Müttəhimlər kürsüsündən seçkilərə: Ermənistanın eks-prezidenti Robert Koçaryanın planları
Ermənistan məhkəməsi konstitusiya quruluşunun devrilməsində ittiham olunan Ermənistanın eks-prezidenti Robert Koçaryana bəraət verib. Bu, ölkədə keçiriləcək seçki ərəfəsində baş verib və keçmiş prezident bu seçkilərdə nəinki iştirak etmək, həm də qələbə qazanmaq niyyətinddədir. Bu haqda o, Rusiyanın Birinci Kanalında Vladimir Poznerə müsahibəsində bildirib.
Koçaryan özünün rusiyayönlü oriyentasiyasını da vurğulayıb və ölkədəki anti-Rusiya əhvalla bağlı xəbərdarlıq edib. O, özünün hazırkı hakimiyyətə münasibəti haqda danışıb, Qarabağ problemilə bağlı öz nəzər nöqtəsini təqdim edib, həmçinin Ermənistana qarşı Türkiyə təhdidi haqda bəyan edib. Keçmiş prezident burada öz nailiyyətləri və güclü tərəfləri haqda da danışıb, amma zəif tərəflərini acıqlamağa razı olmayıb.
Ermənistanlı politoloqlar hesab edirlər ki, Koçaryanın müsahibəsindəki bütün mesajların tək ünvanı erməni elektoratı yox, rəsmi Moskvadır.
- Ermənistanın eks-prezidenti Robert Koçaryan məhkəmənin qərarı ilə azadlığa buraxılıb
- Moskva, yoxsa Brüssel? Ermənistanın baş naziri haqda niyə qərbyönlü siyasətçi təəssüratı yaranıb?
Koçaryan təqsirli deyil, amma ondan üzr istəməyəcəklər
Yerevan Məhkəməsi artıq Ermənistanın keçmiş prezidenti Robert Koçaryanı konstitusiya quruluşunun devrilməsində təqsirli saymır. Hakim Anna Danibekyan konstitusiya quruluşunun devrilməsi maddısi üzrə eks-prezidentə bəraət verib. Məsələ burasındadır ki, daha əvvəl Ermənistanın Konstitusiya Məhkəməsi onun ittiham olunduğu Cinayət Məcəlləsinin 300.1-ci maddəsini konstitusiyaya zidd hesab etmişdi.
Söhbət 1 mart 2008-ci il hadisələrindən gedir, bu zaman prezident seçkilərinin nəticələrindən narazı qalanların keçirdiyi nümayiş dağıdılarkən 10 nəfər olmuşdu.
Robert Koçaryanın müdafiəsi ittiham tərəfinin üzr istəməsini tələb edib, amma məhkəmə bu vəsatəti rədd edib. Həmçinin ikinci prezident haqda seçilmiş ölkədən çıxmamaq haqda iltiizam qətimkan tədbiri də qüvvədə qalır.
Böyük siyasətə qayıdış
Məhkəmə qərarından bir gün öncə Robert Koçaryan Vladimir Poznerə bööyük müsahibə verib və bildirib ki, iyulda keçiriləcək növbədənkənar parlament seçkilərində partiyalardan ibarət bloka rəhbərlik edəcək.
O, qələbə qazanacağına əmindir və bir çox partiyaların onunla seçkiqabağı alyansa daxil olmaq istəməsi ilə qürur duyur, amma o, hələlik ancaq iki siyasi qüvvə ilə danışıqlar aparır. Bununla belə Koçaryan seçkidə iştirak üçün konkret hansı partiyalarla blok yaradacağını açıqlamayıb.
Eks-prezident bildirib ki, Ermənistanda yaranan vəziyyəti düzəldə biləcək heç kimi görmədiyi üçün hakimiyyətə can atır. Çünki o bunu bacaracaq. Bunun təsdiqi üçün deyib ki, keçmişdə iki dəfə ölkəni böhran vəziyyətindən çıxara bilib.
Bir dəfə bu, Dağlıq Qarabağda, müharibənin gedişatında ərazilərin 50 faizi itirildiyi zaman olub:
“Mən birinci şəxs olandan sonra biz nəinki əraziləri qaytardıq, həm də DQMV-nin ərazisindən iki dəfə artıq ərazidə təhlükəsizlik zolağı yaratdıq”.
İkinci dəfə Koçaryan, öz sözlərinə görə, 1998-ci ildə Ermənistanda iqtisadi və daxili siyasi böhranın öhdəsindən gəlib. O, yüksəliş rəqəmlərini misal gətirib: onun 10 illik hakimiyyəti dövründə Ermənistanda ÜDM 6 dəfə, büdcə isə 8 dəfə artıb.
Bunları sadaladıqdan sonra Koçaryan Poznerdən soruşub – “Təsirlidir?”
Seçkilərə Rusiya yönlü oriyentasiya ilə
“Mən heç vaxt Rusiyaya münasibətimi gizlətməmişəm. Mənim prezidentliyim dövründə bu əlaqələrin möhkəmləndirilməsi üçün çox şey edilib. Mən heç vaxt bütün çalarlarla və bütün cəbhələrdə oynamağa çalışmamışam”, – Koçaryan müsahibə zamanı deyib.
O bildirib ki, Moskvaya bu dəfəki səfəri zamanı Putinnlə görüşməyib, amma müəyyən müzakirələr aparıb.
Koçaryan Qarabaö müharibəsindəki məğlubiyyətdən sonra Ermənistanda anti-Rusiya əhvalı haqda danışıb:
“Sorosun, özlərini qlobalist hesab edən qeyri-hökumət təşkilatlarının sözdə koqortası Ermənistanda çox fəal işləyirlər. Bizim identifikasiyamızın təməli sarsıdılır. Bizi əmin etmək istəyirlər ki, vektorumuzu, oriyentasiyamızı dəyişməliyik”.
Amma eks-prezident hesab edir ki, bu müharibəni Rusiya təhrik etməyib, əksinə, dayandırmaq üçün mümkün olanı maksimum edib. RF prezidentinin fəal müdaxiləsi olmasaydı, Koçaryanın sözlərinə görə, bütün Qarabağ Azərbaycanın nəzarəti altına keçə bilərdi.
Qarabağı qaytarmaq mümkündür, amma revanşsız
“Heç də hər şey itirilməyib, DQMV-ə daxil olan ərazilərin geri qaytarılması ehtimalını müzakirə etmək mümkündür. Statusun müzakirəsinə gəlincə, bu, çox mürəkkəb olacaq, amma burada da perspektivlər var”, – Koçaryan deyib.
Hakimiyyətə gələndən sonra o, revanş haqda düşünməyəcək. Ermənistan ordusu, onun fikrincə, indi elə vəziyyətdədir ki, istənilən şüurlu insanın ağlına revanş haqda fikir gəlməz:
“Amma çox ədalətsiz sülh daimi ola bilməz. Əgər münaqişəyə nöqtə qoymaq istəyiriksə, ədalət nöqteyi-nəzərdən qəbul ediləcək həll yolu tapmaq lazımdır”.
Ermənistan üçün Türkiyə təhlükəsi
Koçaryanın sözlərinə görə, Ermənistan üçün ən böyük təhlükə Türkiyədən gəlir. Bu təhlükə ekzistensial, tarixidir:
“Türklər ermənilər tərəfindən təhlükə kimi qəbul edilirlər, biz də türklər tərəfindən təhlükə kimi qəbul olunuruq. Sərhədlərin bağlı olması, diplomatik münasibətlərin olmaması bununla izah olunur. Sərhədlər açılacağı təqdirdə Türkiyə Ermənistanda həmin Acarıstanda etdiyini etməyə çalışacaq – biznes və iqtisadiyyatda iştirak planında.
Eyni zamanda Ermənistanın tarixən Rusiya yönlü oriyentasiyası da bununla əlaqədardır, bu da təkcə Türkiyəni yox, həm də amerikalıları qıcıqlandırır”.
Bütün günah hazırkı hakimiyyətdədir
Koçaryanın fikrincə, Qarabağda müharibəyə və məğlubiyyətə görə məsuliyyəti şəxsən Ermənistanın baş naziri Nikol Paşinyan daşıyır:
- O, anlaşılmaz tələblər irəli sürür və 1992-ci ildən davam edən danışıqları sıfıra endirdi,
- Danışıqlar prosesində Qarabağın iştirakını tələb edirdi,
- Bildirdi ki, “Artsax Ermənistandır və nöqtə”.
Koçaryanın bildirdiyinə görə, bu, Ermənistan tərəfinin predmetli danışıqlardan yayındığı təəssüratını yaratdı, Paşinyan anlamırdı ki, bununla o, rəqibi təhrik edir.
Özü haqda
Poznerin proqramın sonundakı öz şəxsiyyəti haqda ənənəvi suallarına Koçaryan cavab olaraq bildirib ki, karyerasını özünün əsas nailiyyəti hesab edir. Bəyan edib ki, dostluğa dəyər verir, xəyanəti heç vaxt bağışlamır və sədaqəti qiymətləndirir, onun əsas gücü qətiyyətli olmasıdır.
İkinci gücsüzlük haqda suala Koçaryan “düşmənlərini sevindirməmək” üçün cavab verməkdən imtina edib.
Ekspertlər Robert Koçaryanın müsahibəsi haqda
Armen Vardanyan, politoloq:
“Düşünürəm ki, Robert Koçaryan seçki ərəfəsində Rusiyaya loyallığını nümayiş etdirmək və Krelin dəstəyini qazanmaq üçün növbəti dəfə fürsətdən istifadə etdi.
Müsahibə zamanı o, bir neçə dəfə Putinə söz verdi ki, hakimiyyətə gəlsə, Ermənistan Qərbə can atmayacaq. Düşünürəm ki, onun mesajlarının ünvanı qətiyyən erməni elektoratı deyil, rəsmi Moskvadır”.