Azərbaycan parlamenti: Fransa ATƏT-in Minsk qrupundan çıxarılsın
Azərbaycanın Milli Məclisi noyabrın 25-də Fransa senatının hökuməti “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran tövsiyə xarakterli qətnaməni qəbul etməsi ilə bağlı bəyanat yayıb və Fransanın ATƏT-in Minsk qrupundan çıxarılmasını məqsədəuyğun hesab edib.
Parlamentin bəyanatında ölkə parlamenti tərəfindən aşağıdakı msələlərlə bağlı Azərbaycan hökumətinə çağırış edilib:
1. Fransanın ATƏT-in Minsk Qrupundan çıxarılması üçün təşkilat rəhbərliyinə müraciət edilsin.
2. Azərbaycanla Fransa arasında siyasi münasibətlərə yenidən baxılsın.
3. İqtisadi əlaqələr yenidən təhlil edilərək müvafiq tədbirlər görülsün.
Mənbə: Report
• Fransanın Bakıdakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib