Qafqazda koronavirus. 19-22 aprel, 2020
-
Azərbaycanda 38 yeni yoluxma halı, ümumilikdə 1,512 olub
Epidemiya başlayandan 20 nəfər ölüb.
906 nəfər artıq sağalıb.
-
Gürcüstanda beşinci ölüm, ümumilikdə 411 yoluxma halı
Bolnisi şəhərinin 65 yaşlı sakini vəfat edib. Onun xroniki xəstəlikləri olub.
Bolnisi və qonşu Marneuli rayonu daxili epidemiya təhlükəsinə görə martın 25-dən sərt karantin altına alınıb.
Gürcüstanda fövqəladə vəziyyət 21 martdan qüvvəyə minib. Ərzaq mağazaları və apteklərdən başqa hər yan bağlıdır. Metro da daxil olmaqla bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Bütün ölkə ərazisində 21:00-dan səhər 6-a qədər komendant saatı tətbiq olunub.
Daxili epidemiya təhlükəsinə görə paytaxt Tbilisi və bir sıra şəhərlər: Kutaisi, Batumi, Rustavi, Marneuli, Bolnisi və Lentexi karantin altına alınıb. Ölkənin müxtəlif regionlarında bir neçə kənd də təcrid olunub.
Aprelin 17-dən yeni qadağa qüvvəyə minir – şəxsi maşınlarla hərəkət etmək, məzarlıqları ziyarət etmək olmaz, ictimai yerlərdə, qapalı məkanlarda maska taxmaq lazımdır.
-
Ermənistanda 72 yeni yoluxma halı, ümumilikdə 1473 olub
Epidemiya başlayandan 24 nəfər ölüb.
633 nəfər artıq sağalıb.
Onların arasında 50 nəfərə yaxın 70 yaşdan yuxarı insanlardır. Onların da çoxu qadınlardır.
Sağalanlardan ən böyüyünün 93 yaşı var. Sağalanlar arasında 90, 88 və 86 yaşında insanlar da var.
-
Gürcüstanda yoluxanların sayı 411 nəfərə çatıb, onların əksəriyyəti 15-29 yaş arası gənclərdir
Üç yeni koronavirusa yoluxma halı qeydə alınıb, ümumilikdə onların sayı 411 nəfərə çatıb. Yoluxanlardan 97 nəfər sağalıb, 4 nəfər ölüb.
5,015 nəfər karantində, 573 nəfər isə xəstəxanada nəzarət altında saxlanılır.
Epidemiya başlayandan Gürcüstanda 7,611 nəfər testdən keçirilib.
Xəstələnəənlərin əksəriyyəti 15-29 yaş arası gənclərdir.
Koronavirusa yoluxanlar arasında ən böyüyü 87 yaşında, ən kiçiyi isə iki yaşındadır.
Koronavirusun təsdiqləndiyi insanların 9 faizində heç bir əlamət özünü göstərməyib.
-
Azərbaycanda daha bir ölüm, ümumi ölüm sayı 44 nəfərə çatdı
Yoluxanların sayı min nəfəri keçib 1,474 yeni infeksiya.
Onlardan 864 nəfər sağalıb.
Azərbaycanda gücləndirilmiş karantin rejimi (fövqəladə vəziyyət yox) elan olunub.
Əksər təşkilatların, müəssisələrin və kommersiya obyektlərinin fəaliyyəti dayandırılıb. Həmçinin metro, parklar, bağlar, əyləncə mərkəzləri bağlıdır.
Aprelin 5-dən vətəndaşların hərəkəti ciddi məhdudlaşdırılıb – müəyyən sahələrdə çalışanlardan başqa yerdə qalan bütün vətəndaşlar evdən çıxmaq üçün hakimiyyətə evdən çıxma səbəbi göstərilməklə sms göndərməlidir.
-
Ermənistanda daha iki ölüm, 62 yeni yoluxma halı
Ölən xəstələr 88 və 65 yaşlarında olublar, hər ikisi xroniki xəstəliklərdən əziyyət çəkib.
Ümumilikdə Ermənistanda epidemiya başlayandan 24 nəfər ölüb, 1,401 nəfər xəstələnib.
609 nəfər sağalıb.
Ümumilikdə ölkədə 13,929 test həyata keçirilib.
Martın 16-dan Ermənistanda koronavirusun daha çox yayılmasının qarşısını almaq üçün fövqəladə vəziyyət elan olunub. Hökumətin yeni qərarı ilə fövqəladə vəziyyət mayın 14-ə qədər uzadılıb.
Martın 25-dən insanların hərəkətinə sərt məhdudiyyət gətirilib. Evdən ancaq xüsusi ehtiyac olduğu təqdirdə, həm də şəxsiyyəti təsdiq edən vəsiqə və doldurulmuş “hərəkət anketi” ilə çıxmaq mümkündür. Anketdə hər kəs öz şəxsi məlumatlarını, evdən çıxma məqsədini və ehtimal olunan qayıtma saatını qeyd etməlidir. Pozuntulara polis nəzarət edir.
Bütün ictimai nəqliyyat, o cümlədən də metro dayandırılıb.
-
Gürcüstanda 9 yeni yoluxma halı, Martkopi kəndində karantinə bağlanan kişi monastırı
Epidemiya başlayandan Gürcüstanda ümumilikdə 408 koronavirusa yoluxma halı qeydə alınıb.
Onlardan 95 nəfər sağalıb. Dörd nəfər ölüb.
4,779 nəfər karantində, 561 nəfər xəstəxanada nəzarət altındadır.
Son sutkanın hadisələri
● Martkopi kəndində (Tbilisinin girişində) kişi monastırı karantinə bağlanıb. Buraya tövbəyə gələn qadında koronavirus diaqnozu təsdiqlənəndən sonra belə qərar alınıb. Səkkiz keşiş özünütəcrid rejimindədir.
● Yerli hakimiyyət bildirir ki, ehtiyac olarsa, karantin tədbirləri sərtləşdirilə bilər.
Koronavirusun yayılması təhlükəsinə görə Sxneti qəsəbəsində (Tbilisinin girişində) kilsə də bağlanıb, orada da kilsəyə tövbəyə gələn yerli sakində koronavirus aşkarlanıb.
Ən pis vəziyyət Bolnisi rayonunda yaranıb, orada 54 nəfər virusa yoluxub. Onlardan çoxu artıq karantin altına alınan yerli “təcili yardım” şöbəsinin əməkdaşıdır.
Bolnisidə Sioni məbədi bağlanıb, orada keşişin koronavirusa yoluxduğu təsdiqlənib.
Bolnisi və qonşu Marneuli rayonu daxili epidemiya təhlükəsinə görə martın 25-dən sərt karantin altına alınıb.
Gürcüstanda fövqəladə vəziyyət 21 martdan qüvvəyə minib. Ərzaq mağazaları və apteklərdən başqa hər yan bağlıdır. Metro da daxil olmaqla bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Bütün ölkə ərazisində 21:00-dan səhər 6-a qədər komendant saatı tətbiq olunub.
Daxili epidemiya təhlükəsinə görə paytaxt Tbilisi və bir sıra şəhərlər: Kutaisi, Batumi, Rustavi, Marneuli, Bolnisi və Lentexi karantin altına alınıb. Ölkənin müxtəlif regionlarında bir neçə kənd də təcrid olunub.
Aprelin 17-dən yeni qadağa qüvvəyə minir – şəxsi maşınlarla hərəkət etmək, məzarlıqları ziyarət etmək olmaz, ictimai yerlərdə, qapalı məkanlarda maska taxmaq lazımdır.
-
Azərbaycanda 38 yeni yoluxma halı, ümumilikdə 1,430 oldu
Onlardan 790 nəfər sağalıb, 19 nəfər ölüb.
-
Gürcüstanda 5 yeni yoluxma, karantinə bağlanan Bolnisi rayonunda vəziyyət pisləşir
Ümumilikdə virusa yoluxanların sayı 399 nəfərə çatıb. Onlardan 86 nəfər sağalıb və xəstəxanadan evə buraxılıb. Dörd nəfər ölüb.
4,782 nəfər karantində, 503 nəfər xəstəxanada nəzarət altındadır.
Kvemo Kartli regionunun Bolnisi rayonunda vəziyyət pisləşir.
Bu rayon və qonşu Marneuli daxili epidemiya təhlükəsinə görə martın 25-dən karantin altına alınıb.
Bolnisi rayonunda artıq 54 nəfər yoluxub. Xəstələrin çoxu yerli “təcili yardım” briqadasının əməkdaşıdır. Şöbə aprelin 17-dən bağlanıb, hazırda ehtiyac olduğu zaman bura “təcili yardım” qonşu rayonlardan gəlir.
Bolnisi şəhərinin və üç kəndin – Raçisubani, Kazreti və Balçebi – girişində əlavə nəzarət-buraxılış məntəqələri yerləşdirilib. Ümumilikdə rayonun altı kəndinə giriş və çıxış ciddi nəzarət altına alınıb.
Gürcüstanda fövqəladə vəziyyət 21 martdan qüvvəyə minib. Ərzaq mağazaları və apteklərdən başqa hər yan bağlıdır. Metro da daxil olmaqla bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Bütün ölkə ərazisində 21:00-dan səhər 6-a qədər komendant saatı tətbiq olunub.
Daxili epidemiya təhlükəsinə görə paytaxt Tbilisi və bir sıra şəhərlər: Kutaisi, Batumi, Rustavi, Marneuli, Bolnisi və Lentexi karantin altına alınıb. Ölkənin müxtəlif regionlarında bir neçə kənd də təcrid olunub.
Aprelin 17-dən yeni qadağa qüvvəyə minir – şəxsi maşınlarla hərəkət etmək, məzarlıqları ziyarət etmək olmaz, ictimai yerlərdə, qapalı məkanlarda maska taxmaq lazımdır.
-
Ermənistanda daha iki ölüm, 48 yeni yoluxma halı
Ölən xəstələr 62 və 90 yaşlarında olublar, hər ikisi xroniki xəstəliklərdən əziyyət çəkib.
Ümumilikdə Ermənistanda epidemiya başlayandan 22 nəfər ölüb, 1,339 nəfər xəstələnib.
580 nəfər sağalıb.
Ümumilikdə ölkədə 13,373 test həyata keçirilib.
Martın 16-dan Ermənistanda koronavirusun daha çox yayılmasının qarşısını almaq üçün fövqəladə vəziyyət elan olunub. Hökumətin yeni qərarı ilə fövqəladə vəziyyət mayın 14-ə qədər uzadılıb.
Martın 25-dən insanların hərəkətinə sərt məhdudiyyət gətirilib. Evdən ancaq xüsusi ehtiyac olduğu təqdirdə, həm də şəxsiyyəti təsdiq edən vəsiqə və doldurulmuş “hərəkət anketi” ilə çıxmaq mümkündür. Anketdə hər kəs öz şəxsi məlumatlarını, evdən çıxma məqsədini və ehtimal olunan qayıtma saatını qeyd etməlidir. Pozuntulara polis nəzarət edir.
Bütün ictimai nəqliyyat, o cümlədən də metro dayandırılıb.
-
Azərbaycanda daha bir ölüm, ümumi ölüm sayı 19 nəfərə çatdı
Yoluxanların sayı min nəfəri keçib 22 yeni infeksiya.
Onlardan 712 nəfər sağalıb.
Azərbaycanda gücləndirilmiş karantin rejimi (fövqəladə vəziyyət yox) elan olunub.
Əksər təşkilatların, müəssisələrin və kommersiya obyektlərinin fəaliyyəti dayandırılıb. Həmçinin metro, parklar, bağlar, əyləncə mərkəzləri bağlıdır.
Aprelin 5-dən vətəndaşların hərəkəti ciddi məhdudlaşdırılıb – müəyyən sahələrdə çalışanlardan başqa yerdə qalan bütün vətəndaşlar evdən çıxmaq üçün hakimiyyətə evdən çıxma səbəbi göstərilməklə sms göndərməlidir.
-
Gürcüstanda 9 yeni yoluxma halı, ümumilikdə 394 oldu
Onlardan 86 nəfər sağalıb, 4 nəfər ölüb.
-
Ermənistanda 43 yeni yoluxma halı, ümumilikdə 1,291 oldu
Onlardan 545 nəfər sağalıb, 20 nəfər ölüb.
-
Gürcüstanda dördüncü ölüm
Batumidə müalicə kursu keçən 74 yaşlı qadın vəfat edib. Onun bir neçə xroniki xəstəlikləri olub.
Ümumilikdə Gürcüstanda 385 koronavirusa yoluxma halı təsdiqlənib.
Onlardan 79 nəfər sağalıb.
4,971 nəfər karantində, 519 nəfər xəstəxanada nəzarət altındadır.
Kvemo Kartli regionundakı Bolnisi rayonunda vəziyyət daha da pisləşib. Bu rayon və qonşu Marneuli rayonu koronavirus epidemiyasının daxili yayılma təhlükəsinə görə martın 25-dən sərt karantin altına alınıb.
Bolnisi rayonunda xəstələnənlərin sayı artıq 47 nəfərə çatıb, yalnız son iki gün ərzində 19 yeni yoluxma halı təsdiqlənib.
Onlardan çoxu yerli “təcili yardım” briqadasının tibb personalıdır. Şöbə aprelin 17-dən bağlanıb, hazırda bura “təcili yardım” qonşu rayonlardan gəlir.
Aprelin 18-dən Bolnisi rayonunda daha dörd kənd – Baliçebi, Kazreti, Savaneti və Raçisubani karantinə bağlanıb.
Dənizkənarı Kobuleti rayonunda da xəstələnənlərin sayı artıb. Xəstəxanaya çatdırılanlar arasında altı uşaq da var. Həkimlər bildirirlər ki, uşaqlar özlərini yaxşı hiss edirlər.
-
Ermənistanda 18 nəfər xəstəxanada yoluxub, Şirak vilayətində iki qəsəbə təcrid edilib
Aprelin 19-dan 25-ə qədər Şirak vilayətinin iki yaşayış məntəqəsində – Maralik və Dzorakapda karantin elan olunub.
Maralik xəstəxanasında 18 nəfərin yoluxması buna səbəb olub. Ümumilikdə klinikanın 60-dan çox əməkdaşı yoxlamadan keçirilib.
Hər iki qəsəbəyə ilk ehtiyac malları daşıyan yük maşınlarından başqa həm piyadalar, həm də avtomobillər üçün giriş və çıxış qadağan olunub. Nəzarəti xüsusi nəzarət-buraxılış məntəqələrində Milli Təhlükəsizlik Xidməti və polis əməkdaşları həyata keçirir.
Mayın 14-ə qədər Ermənistanda fövqəladə vəziyyət qüvvədədir və insanların hərəkətinə ciddi məhdudiyyət tətbiq olunub. Evdən yalnız xüsusi ehtiyac olduğu zaman çıxmaq olar – pasportla və “hərəkət anketi” ilə.
Metro da daxil olmaqla bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb.
Amma məhdudiyyətlərin qismən yumşaldılması artıq başlayıb və bəzi müəssisələrin işini bərpa etməsinə icazə verilib.
-
Koronavirus pandemiyası ilə bağlı Qafqazda hadisələrin ötən xronikası