“Müharibədən əvvəlki keçmişə qayıda bilsəydim, hər şey fərqli olardı”
Qriqor Qarabağ köçkününün həyatından, sülh və təhlükəsizlik haqda düşünülərsə hadisələrin fərqli cərəyan edə biləcəyi haqda danışır. “Qəddarlıq, ağrı, günahsız insanların ölümü. Tanrı bunu yuxarıdan görsəydi, bizə görə məyuz olardı”.
“Mən əslən Artsaxın [tanınmamış Dağlıq Qarabağ Respublikası] Hadrut rayonundan, Haykavan kəndindənəm. Orada yol tikintisi sahəsində işləyirdim, kənd yollarını təmir edirdik.
Ailəm kənd təsərrüfatı və əkinçiliklə məşğul olurdu. Müharibədən bir neçə gün əvvəl biz yaratdığımız fermer təsərrüfatına böyük vəsait yatırdım. Təəssüf ki, biz hər şeyi itirdik.
Mən Ermənistana noyabrın 13-də gəldim, ailəm daha əvvəl oktyabrın 10-da gəlmişdi. Bizim ailəmiz kəndi ən son tərk edənlərdən biridir. Müharibə vaxtı mən Artsaxda idim – orada işləyirdim, könüllü idim, başqalarına kömək edirdim.
Ailəm böyükdür, biz doqquz uşağıq. Mən oğlanlardan ən böyüyüyəm, altı azyaşlı qardaşım və bacım anamla qalıb. Atam əslən Gümridən, anam isə Maralikdəndir. 1994-cü ildə onlar köçürülmə proqramı ilə Artsaxa gedib, orada ev tikiblər.
Buna görə də müharibə başlayan zaman, bizim ailəmiz birbaşa Gümriyə yollanıb. Əvvəlcə biz yerli yataqxanalardan birinə yerləşdik. Bizə kömək etdilər. Özümüz o çətinliklərin öhdəsindən gələ bilmədik.
Amma burada, Gümridə, ailəmə kömək edə bilmirdim, çünki işim yox idi. Bundan başqa, ötən həftə anam kiçik uşaqlarla birlikdə Vanadzora köçüb.
Mən yataqxanada üç aya yaxın yaşadım. Gümridə bir qıza rast gəldim və vuruldum. Evlənmək qərarına gəldik. İndi Gümkirə kirayə ev tutmuşuq və birlikdə yaşayırıq.
Məktəb attestatı üçün imtahan verməyə hazırlaşıram. Əslində mənim doqquz illik təhsil haqda şəhadətnaməm vardı, amma azərbaycanlılarda qaldı. Attestat alan kimi təhsil almaq üçün kollecə gedəcəm ki, sonra məktəbdə tarix və ya coğrafiya müəllimi işləyə bilim. Bu fənlərdən yaxşı başım çıxır, onlar xoşuma gəlir.
Bir də proqramlaşdırmanı öyrənəcəm, artıq kursa da yazılmışam. Bundan başqa, maşın sürməyi də öyrənirəm ki, sürücülük vəsiqəsi alım. Alan kimi taksi sürməyə və pul qazanmağa başlayacam ki, gənc ailəmizi dolandıra bilim.
Mənim həyatımda elə bir dövr başlayıb ki, buradan geriyə yol yoxdur: mən irəliləməliyəm.
Müharibədən əvvəlki keçmişə qayıda bilsəydim, hər şey fərqli olardı. Müharibə mənə həyatı fərqli dəyərləndirməyə kömək etdi, amma bu bizə çox baha başa gəldi. Müharibədən sonra biz gözlərimizi açmalıyıq və reallığın üzünə baxmalıyıq.
Mən tez-tez Hadrut şəhərini xatırlayıram. Kənd təbiətini, meşələri, heyvanları, maralları. Mən şəxsi əşyalarımdan heç nəyi götürə bilmədim, hətta suvenir kimi də.
Ən çox iki evimiz, ailəmizin yaratdığı təsərrüfat və Haykavanda yaşadığımız müddətdə nail olduqlarımız üçün darıxıram. Məsələ qətiyyən maddi rifahda deyil, ən əsası bütün bunlara nail olmaq üçün nə qədər zaman və əmək sərf etməyimizdir. Məsələ bizi Hadrutla bağlayan xatirələrimizdədir.
Больше всего мне не хватает наших двух домов, хозяйства, созданного моей семьей, и всего, чего мы достигли, когда жили в Айкаване. И дело совсем не в материальных благах, а в том, сколько времени и труда мы вложили, чтобы достичь всего этого. Дело в воспоминаниях, которые связывают нас с Гадрутом.
Bu yaxınlarda mən təsadüfən YouTube-da evimizin yandırıldığını gördüm. Bu haqda danışmaq və xatırlamaq çox ağrılıdır.
Artsaxa qayıtmaq üçün məna görmürəm. Təəssüf ki, bizim heç bir təhlükəsizlik zəmanətimiz yoxdur, amma zaman-zaman vətənə gedəcəm. Mən heç olasa bir dəfə evimizi görmək üçün hər şeyi verərdim.
Elə günlər olur ki, gecə dəhşətli yuxular üzündən yatağımdam sıçrayıram. Həyat yoldaşım oyanıb soruşur ki, yuxuda nə görmüşəm? Sən demə yuxuda Hadrutda, Haykavanda olmuşam. Mən hər an fikirlərimdə keçmişə qayıdıram.
Tez-tez bu fotoya baxıram. Eh, Hadrut. “Hadrutun qaytarılmasını tələb edirik”. İstədiyiniz qədər tələb edin.
Tez-tez bu fotoya baxıram. Eh, Hadrut. “Hadrutun qaytarılmasını tələb edirik”. İstədiyiniz qədər tələb edin…
Müəyyən bir məqamda mən anladım ki, keçmişlə yaşamaq bəsdir. Ölüllərlə birlikdə ölmək olmaz, həmişə irəliyə baxmaq lazımdır. Biz itirdiyimizdən daha yaxşı nəsə yaratmalıyıq.
Bütün bunlarla yanaşı biz sülh və təhlükəsizlik haqda düşünməliyik. Sülh ya hamı üçün, ya da heç kim üçün olur. Azərbaycanlılar adi insanlardır və onlarda düşmənlik yoxdursa, onlar mənim düşmənim deyil.
Bütün bu müharibə qəddarlıq, ağrı, günahsız insanların ölümüdür. Düşünürəm ki, əgər Tanrı bunu səmanın yüksəkliyindən görsəydi, bizə görə dəqiq məyus olardı.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.