Qafqazda koronavirus. Azərbaycanda sutkada 4, Ermənistanda 7 ölüm, artıq iki həftədir ki, yeni yoluxmalar yüzlərlədir
-
Statistika: xəstələnib, ölüb, sağaldıb - Azərbaycan, Ermənistan, Gürcüstan
Azərbaycan Ermənistan Gürcüstan Yeni hallar 338 596 4 Cəmi xəstələnib 6 860 11 817 805 Yeni ölümlər +2 +7 0 Ümumilikdə ölüb 82 183 13 Bərpa edildi 3 871 3 513 650 -
Ermənistanda 7 ölüm və 596 yeni yoluxma qeydə alınıb. Səhiyyə Nazirliyi qaydalara əməl etməyə və öz doğmaları və xəstələr haqda düşünməyə çağırıb.
Epidemiya başlayandan Ermənistanda ümumilikdə 183 nəfər ölüb.
11 817 nəfər yoluxub, onlardan 3 513 nəfər sağalıb.
Sağalanlar arasında 101 yaşlı nənə də var, o, xəstəxanaya çox ağır vəziyyətdə yerləşdirilibmiş.
Səhiyyə naziri Arsen Torosyan:
“Biz təfəkkürümüzü yeni reallıqlara adaptasiya etdirməliyik. Elə ailə tapmaq olmaz ki, orada yaşlı insan olmasın, xroniki xəstəliyi: diabeti, hipertoniyası, ürəyin işemik xəstəlikləri, xərçəngi və sairə olan insan olmasın. Onların hamısı koronavirus üçün birbaşa hədəfdir”.
-
Statistika: xəstələnib, ölüb, sağaldıb - Azərbaycan, Ermənistan, Gürcüstan
Azərbaycan Ermənistan Gürcüstan Yeni hallar 262 697 1 Cəmi xəstələnib 6 522 11 221 801 Yeni ölümlər +2 +6 0 Ümumilikdə ölüb 78 176 13 Bərpa edildi 3 737 3 468 644 -
Ermənistanın baş naziri: "Artıq yardıma ehtiyacı olan bütün xəstələrin xəstəxanalara yerləşdirilməsi üçün yer çatmır". Sutka ərzində 697 yoluxma və 6 ölüm
Baş nazir Facebook səhifəsində canlı yayım vasitəsilə “epidemiya əleyhinə hərəkat” yaratmağa çağırıb
Ermənistanda koronavirusla mübarizə üzrə tədbirlər
Ermənistanda fövqəladə vəziyyət iyunun 13-nə qədər qüvvədə olacaq.
Lakin artıq hərəkətə qoyulmuş məhdudiyyət aradan qaldırılıb və az qala bütün biznes sahələri açılıb: müəssisələr, mağazalar, bərbərxanalar, muzeylər işləyir.
Mayın 18-dən ictimai nəqliyyatın işinə icazə verilib. O, diqqətlə dezinfeksiya ediləcək. Bütün sərnişinlər nəqliyyatdan istifadə edərkən maska taxmalıdırlar.
-
Rusiyanın Peterburq şəhərində may ayında 1,5 min nəfər pnevmoniyadan ölüb. Amma Covid-19 virusundan ölənlərin sayı cəmi 171 nəfərdir
Bu nəticəyə rəsmi statistika əsasında gəlinib.
2019-cu ilin mayında Sankt-Peterburqda 4875 nəfər, 2020-ci ilin mayında isə 6427 nəfər ölüb, yəni ölüm halları 32 faiz artıb.
Bir çox həkimlər və ekspertlər bildirirlər ki, həmin min beş yüz insan koronavirus pandemiyasının faciəvi nəticəsidir. Amma şəhərdə may ayında Covid-19 virusundan ölənlərin rəsmi sayı 171 nəfərdir.
Rusiya müxalifətinin lideri Aleksey Navalnı Telegram kanalında yazıb:
“Bu, Sankt Peterburqda xəstəliklər üzrə statistikanın total saxtalaşdırılmasının birbaşa nəticəsidir. Orada həftələrlə eyni şeyi yazırlar və gün ərzində təsdiqlənən halların sayı da eynidir – 370-380, idarəetmə qərarları da saxta göstəricilər əsasında qəbul edilir.
Bu sadəcə dəhşətli cinayətdir. Bunun bütün təşkilatçıları, icraçıları və vasitəçiləri mütləq məhkəmə qarşısında cavab verəcəklər”.
-
Statistika: xəstələnib, ölüb, sağaldıb - Azərbaycan, Ermənistan, Gürcüstan
Azərbaycan Ermənistan Gürcüstan Yeni hallar 325 515 4 Cəmi xəstələnib 6 260 10 524 800 Yeni ölümlər +5 +12 +1 Ümumilikdə ölüb 76 170 13 Bərpa edildi 3 665 3 454 640 -
Azərbaycanda bir sutka ərzində 515 yeni yoluxma halı qeydə alınıb və 12 nəfər ölüb.
Azərbaycanda epidemiya başlayandan ümumilikdə 76 nəfər ölüb.
6260 nəfər yoluxub, onlardan 3665 nəfər sağalıb.
2 min nəfərdən çox insan xəstəxanadadır.
Karantin rejimi iyunun 15-ə qədər uzadılsa da, bütün kafe və restoranlar, mağazalar, müəssisələrvə təşkilatlar artıq işə düşüb, hətta yeni ticarət mərkəzinin açılışı da baş tutub.Hələlik kinoteatrlar, əyləncə mərkəzləri, idman zalları bağlı qalır.
Karantin müddətinin uzadılması səbəbilə ən azı iyunun 15-ə qədər dövlət sərhədləri bağlı qalacaq.
• “Qorxmasan – yoluxmazsan”. Azərbaycanda karantin ləğv edilib – insanlar nə düşünür?
-
Ermənistanın baş naziri: “Nə edək? Xüsusi təyinatlıları işə salaq?” – sutka ərzində 515 nəfər yoluxub, ümumilikdə 10 min nəfəri keçib
Ermənistanda bir sutka ərzində 515 yeni yoluxma halı qeydə alınıb və 12 nəfər ölüb.
Ermənistanda epidemiya başlayandan ümumilikdə 170 nəfər ölüb.
10524 nəfər yoluxub, onlardan 3454 nəfər sağalıb.
Ermənistanın baş naziri Nikol Paşinyan özünütəcrid rejimindədir, onun və ailə üzvlərinin koronavirusa yoluxduğu təsdiqlənib. O, yenə də insanları məsafə gözləməyə və özünümüdafiəyə çağırıb:
“Mən neyləyim, xüsusi təyinatlıları işə salım ki insanları döyüb, evə göndərsinlər? Mən belə edə bilmərəm. Dəyənəklərdə dayandıraq? Kriminal çevrələrlə belə davranırlar. Mən öz xalqımla necə belə davrana bilərəm?
Qaydalara əməl edin ki, biz ölməyək, hamını təhlükəyə məruz qoymayaq. Günahkar axtarmaq mənasızdır. Çünki əgər insanlar günahkardırsa, deməli, hökumət də günahkardır. Əgər hökumət günahkardırsa, deməli, xalq da günahkardır, çünki bu hökuməti hakimiyyətə gətirib.
Biz bir vəhdətik, bizi bir-birimizdən ayırmaq mümkün deyil”.
• Ermənistanın koronavirusa yoluxan baş naziri brifinqdə çıxış edib
-
Gürcüstanda son yoluxan üç nəfər əcnəbi uzun məsafə sürücüsüdür
Gürcüstanda üç yeni yoluxma qeydə alınıb, hər üçün xarici ölkə vətəndaşı olan uzun məsafə sürücüləridir.
Mayın 23-dən Gürcüstanda fövqəladə vəziyyət başa çatıb və kanartin məhdudiyyətlərinin böyük hissəsi aradan qaldırılıb. Yaşayış məntəqələrində ictimai nəqliyyatın hərəkəti bərpa olunub.
İyunun 8-dən bütün ölkədə nəqliyyat işləməyə başlayacaq, o cümlədən qatarlar da hərəkət edəcək.
İyulun 1-dən Gürcüstan yenidən əcnəbu turistləri qəbul etməyi nəzərdə tutub.
-
Koronavirus pandemiyası ilə bağlı Qafqazda hadisələrin xronikası