Prezidenti öz iqamətgahından zorla çıxardacaqlar?
Ola bilər ki, hazırkı prezident Qeorgiy Marqenaşvili öz iradəsinin ziddinə olaraq, iqamətgahından zorla çıxarılsın. Bu köçürülmənin həyata keçirilməsinin əsas təşəbbüskarı isə keçmiş baş nazir Bidzina İvanişvilidir.
Bu video məhşur İtalyan filmi “İnadkarın ram edilməsi filminə çəkilmiş parodiyadır. Parodiya Gürcüstanın feysbuk istifadəçiləri arasında olduqca məhşurdur. Satirik üslubda çəkilmiş videoda prezident Marqelaşvilinin öz iqamətgahından qovulması öz əksini tapıb.
İvanişvili və Marqelaşvilinin tərəfdarları arasında olan qarşıdurma hamıya məlumdur. Artıq uzun müddətdir ki, İvanişvili açıq şəkildə bəyan edir ki, Marqelaşvilinin hərəkətləri onun ürəyincə deyil- “Gürcü arzusu –nun təşəbbüskarı olduğu lahiyələrə veto qoyur, ya da hakim partiyanın aktual hesab etdiyi məsələrdə onunla partiya arsında fikir ayrılığı yaranır.
Jurnalistlərlə ünsiyyətdə olduğu vaxt keçmiş baş nazir Prezidenti açıq şəkildə tənqid etməkdən çəkinmir. Hazırda Marqelşvili keçmiş baş nazirin ən çox tənqid etdiyi şəxsdir. O Marqelaşvilinin ünvanına “ümüdləri puç edən, “ məsuliyyətsiz və s. kimi ağır ifadələr işlədir.
Lakin, hər şey əvvələr başqa cür idi. Çox az siyasi təcrübəsi olan, filosof Marqelaşvili məhz İvanişvilin dəstəyi ilə öz namizədliyini irəli sürmüşdü. Əvvələr İvanişvili bəyan edirdi ki, “heç vaxt Marqelaşvili kimi özünəməxsus şəxsiyyətlə qarşılaşmayıb, “hər bir avropa ölkəsi belə bir liderinin olmağını arzu edər.
Öz növbəsində Marqelaşvili bəyan edib ki, o “plastilin kimi hər vəziyyətə uyğunlaşa bilməz.
Lakin Marqelaşili prezident seçildikdən sonra aydın oldu ki, “Gürcü arzusu partiyasının digər təmsilçilərindən fərqli olaraq o İvanişvilinin bütün fikirləri ilə razılaşmır və bir çox məsələlərə öz baxışı var. Avlabaridə yerləşən prezident iqamətgahı İvanişvili və Marqelaşvili arasındakı qarşılıqlı münasibətlərdə gərginlik yaranmasının səbəblərindən biridir.
İlk əvvələr boyun qaçırtsa da, prezident seçildikdən sonra Marqelaşvili sələfi Mixail Saarkaşvili tərəfindən tikilən iqamətgaha köçməyi qərara alır.
Prezident seçilməmişdən əvvəl Marqelaşvili deyirdi ki, Avlabaridəki iqamətgah prezident üçün olduqca böyükdür bu binada və gürcü-amerikan uniersiteti yerləşməlidir.
Saarkaşviliyə qarşı ədavəti olan İvanişvili üçün Marqelaşvilinin eks-prezident tərəfindən tikilən iqamətgaha köçməsi xəyanətə bərabər bir addım idi.
Jurnalistlərə verdiyi son açıqlamada İvanişvili daha sərt danışıb və bildirib ki, Qeorqi Marqelaşili prezident sarayını tərk edib, onun üçün təmir olunan Atoneli küçəsindəki mənzilinə köçməlidir. Onun sözlərinə görə, prezident sarayı çox böyükdür və onun saxlanılması üçün büdcədən çox pul xərclənir.
“Əlbəttə ki, Marqelaşvili bunu istəsə də istəməsə də bunun bir sonu olmalıdır və olacaq. Dövlət dövlətdir və dövlət müəssələri öz öhdəsinə düşən məsuliyətini yerinə yetirməlidirlər, – o, bildirib.
İvanişvili hal-hazırda heç bir vazifədə olmasa da, ölkəni qeyri-rəsmi şəkildə demək olar ki, o idarə edir və hazırkı baş nazirdən daha çox nüfüza malikdir.
Məsələnin nə dərəcədə ciddi olduğunu göstərmək üçün, parlament üzvlərinin artıq prezidentin öz iqamətgahından çıxarılması ilə bağlı məsələni müzakirə etməyə hazırlaşdığını qeyd etmək bəs edər.
“Böyük ölkələrin ondan daha müvəffəqiyyətli prezidentləri Marqelaşvilin qaldığı iqamətgahdan 10 dəfə daha kiçik binada yaşayırlar.Qoy bir ətrafına baxsın, görsün ondan başqa kimin belə dəbdəbəli iqamətgahı var. İqamətdah az qalsın Ağ ev boydadır, – “Gürcü arzusu koalisiyasının deputatı Tamaz Meçiauri bəyan edir.
Mövcud qanunvericilik prezidentin iradəsi olmadan, onu iqamətgahından çıxarılmasına icazə verir, ya bu məsələ sadəcə siyasi addımdır?
«Bu hüquqi cəhətdən mümkün deyil, – ölkənin nüfuzlu QHT-si olan “Gürcüstan gənc hüquqşünaslar assosiasiyasının nümayəndəsi Tamar Qvaramadze “Azadlıq radiosuna verdiyi müsahibədə bildirib.
“Hüquqi cəhətdən prezident administrasiyasının yerəşdiyi yeri dəyişməyə Konstitusiya icazə vermir. Prezident harda qalacağını və harada fəaliyyət göstərəcəyini özü seçmək hüququna malikdir və bunun üçün heç bir strukturun icazəsinə ehtiyacı yoxdur, o bildirir.
Konstitusiyaçı Vaxtanq Dzabiradze də bu fikri bölüşür. Onun sözlərinə görə, bu mübahisəli məsələ daha çox siyasi xarakter daşıyır:
‘Belə çıxır ki, hazırkı prezident- ölkənin başçısı öz ölkəsində təqib olunur? Siyasi cəhətdən bu olduqca düşünülməmiş bir addımdır. “Gürcü arzusu bundan heç bir xeyir görməyəcək. Bizim qərbli həmkarlarımız bunu prezidentin təqib olunması kimi qəbul edəcək. Biz özümüzə niyə problem axtarırıq?!
Qeyd edək ki, prezident Marqelaşvilinin hal-hazırda qaldığı iqamətgah 2009-cu ildə onun sələfi Mixail Saarkaşvili tərəfindən tikilib.
Avropa İttifaqının missiyasında iştirak edən gürcü hərbçilər ilə görüş.
2015 il.
Prezident Marqelaşili və ölkənin birinci xanımı Maka Çiçua Avstriya prezidenti Xayneç Fişer və onun xanımı Avlabaridəki prezident iqamətgahının bağında. 2015-ci il.
Mixail Saarkaşvili Hollivud ulduzu Şeroun Stouna prezident sarayını göstərir.
2011 il.