Yaşamağa icazə yoxdur
Bu yaxınlarda Londona baş tutan səfərim zamanı ən çox diqqətimi cəlb edən broyler toyuqları kimi kök göyərçinlər və Bukinhem sarayı oldu. Daha doğrusu, sarayın özü yox, qarovulun dəyişməsini görmək üçün hasarına yapışan turistlər. Faktiki olaraq, ilk dəfə qar görən hindi mayanın təəccübünə oxşar bir hiss yaşadım. Çünki Bakıda nənki hökumət binasının, ümumiyyətlə hər hansı binanın hasarını bu cür dövrəyə almaq mümkünsüzdür. Hətta yanında durmaq belə heç də həmişə alınmır. Mütləq hardansa keşikçi ya da ona bənzər kimsə peyda olub, sizi buradan iti qovan kimi qovacaq və bu zaman ovsunlanmış kimi dayanmadan: “İcazə yoxdur, – deyə təkrar edəcək. Hər dəfə də bu sözləri eşidəndə yaxşı, amma bir qədər emosional şair olan Mayakovskinin yazdığı kimi, sözü yoldaş Mauzerə vermək istəyirəm.
Bu ifadə bakılıları ən gözləmədiyi yerlərdə də yaxalaya bilər. Misal üçün, şəhərin mərkəzində yerləşən “McDonaldsın qarşısında duran mərmər dirəklərin yanında. Vallah, məni Marsda həyat varmı və Kennedinin qatili kimdir – kimi suallar ümumiyyətlə maraqlandırmır. Məni maraqlandıran odur ki, niyə bu dirəklərə söykənmək və ya allah eləməmiş, üstündə oturmaq olmaz. O demək deyil ki, oturmaq üçün ürəyim gedir, amma nəyisə belə qəti şəkildə qadağa edəndə mütləq bunun niyəsini bilmək istəyirsən.
Maşını burada saxlamayın. Niyə? İcazə yoxdur!
Burada siqaret çəkməyin. Niyə? İcazə yoxdur!
Burada durmayın. Niyə? İcazə yoxdur!
Şəkil çəkdirməyin. Niyə? İcazə yoxdur!
Otun üstündəsəkidəpilləkəndə oturmayın. Niyə? İcazə yoxdur!
Kimin icazəsi? Niyə? Nədən? Bu sualları səsin batana qədər verə bilərsən, amma doğru-dürüst bir cavab almayacaqsan. Hələ söyməsələr yaxşıdır.
Və burada söhbət heç də hərbi obyektlər və ya hərbi sürsat anbarları, parkinqi qadağa edən nişanların asıldığı yerlər, sizin xuliqan kimi hasarından atlandığınız özəl mülkdən getmir. Bu, heç bir təhlükəsi olmayan adi ictimai yerlərdə baş verə bilər. Yoxsa təhlükə var? Bəlkə bütün bu “icazə yoxdurların əsası var, müvafiq qanun mövcuddur və s? Belədirsə, onda birincisi, bunu izah etmək olar və lazımdır. Yaxşı olar ki, izahat sakit, nəzakətli tonla və aydın verilsin. İkincisi də bəşəriyyət artıq çoxdandır ki, məhz məlumat vermək üçün istifadə olunan işarələr icad edib ki, bu yerdə filan şeyləri etməyin qadağan olunduğu bilinsin. Bizdə isə heç kim sizə izahat vermək üçün özünü əziyyətə salmayacaq.
Mənim üçün çox vacib olan bir məqam: “Qadağandır yox, məhz “İcazə yoxdur.
Bu, ilk baxışdan bir-birinə oxşar ifadələr arasında əhəmiyyətli bir fərq var.
Çünki “icazə yoxdur hansısa konkret bir qadağa deyil. “İcazə yoxdur kiminsə bizə icazə vermək istəmədiyi hər şeyə qoyduğu qadağadır.
Yəni hər şeyə xüsusi icazə alınmalıdır, uşaq valideynlərindən həyətdə oynamaq və ya şokolad yeməklə bağlı icazə aldığı kimi. Bu da cəmiyyətə sırınan fəlsəfəyə bənzəyir – “əhahəzrətlərin izni ilə yaşamaq fəlsəfəsinə. Özü də qanunun deyil, kiminsə izni ilə.
Boş şeydir? Yox.
Əsəbiləşdirir? Çox.
Qıcıqlanıdırır. Dəhşətli dərəcədə.
Yəqin ki, bu dünyada özlərini yaxşı aparan bakılılar öləndən sonra cənnətin hər şey icazə olunan xüsusi hissəsinə düşəcəklər. Cənnət xiyabanı ilə gəzirsən, ağacın arxasından isə pırtlaşıq qanadlı və London göyərçini kimi kök mələk çıxıb deyir: “Buradan niyə yan ötüb keçirsiz ki? Buludun üstündə otura, ya da qazonun üstündə uzana bilərsiz. İcazə var!.
Dərc olunub 28.09.2016