“Mustafa Çabuka qaçqın statusu verməkdən imtina sənədlərlə təsdiq olunmayıb” – qeyri-hökumət təşkilatları
Gürcüstanın qeyri-hökumət təşkilatları Mustafa Emre Çabuka qaçqın statusunun verilməsinə imtinaya reaksiya veriblər.
Onlar bildiriblər ki, Gürcüstanın işğal olunmuş ərazilərdən zorla köçürülmüş şəxslər, qaçqınlarla iş, onların yerləşdirilməsi nazirliyinin qərarı sənədlə təsdiq olunmayıb, qanuni deyil və siyasi motivasiyalıdır, bu, Gürcüstan hakimiyyətinin Türkiyədəki qeyri-demokratik rejimə prinsipiallıqdan uzaq münasibətidir.
Mustafa Emre Çabuk Tbilisidə mayın 24-də saxlanılıb. Ona qarşı terrorçuluq ittihamı ilə həbs qəti imkan tədbiri seçilib. O, Fətullah Gülən və onun Türkiyədə terrorçu kimi tanınan təşkilatı ilə əməkdaşlıqla ittiham olunur.
“Nazirliyin əsas arqumenti mübahisəli bir sübuta əsaslanır
– Türkiyədə Fətullah Gülənin təşkilatı terrorçu təşkilat kimi tanınır və onun üzvlərinin cinayət təqibi legitimdir. Bununla belə, nüfuzlu beynəlxalq təşkilatların qiymətlərinə görə, bu insanlara qarşı açılan cinayət işləri siyasi məzmunludur və fundamental insan haqlarının kütləvi şəkildə pozuntusunu əks etdirir”, – sənəddə deyilir.
Gürcüstan iyulun 7-də Dəmirəl adına kollecin keçmiş meneceri Mustafa Emre Çabuka və onun ailə üzvlərinə qaçqın statusu verməkdən imtina edib. Nazirliyin “Liberal” nəşrində dərc olunan əsaslandırılmasında vurğulanır ki, Çabukun Türkiyəyə ekstradisiyasında heç bir risk yoxdur və Türkiyənin həbsxanalarında pozitiv dəyişikliklər qeydə alınıb.
Qeyri-hökumət təşkilatları Türkiyə həbsxanalarında tətbiq olunan praktikadan bəhs edən bir sıra beynəlxalq sənədləri göstərir. Onlar hökuməti, beynəlxalq təşkilatları, Gürcüstan parlamentini Mustafa Çabukun Türkiyəyə ekstradisiyasına yol verməməyə çağırırlar.
Dəmirəl adına kollec Gürcüstanda Çağlar təhsil şəbəkəsinin bir neçə müəssisəsi kimi 15 iyul 2016-cı il tarixində hərbi çevrilişin təşkilində ittiham olunan Fətullah Gülənin adı ilə bağlıdır. Türkiyə hakimiyyəti bu ölkədə Gülən tərəfindən açılan Şahin məktəblərinə zərbə endirib və bildiriblər ki, orada “terrorçu hazırlayırlar”. Mustafa Emre Çabuk Gürcüstanda bir neçə il ərzində maarifçilik fəaliyyətilə məşğul olub.