NASA Yerə bənzəyən daha 7 planet aşkarlayıb
ABŞ-ın Təyyarəçilik və Kosmik Fəzanın Tədqiqi üzrə Milli Agentliyi (NASA) Günəş sistemindən 40 işıq ili məsafəsində öz ölçülərinə görə Yerə bənzəyən yeni yeddi planet aşkarlayıb.
Planetlər TRAPPIST-1 qırmızı cırtdan ulduzun orbitində aşkarlanıb. Onların hər biri ölçülərinə görə Yer ilə müqayisə oluna bilər. BBC xəbər verir ki, onlardan üçü TRAPPIST-1 ətrafında yaşam olan zonada dövrə vurur və nəzəri cəhətdən orada həyat olması mümkündür.
“İkinci Yerin aşkarlanması – “əgər” sualının deyil, “nə zaman” sualının məsələsidir”, – NASA elmi missiyalar direktorluğunun rəhbər müavini Tomas Tsurbüxen Vaşinqtonda mətbuat konfransında bildirib.
Astronomlar danışıblar ki, bu ekzoplanetləri “Spitser” kosmik teleskopu vasitəsilə kəşf etmək mümkün olub. Onlar bu kəşfi həmin teleskop vasitəsilə edilən kəşflərin ən vacibi hesab edirlər.
Ekzoplanet nə deməkdir?
Ekzoplanet Günəş sistemindən kənarda yerləşən planetdir. İlk bu cür planet 1992-ci ildə kəşf edilib. Əslində ekzoplanetləri praktiki olaraq heç vaxt teleskopla görmək mümkün deyil, onları ulduzun şüalanmasında və hərəkətində ətrafında dövrə vuran planetlərin təsiri ilə yaranan ən xırda dəyişikliklər sayəsində tapa bilirlər. Planetin çəkisini və ölçülərini dəqiq hesablamalar vasitəsilə öyrənirlər. Texnologiyanın inkişafı sayəsində kəşf olunmuş planetlərin sayı durmadan artır. Bu işdə əsl irəliləyiş 2009-cu ildə yerin orbitinə nəhəng Kepler kosmik teleskopunun buraxılması ilə bağlıdır. Onun hesabında mindən çox təsdiqlənmiş ekzoplanet var. Ümumilikdə isə astronomlar tərəfindən 3500belə planet kəşf edilib.
“Yerin oxşarları” varmı?
“Həyat zonasında” – burada temperatur suya maye halında mövcud olmağa imkan verən dərəcədədir – yerləşən planetlər alimlərin xüsusi diqqətinə layiqdir. Bundan başqa planet atmosferdə qalmağa kifayət edəcək çəkiyə və sərt səthə malik olmalıdır.
NASA alimləri ilk dəfə “Yer 2.0” yer tipli planeti 2015-ci ilin iyulunda kəşf ediblər. Söhbət Yerdən 1400 işıq ili məsafəsində yerləşən Kepler 452b planetindən gedir. Onun atmosferinin və üzərində mayinin olması mümkündür, kütləsi Yerin kütləsinin 1,5-dir.
2016-cı ilin avqustunda daha bir sensasiyalı kəşf barədə məlum olub – yer tipli planet bizim lap yaxınızda aşkarlanıb. Söhbər Günəş sisteminə ən yaxın Sentavr Proksimi qırmızı cırtdan ulduzdan gedir, onun ətrafında yer tipli planet kəşf olunub. Onunla aramızdakı məsafə “sadəcə” 4,2 işıq ili qədərdir.
Astronomlar ümumilikdə üzərində həyat ola biləcək onlarla ekzoplanet aşkarlayıblar. Amma qeyd etmək lazımdır ki, Kainatın harasındasa həyatın olduğuna dair alimlərin əlində hələ heç bir birbaşa sübut yoxdur.