Türkiyəyə Ermənistandan, yoxsa Gürcüstandan? Bakıda videosorğu
Azərbaycan, Ermənistan və Rusiyanın Qarabağda atəşkəs haqqında üçtərəfli bəyanatında Ermənistan ərazisindən keçməklə Azərbaycandan Naxçıvana, daha sonra Türkiyəyə yerüstü nəqliyyat dəhlizi barədə maddə var. Azərbaycanlılar əvvəllər Türkiyəyə Gürcüstandan keçib gedirdilər. İndi onlar hansı yolu seçəcəklər?
- Rəy: Ermənistanın baş naziri Paşinyanın yerinə kim gələcək?
- “Bu gün biz mümkün olanın maksimumunu aldıq”: Bakıdan şərh
JAMnews bakılıların gələcək planları haqda öyrənmək məqsədilə onların arasında sorğu keçirib. Onlar Türkiyəyə hansı yerüstü yolla – əvvəllər olduğu kimi, Gürcüstandan, yoxsa artıq Ermənistan ərazisindəki nəqliyyat dəhlizindən keçməklə getməyə üstünlük verirlər?