Rəsmi görüşlər və müxalifətçi ilə şam yeməyi – Avropa Şurası nümayəndəsinin Azərbaycana səfəri
Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna insan haqları ilə bağlı vəziyyət haqda material toplamaq üçün Bakıya gəlib.
Sentyabrın 5-7-də onun rəsmi şəxslərlə və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşləri planlaşdırılmışdı. O, həmçinin bəzi siyasi məhbuslarla görüşmək istəyirdi. Amma fakt üzrə hələlik yalnız o məlumdur ki, Sunna müxalif Respublikaçı Alternativ Partiyasının lideri İlqar Məmmədovla şam yeməyi yeyib.
• Azərbaycanda jurnalist olmaq niyə çətindir?
• Gürcüstanda kimlərin haqları qorunur?
Torhildur Sunna və Azərbaycan
Torhildur Sunna – islandiyalı hüquqşünas, hüquq müdafiəçisi və jurnalistdir. İslandiyanın Pirat Partiyasını təmsil edir ki, həmin partiya intellektual mülkiyyət və müəllif hüquqları sahəsində qanunvericilik islahatları uğrunda mübarizə aparır.
2018-ci ilin iyun ayında Torhildur Sunna AŞPA-nın hüquqi məsələlər və insan haqları komitəsinə Azərbaycanda siyasi məhbuslar haqqında hesabatın hazıranması üçün məruzəçi təyin edilib.
2019-cu ilin martında böyük əfv fərmanı çərçivəsində təxminən 50 nəfər azərbaycanlı siyasi məhbus azadlığa çıxdı. Lakin aprel ayında Strasburqda dinləmələrin gedişində Torhildur Sunna bildirdi ki, bu, problemi həll etməyib və həbsxanalarda siyasi motivlər üzrə ittiham olunmuş hələ təxminən 70 insan qalmaqdadır.
• AŞPA-da Azərbaycanda insan haqları müzakirə olunub
Əfvdən sonra keçmiş iki ay yarım ərzində daha bir neçə müxalifətçi və fəal həbs olunub, siyasi məhbuslardan bəziləri isə işgəncələrə məruz qaldıqlarından şikayət ediblər.
Torhildur Sunna Azərbaycana bu ilin iyununda gəlmək niyyətində idi. Amma o zaman hakimiyyət 4-5 iyun tarixlərində ölkədə Ramazan bayramının qeyd olunduğunu və həmin günlərin qeyri-iş günü olduğunu səbəb gətirərək onu qəbul etməkdn imtina etmişdi. Buna görə də məruzəçinin səfəri sentyabra qədər təxirə salınmışdı.
İlqar Məmmədovla görüş
İlqar Məmmədov Torhildur Sunna ilə görüşü haqda Facebook səhifəsində bunları yazıb:
“…Geniş söhbət etdik, gələcək hesabatı üçün. Yanvarda təqdim edəcəyi hesabatına qədər bütün siyasi məhbusların azad edilməsi məncə inandırıcı görünmür, amma bu ilin təcrübəsi göstərdi ki, müəyyən irəliləyiş mümkündür və ondan böyüyünə doğru çalışmalıyıq. 0 siyasi məhbus prinsipi tam təmin olunmalı, Avropa məhkəməsinin qərarları tam icra olunmalıdır və bunun üçün siyasi partiyaların, sivil toplumun və beynəlxalq qurumların sərəncamında olan bütün alətlərin öz yeri var”.
“Yanvar” haqda danışdığı zaman İlqar Məmmədov AŞPA-nın sessiyasını nəzərdə tutub. Bu sessiyada Torhildur Sunna hazırkı səfəri haqda hesabatı təqdim edəcək və gəldiyi nəticələri səsləndirəcək.