Qafqazda koronavirus. Qaraçay-Çərkəz sakinləri xilas üçün yalvarırlar. Ermənistanda növbəti antirekord
-
Statistika: xəstələnib, ölüb, sağaldıb - Azərbaycan, Ermənistan, Gürcüstan
Azərbaycan Ermənistan Gürcüstan Yeni hallar 323 195 1 Cəmi xəstələnib 7 876 13 325 810 Yeni ölümlər +5 +11 0 Ümumilikdə ölüb 93 211 13 Bərpa edildi 4 377 4 099 683 -
Qaraçay-Çərkəz sakinləri xilas üçün yalvarırlar – respublikada ümumiyyətlə Covıd-19 testi yoxdur və həkim çatışmır
Qaraçay-Çərkəz respublikasında koronavirus xəstələrinin doğmaları piket keçirir. Aksiya iştirakçılarını dağıdırlar, amma onlar yenə toplaşır.
İnsanlar rayon xəstəxanası qarşısında “Qaraçay-Çərkəzi xilas edin!” yaşılmış plakatlar qaldırır və Moskvadan dərhal yardım xahiş edirlər.
Daha əvvəl bildirilmişdi ki, xəstəxanalardan biri ümumiyyətlə işini dayandırıb, çünki bütün personal xəstələnib.
Videoda polis etirazçının plakatını əlindən alıb, parçalayır.
Mənbə: “МБХмедиа”
-
Ermənistanda daha üç klinika Covid-19 xəstələrini qəbul etməyə başlayır
Ermənistanda sutka ərzində 196 yeni yoluxma halı qeydə alınıb, epidemiya başlayandan ümumilikdə 13325 nəfər yoluxub.
Sutka ərzində 11 nəfər ölüb, ümumilikdə ölənlərin sayı 211 nəfərdir.
4 099 nəfər sağalıb.
Ermənistan xəstəxanalarda artıq xəstə qəbulu üçün yerlərin olmaması böhranı ilə üzləşib. Səhiyyə Nazirliyi ölkənin bütün klinikalarına təcili proqrama qoşulmaq haqda müraciət etmələri üçün çağırış edib. Nəticədə Erəmistanda daha üç regional klinika koronavirusa yoluxanların qəbuluna başlayıb.
İndiyə qədər belə xəstələrin müalicəsi ilə 6 paytaxt və 3 regional klinika məşğul olurdu.
Xəstəxanalarda artıq yer yoxdur. Stasionara yerləşdirilməsi mümkün olmayan adam ölüb
-
Gürcüstanda otellər, bütün rüstoranllar yenidən açılıb, nəqliyyat işləyir – qatarlardan başqa
İyunun 8-dən Gürcüstanda ancaq bir əhəmiyyətli məhdudiyyət qalıb – qatarların hərəkəti ən azı iyunun 15-ə qədər bərpa olunmayacaq.
Otellər, restoranlar və kafelər Səhiyyə Nazirliyinin müəyyən etdiyi qaydalara ciddi əməl etməlidir və mütəmadi olaraq təftiş ediləcəklər.
Nəqliyyatda bütün pəncərələr açıq olmalıdır və sərniçinlər arasında məsafə qorunmalıdır.
Gürcüstanda məhdudiyyətlərin yumşaldılmasının ilk mərhələsi aprelin 27-də başlayıb.
İyunun 15-dən Gürcüstan daxili turizmi bərpa edir.
İyulun 1-dən isə ölkə sərhədləri açacaq və əcnəbi turistləri qəbul edəcək.
Maska, baryerlər, bahalaşma. Gürcüstanda koronavirusdan sonra turizm necə görünəcək
-
Statistika: xəstələnib, ölüb, sağaldıb - Azərbaycan, Ermənistan, Gürcüstan
Azərbaycan Ermənistan Gürcüstan Yeni hallar 314 766 1 Cəmi xəstələnib 7 553 13 130 809 Yeni ölümlər +4 +10 0 Ümumilikdə ölüb 88 200 13 Bərpa edildi 4 149 4 014 674 -
Ermənistanda növbəti antirekord - sutkada 766 yoluxma, ölənlərin ümumi sayı 200 nəfərə çatıb
Ermənistanda 10 ölüm və 766 yeni yoluxma qeydə alınıb.
Epidemiya başlayandan Ermənistanda ümumilikdə 200 nəfər ölüb.
13 130 nəfər yoluxub, onlardan 4 014 nəfər sağalıb.
Ermənistanda koronavirusla mübarizə tədbirləri
Ermənistanda fövqəladə vəziyyət rejimi iyunun 13-dək qüvvədədir. Amma hərəkət məhdudiyyəti artıq aradan qaldırılıb və demək olar ki, bütün biznes sahələri açılıb: müəssisələr, mağazalar, bərbərxanalar, muzeylər.
Mayın 18-dən ictimai nəqliyyatın hərəkətinə icazə verilib. Nəqliyyat vasitələri ciddi şəkildə dezinfeksiya ediləcək.
Bütün sərnişinlər nəqliyyatdan istifadə etmək üçün maska taxmalıdırlar.
• Xəstəxanalarda artıq yer yoxdur. Stasionara yerləşdirilməsi mümkün olmayan adam ölüb
-
Şimali Osetiyada psixonevroloji internatda uşaqlardan və əməkdaşlardan ibarət 32 nəfər koronavirusa yoluxub
Bu yoluxma halını Şimali Osetiya prokurorluğu təsdiqləyib. “Mərhəmət” psixonevroloji internat evinin işi üzrə araşdırma başlayıb, çünki orada koronavirusun yayılmasının qarşısını almaq üçün ümumiyyətlə heç bir epidemiya əleyhinə tədbirin görülmədiyi aşkarlanıb.
Hətta bu tədbirlərin nəzəri planı da hazırlanmayıb – prokurorluğun məlumatında deyilir.
Mənbə: “Krılya TV” internet nəşri
-
Statistika: xəstələnib, ölüb, sağaldıb - Azərbaycan, Ermənistan, Gürcüstan
Azərbaycan Ermənistan Gürcüstan Yeni hallar 379 547 4 Cəmi xəstələnib 7 239 12 364 805 Yeni ölümlər +2 +7 0 Ümumilikdə ölüb 84 190 13 Bərpa edildi 4 024 3 720 650 -
Ermənistanda sərt karantinin tətbiqi müzakirə olunur
Ermənistanda 7 ölüm və 547 yeni yoluxma qeydə alınıb.
Epidemiya başlayandan Ermənistanda ümumilikdə 190 nəfər ölüb.
12 364 nəfər yoluxub, onlardan 3 720 nəfər sağalıb.
Ermənistanın baş naziri Nikol Paşinyan özünütəcrid rejimindədir, onun və ailə üzvlərinin koronavirusa yoluxduğu təsdiqlənib.
Baş nazir bildirib ki, hakimiyyət bundan sonrakı addımların bir neçə ssenarisini, o cümlədən də total məhdudiyyətlərin və komendant saatının tətbiqini müzakirə edir. Onun sözlərinə görə, epidemiyanın piki iyunun sonunda gözlənilir, amma buna tam əminlik yoxdur.
Ermənistanda koronavirusla mübarizə tədbirləri
Ermənistanda fövqəladə vəziyyət rejimi iyunun 13-dək qüvvədədir. Amma hərəkət məhdudiyyəti artıq aradan qaldırılıb və demək olar ki, bütün biznes sahələri açılıb: müəssisələr, mağazalar, bərbərxanalar, muzeylər.
Mayın 18-dən ictimai nəqliyyatın hərəkətinə icazə verilib. Nəqliyyat vasitələri ciddi şəkildə dezinfeksiya ediləcək.
Bütün sərnişinlər nəqliyyatdan istifadə etmək üçün maska taxmalıdırlar.
• Yerevan koronavirusa yoluxanların artmasına baxmayaraq, normal həyata qayıdır
-
Azərbaycanda həftəsonu evdən çıxmaq qadağan edilib
COVID-19 virusuna yoluxanların sayı artmaqdadır, hökumət belə qərara gəlib ki, insanlar həftə sonu, yəni cümə günündən bazar ertəsinə qədər evdən çıxmasın.
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində bütün iş, xidmət və ticarət sahələrinin fəaliyyəti, eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq. Buna baxmayaraq, xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinə məhdudiyyət qoyulmur.
6 iyun saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda insanların yaşayış yerlərini tərk etməsi qadağan edilir.
Ölkə sakinləri yaşadıqları yeri ancaq tibbi yardıma ehtiyac duyduqda, həyati təhlükə olduğu zaman və yaxud yaxın qohumların cənazəsində iştirak etmək üçün tərk edə bilərlər.
• Koronavirus və qanun: Azərbaycanda karantinin hüquqi tərəfləri
-
Koronavirus pandemiyası ilə bağlı Qafqazda hadisələrin xronikası