Müxalifətin Tbilisi sakrebulosu qarşısındakı aksiyasında iki nəfər saxlanılıb
Foto: Tabula
“Milli Hərəkatın” Tbilisi sakrebulosu yaxınlığında təşkil etdiyi aksiya etitazçılarla polis arasında qarşıdurma və toqquşma ilə nəticələnib.
Aksiya iştirakçıları şəhər hakimiyyətinin bilavasitə sərəncamı iklə Tbilisinin mərkəzindəki torpaq sahələrini keçmiş baş nazir Bidzina İvanişvili ilə əlaqəli olan şirkətlərə ötürülməsinə etiraz ediblər.
Tbilisi sakrebulosu İvanişvili ilə bağlı olan bu şirkətlərin həmin əraziləri 1 larilik simvolik qiymətə əldə etməsi haqda müvafiq qərar qəbul etməyi planlaşdırır.
Sakrebulo binası gücləndirilmiş polis sdəstələri tərəfindən qorunur. “Milli Hərəkat”dan olan deputatlar Sakrebulo binasına buraxılmır.
İki aksiya iştirakçısı inzibati qanun pozuntusu ittihamı ilə saxlanılıb. Onlardan biri “Milli Hərəkatı” təmsil edən deputat Kote İoselianidir.
İqtidarda olan “Gürcü arzusu” partiyasının nümayəndələri bildirirlər ki, müxalifət destruktiv hərəkətlərlə məqsədyönlü şəkildə qarışıqlıq salmağa çalışır.
“Biz tbilisililərin maraqlarına uyğun qərar qəbul edirik. Müvafiq olaraq, heç kimin destruktiv addımlar atmağa haqqı yoxdur. Burada özünüidarə nümayəndəliyinin əsas orqanı yerləşir”, – sakrebulo sədrinin müavini Giorgi Tkemaladze bildirib.
Tbilisi meriyası ərazilərin İvanişvili şirkətlərinə ötürülməsi haqda qərarı artıq təsdiqləyib. İndi Tbilisi sakrebulosu da eyni addımı atmalıdır.
Söhbət iki ərazidən – Azadlıq meydanındakı 1900 kvadrat metrlik yeraltı avtomobil parkı və Tabori dağında 4433 kvadrat metrlik torpaq sahəsindən gedir.
Ərazilərin İvanişvili ilə bağlı olan şirkətlərə ötürülməsinə yalnız müxalifət etiraz etməyib. Tbilisi sakrebulosu qarşısına toplananlar arasında vətəndaş cəmiyyəti nümayəndələri, o cümlədən “yaşıl hərəkat” təmsilçisi “Partizan bağçılığı” təşkilartının üzvləri də var.
Oktyabrın 21-də Gürcüstanda yerli özünüidarə orqanlarına seçkilər baş tutacaq. Bu da Tbilisi meriyası və sakrebulosu ətrafında yaranmış vəzihyyəti daha da gərginləşdirir.