxşı hiss edir. Abxaziyanın Qal rayonundan olan 50 yaşlı qadın Tbilisidə müalicə olunur, o, Rusiyada səfərdə olub. Baş nazir Giorgi Qaxariya jurnalistlərə bildirib ki, “Gürcüstanın işğal olunmuş rayonlarından [Abxaziya və Cənubi Osetiya] Gürcüstana 37 nəfər gətirilib”.
-
Ermənistanda dördüncü ölüm
Epidemiya başlanandan 571 nəfər virusa yoluxub. Ümumilikdə koronavirusa yoluxan 31 nəfər sağalıb.
-
Azərbaycanda 61 yeni yoluxma halı, ümumilikdə 359 oldu
Koronavirus epidemiyasının əvvəlindən indiyə qədər Azərbaycanda 5 nəfər ölüb, 26 nəfər sağalıb.
-
Ermənistanda 39 yeni yoluxma halı, ümumilikdə 571 oldu
Koronavirus epidemiyasının əvvəlindən indiyə qədər Ermənistanda 3 nəfər ölüb, 31 nəfər sağalıb.
-
Gürcüstanda 5 yeni yoluxma halı, ümumilikdə 115 oldu
5,106 nəfər karantində, 294 nəfər stasionarda saxlanılır.
Koronavirusa yoluxanların 22 nəfəri sağalıb.
Gürcüstanda yoluxanların orta yaş həddi 40-dır.
Ən böyük pasiyentin 87, ən kiçiyinin 2 yaşı var.
-
Koronavirus pandemiyası ilə bağlı Qafqazda hadisələrin ötən xronikası