Paşinyan-Əliyev-Mişel geniş tərkibdə görüşü: Makron və Şols kömək etmədi?
Kişinyovda Paşinyan-Əliyev-Mişel-Makron-Şolts görüşü
Kişinyovda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüş keçirilib. Görüş Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutub. Bu görüşün vasitəçisi Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin simasında Aİ olub. Bu dəfə danışıqlarda Fransa prezidenti və Almaniya kansleri də iştirak ediblər. Danışıqlar təxminən bir saat yarım davam edib.
Avropa Siyasi Birliyi 2022-ci ildə Fransanın təşəbbüsü ilə yaradılıb. Bu, “Avropanın gələcəyi ilə bağlı siyasi və strateji müzakirələr üçün” yaradılmış hökumətlərarası təşkilatdır. Birliyə 27 Aİ ölkəsi, Böyük Britaniya və Aİ-ə daxil olmayan 19 Avropa ölkəsi, həmçinin və Şimali Afrika ölkələri daxildir. Bu il sammitdə 47 ölkə iştirak edib.
“Bugünkü danışıqlar çox məhsuldar oldu və iyulun 21-də Brüsseldə keçiriləcək görüş üçün yaxşı hazırlıq idi”, – deyə Avropa Şurasının rəhbəri növbəti danışıqların tarixini açıqlayıb.
Şarl Mişel həmçinin bildirib ki, “tərəflər münasibətləri normallaşdırmaq üçün intensiv işləyir və görüşü bu formatda [yəni, Emmanuel Makron və Olaf Şoltsun iştirakı ilə] İspaniyada təkrarlamağı planlaşdırırlar”. Əgər bu danışıqlar baş tutsa, həmin görüş 5 oktyabr tarixinə nəzərdə tutulub.
Beştərəfli danışıqların nəticəsi olaraq heç bir sənəd imzalanmayıb.
- Azərbaycan və Ermənistanın hansı təmas nöqtələri var? Bakıdan baxış
- “Paşinyan Kişinyov görüşünə ümid edir”. Bakıdan şərh
- Moskvada Əliyev-Paşinyan dialoqu: sənədlərin imzalanması baş tutmayıb
Kişinyov danışıqları ərəfəsində və sonra
Avropa Şurasının rəhbəri Şarl Mişel Kişinyovdakı beştərəfli görüş zamanı liderlərin may ayında Brüssel görüşündən sonra söz açdığı irəliləyişə nail olunacağını gözləyirdi:
“Bir neçə həftə əvvəl Brüsseldə Azərbaycan və Ermənistan liderləri ilə görüşmək imkanım oldu. Biz müəyyən irəliləyiş əldə etmişik və ümid edirəm ki, bu görüş iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün ümumi siyasi iradəni bir daha təsdiqləmək üçün fürsət olacaq”.
Lakin beştərəfli görüşdən sonra jurnalistlər danışıqlarda iştirak edənlərin açıqlamalarını görmədilər, vasitəçilər də uğurdan, irəliləyişdən danışmadılar.
Bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat verib.
“Görüş zamanı regional nəqliyyat və iqtisadi infrastrukturların blokadadan çıxarılması, iki ölkə arasında sərhədlərin demarkasiyası və təhlükəsizliyi, Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasına dair sazişlə bağlı məsələlərə baxılıb. Həmçinin Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi, əsirlər, itkin düşənlər və digər humanitar problemlər müzakirə olunub”.
Paşinyan-Əliyev-Mişel-Makron-Şolz Kişinyovda