Müxalifətlə danışıqlar pozulub, Ermənistanda küçə mübarizəsi davam edir
Ermənistanda aprelin 13-də Serj Sarqsyanın baş nazir olmasına qarşı başlayan küçə mübarizəsi onun istefasından sonra da başqa tələblərlə davam edir.
Fasilə çox çəkmədi. Aprelin 23-dən (baş nazir Serj Sarqsyanın istefasından sonra) başladı və bütün səhəri gün davam etdi. Aprelin 24-də bütün Ermənistan 1915-ci il soyqırım qurbanlarının xatirəsini yad edirdi.
Aprelin 24-də hərəkat lideri Nikkol Paşinyan və müvəqqəti olaraq baş nazir səlahiyyətlərini həyata keçirən Karen Karapetyan arasında danışıqların başlanmasına dair razılıq əldə edildiyi bildirilmişdi. Amma axşam artıq məlum oldu ki, danışıqlar pozulub. Hökumətin mmətbuat xidməti Karapetyanın bəyanatını yayıb:
“Elan olunmuş görüş baş tutmayacaq, çünki Nikol Paşinyan birtərəfli şəkildə görüş formatə, gündəm və işıqlandırma qaydaları ilə bağlı yeni tələblər irəli sürüb. O, bizim tərəfimizdən görüşdə iştirak etməli olan şəxslərin siyahısını təqdim edib, o cümlədən də bəyan edib ki, o, danışıqları yalnız öz gündəmi ətrafında aparacaq.
Bu, danışıq və ya dialoq demək deyil, bizim tərəfimizdən danışıqları kimin aparacağına dair qərara qədər sadəcə öz nöqteyi-nəzərini ifadə etməkdir. Danışıqlar aparmaq məsələsində müəyyən təcrübəyə sahib olduğum halda bu formatda danışıqlar haqda heç vaxt eşitməmişəm”.
Paşinyan həmçinin tələb edib ki, danışıqlar jurnalistlərin iştirakı ilə həyata keçirilsin. Daha əvvəl ola bilər ki, artıq keçmiş baş nazir Serj Sarqsyanla da danışıqlar məhz bu səbəbdən pozulub.
Etiraz hərəkatının lideri Paşinyan bildirib ki, Sarqsyanın lideri olduğu Ermənistanın Pespublikaçılar Partiyası baş nazir kürsüsündə Karen Karapetyanı görmək və yenidən öz hakimiyyətini bərpa etmək istəyir. Buna imkan verməmək üçün Paşinyan insanları küçə mübarizəsini bir həftə də davam etdirməyə çağırıb.
“Düşünürəm, bu vəziyyətdə biz öz mövqeyimizi qəti bildirməli və qeyd etməliyik ki, hadisələrin bu cür dönüşü inqilabın plan və proqramına daxil ola bilməz… Düşünürəm ki, inqilab ERP-nın Ermənistanda bir daha hakimiyyətə sahib ola bilməyəcəyinə dair aydın mesaj idi. Serj Sarqsyan getdi, amma respublikaçılar da hakimiyyətdən məhrum olmalıdılar ki, Serj Sarqsyan ölkəni respublikaçılar vasitəısilə kölgədən idarə edə bilməsin. Biz vətəndaş itaətsizliyi aksiyalarını davam etdirməyə səsləyirik və mən düşünürəm ki, “məxməri inqilabın” sonlandırılması üçün daha bir addım atılmalıdır”, – Nikol Paşinyan deyib.
Bu gün səhərdən itaətsizlik hərəkatının tərəfdarları Yerevan küçələrində yeni şüarla addımlayırlar: “Kareni rədd et”, baş nazir Sarqsyanın istefaına qədər bu şüar “Addım at – Serji rədd et” kimi səslənirdi.
Etirazçılar həmçinin öz liderlərinin adını da şüar kimi səsləndirirlər – “Nikol” və onun baş nazir olmasını tələb edirlər.
Nikol Paşinyanın özü isə ötən gün xarici media nümayəndələrinin iştitakı ilə mətbuat konfransı zamanı bildirmişdi ki, bu məsuliyyəti öz üzərinə götürməyə etiraz etmir. Baş nazir xalqın seçdiyi şəxs olmalıdır və o, insanların bu kürsüdə məhz onu görmək istədiyini istisna etmir, hətta buna əmindir.
Bu sözlərdən sonra Paşinyan izah edib ki, xalq baş nazir vəzifəsinə namizədlə bağlı öz fikrini paytaxtın Respublika meydanında bildirəcək – öz razılığını və ya etirazını uca səslə ifadə edərək.
Baş nazir səlahiyyətlərini müvəqqəti olaraq həyata keçirən Karapetyan bununla bağlı bildirib:
“Mən elə bir ölkə tanımıram ki, orada xalqın namizədi bu yolla seçilsin: bunun üçün seçkilər mövcuddur. Vətəndaşlardan biri üçün bir namizəd məqbuldur, digəri üçün başqası. Təklif edirəm ki, növbədənkənar parlament seçkiləri keçirilsin və əgər o, xalq tərəfindən seçiləcəksə, qoy o, keçsin”.
Bundan az sonra Paşinyan vəziyyəti korrektə etməyə çalışıb. Onun sözlərinə görə, Karapetyan onu düz başa düşməyib, o və tərəfdarları əslində hesab edirlər ki, baş nazir qanuna müvafi olaraq Milli Məclisdə seçilməlidir. Meydanda olan xalq isə baş nazir vəzifəsinə öz namizədinin adını təsdiqləməlidir.
Karapetyan danışıqlar masası arxasında məntiqli çıxış yolu tapmağı, konstitusiya çərçivəsində parlament seçkilərinin keçirilməsi məsələsini müzakirə etməyi təklif edib. Konstitusiya isə Paşinyanın üzvü olduğu “Yelk” fraksiyasının öz namizədini irəli sürməsini qadağan etmir.
Artıq “Yelk” nümayəndəsi Edmon Marukyandan fraksiyanın baş nazir kürsüsünə Paşinyanın namizədliyini irəli sürəcəyi haqda məlumat daxil olub.
Onun seçilməsi üçün 53 deputatın ona səs verməsi lazımdır. “Yelk” fraksiyası və ona qoşulan dügər müxalif parlament fraksiyası “Tsarukyan” birlikdə 40 səsi təmin edəcək, hazırkı parlament çoxluğu olan Respublikaçılar partiyası və onun koalisiya tərəfdaşı “Daşnaksütyun” partiyasından da 13 səs qazanmaq lazımdır.
“Yelk” fraksiyasının nümayəndəçsi Edmon Marukyan yaxın zaman üçün gələcək addımlar planını da təqdim edib:
“Ayın otuzunda, məsələn, Nikol Paşinyan baş nazir seçilir, başlayırıq Seçki Məcəlləsi üzərində işləməyə, onu dəyişirik, ERP-nı bütün inzibati resurslardan məhrum edirik ki, onlardan seçkilərdə istifadə edə bilməsinlər və yalnız bundan sonra ədalətli seçkilər keçiriləcək”.
Paşinyan da daha əvvəl bəyan etmişdi ki, növbədənkənar parlament seçkiləri keçirmək üçün Seçki Məcəlləsinə dəyişikliklər edilməlidir.
Dialoqa və vəziyyətin qısa zamanda həll olunmasına çağırış bu gün ABŞ Dövlət Departamentindən gəlib:
“Biz bütün tərəfləri konstruktiv mövqe tutmağa və hakimiyyətin Ermənistan Konstitusiyasında təsbit olunmuş qaydada və qanunun aliliyi çərçivəsində dinc yolla ötürülməsini həyata keçirməyə səsləyirik. Biz Birləşmiş Ştatlar və Ermənistan üçün qarşılıqlı maraq kəsb edən çoxsaylı sahələri və istiqamətləri nəzərə alaraq yeni hökumətlə sıx əməkdaşlığa ümid edirik. Ermənistanındostu və tərəfdaşı kimi biz erməni xalqını dialoqa səsləyirik ki, dövlətin suveren gələcəyini demokratiya və sülh yolu ilə qurmaq mümkün olsun”.
JAMnews Ermənistanda baş verən hadisələrin inkişafını izləyir.