Qarabağ və Ermənistanın aqibəti necə olacaq?
Qarabağ üzrə 2020-ci il noyabrın 9-da Ermənistan, Azərbaycan və Rusiya arasında imzalanan üçtərəfli razılaşmanın əsas müddəaları zamanında yerinə yetirilib – dekabrın 1-ə qədər Ermənistan tərəfi Dağlıq Qarabağ ətrafındakı üç rayonu Azərbaycanın nəzarətinə təhvil verib.
Bundan sonra nə olacaq? “İkinci Qarabağ müharibəsni” uduzan Ermənistanndan gələcək o qədər də parlaq görünmür. Siyasi icmalçı Naira Hayrumyanın JAMnews üçün şərhi.
Real sərhədlər haradan keçəcək?
Ermənistan tərəfini Azərbaycandan ayıran sədd – 44 günlük müharibə (27 sentyabr-9 noyabr, 2020) Qafqazda son 26 il ərzində – “birinci Qarabağ müharibəsindən” sonra mövcud olan qüvvələr nisbətini tamam dəyişdi.
Erməni Qarabağı Türkiyənin dəstəyi ilə hərəkət edən Azərbaycan qüvvələrinə, cihadçı muzdlulara, İsrail və Türkiyə istehsalı olandronlara müqavimət göstərə bilmədi.
1991-1994-cü il mühaibəsindən sonra Qarabağın erməni qüvvələrinin nəzarətində olan ərazilərin 70 faizi Azərbaycanın nəzarətinə keçdi. Üstəlik tutulmiş ərazilər sırasına keşmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonu, Şuşa, Əskəran, Martuni və Mardakert rayonlarının bir hissəsi də daxildir. Şuşa şəhəri də itirilib.
İndi gündəmdə kəskin dayanan məsələ real sərhədlərin müəyyən edilməsidir. Onların bir hissəsin müəyyən edilməsi üçün hüquqi əsas yoxdur, faktiki olaraq bu məsələ volünratistcə – güc və müqavimətlə həll ediləcək.
Kimsə deyir ki, Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin sovet dövründəki sərhədləri əsas götürülməlidir. Amma bu halda sual yaranır – vilayətin hazırda Azərbaycanın nəzarəti altında olan hissələri necə olacaq?
Digərləri razılaşma imzalanan andakı cəbhə xəttinə əsaslanmağı təklif edir və ya Rusiyaya istinad edir: vasitəçiliyi üstünə götürmüşkən, sərhəd məsələsində arbitr olmaq da onun üzərinə düşər.
Bu müharibədən sonra sərhəd Ermənistanın özü üçün də problemə çevrilib.
Azərbaycan hərbçilərinin Ermənistanın suveren ərazilərinə haqq iddia etdiyi artıq bir neçə hal baş verib – böyük qızıl yatağının yerləşdiyi Sotkda və Sünik vilayətində.
Ermənistanın özünün sərhədi də min kilometr uzanıb.
İndiyə qədər 1997-ci il razılaşmasına əsasən, Ermənistanın İranla və Türkiyə ilə sərhədi Rusiya sərhədçiləri tərəfindən qorunur, Gürcüstanla sərhəddə Ermənisran sərhədçiləri, Ermənistan-Azərbaycan sərhədində isə Ermənistan qoşunları dayanır.
İndi real Ermənistan-Azərbaycan sərhədində kimin dayanacağı hələlik məlum deyil.
Baş nazir Nikol Paşinyan deyib ki, sərhədin bu hissəsini Ermənistan ordusu mühafizə edəcək və bu, cəbhə xətti yox, dövlətlərarası sərhəd olmalıdır.
Müharibədən və biabırçı məğlubiyyətdən sonra Ermənistanda yaranan faktiki hakimiyyətsizlik sərhəd məsələlərinin tələsik, bəzən silah gücünə həll olunmasına gətirib çıxarıb.
Nəticədə hərbi əməliyyatlar dayandırılandan 10 gün sonra Qarabağ kəndlərinin çoxundan ermənilər deportasiya olunub və onlara yığışmaq üçün cəmi bir neçə saat verilib.
Sərhədlərin demarkasiyası və delimitasiyası məsələsini kimin həll edəcəyi hələlik məlum deyil. Bunun üçün sülh razılaşması başlanmalıdır, buna da hələ çox var. Görünən odur ki, sərhədlər hələ dəfələrlə dəyişəcək, çünki aydındır ki, üçtərəfli razılaşma yekun sənəd deyil.
Rusiya Qarabağa qoşun yeridib – bunun ardınca inteqrasiya və ya tanınma gələ bilərmi?
Müharibədən sonra analitiklər qalibləri və məğlubları müəyyən etməyə çalışır. Üst görünüşdə qələbə Azərbaycanındır, Ermənistan tərəfi isə məğlubdur. Amma çoxları deyir ki, ən çox bonusu Rusiya qazanıb.
Moskva, nəhayət, Qarabağa qoşun yeritdi.
Qarabağ münaqişəsi postsovet məkanındakı digər münaqişələrdən Rusiyanın birbaşa iştirakının olmaması ilə fərqlənirdi. Moskva Qarabağı tanımayıb da (Cənubi Osetiya və Abxaziyadan fərqli olaraq) və öz qoşunlarını yeritməyə nail ola bilmirdi.
İndi ABŞ və Fransanın arxasında əldə olunan Rusiya-Türkiyə razılaşmasından sonra Qarabağ “adi” Rusiya münaqişəsinə çevrildi.
Buna görə də indi hadisələrin müvafiq inkişafı da müzakirə oluna bilər.
Məsələn, Qarabağ üçün “Abxaziya yolunun” mümkünlüyü haqda danışırlar, bu zaman Rusiya onun müstəqilliyini tanıya bilər. Yaxud da orada ən azı kütləvi şəkildə Rusiya pasportları paylaya bilər ki, öz rəiyyətinin hüquqlarını qoruya bilsin.
Digər müzakirə olunan perspektiv Ermənistanın Rusiya məkanına inteqrasiyasıdır.
Ermənistan mediası baş nazir Nikol Paşinyanın Ermənistanın Rusiya və Belarus İttifaq Dövlətinə birləşməsinə razılığının əvəzində Rusiyanın müharibəni dayandırdığı haqda yazır.
Başqa perspektiv də var – Qarabağ əhalisinin etnik tərkibini dəyişmək və sonra status haqda referendum keçirmək.
Bu, Türkiyə və Azərbaycan Dağlıq Qarabağda tutduqları əraziləri məskulaşdırmağa – o cümlədən də sünni muzdlular hesabına – başlasa mümkün ola bilər.
Əgər azərbaycanlı əhali böyük faiz təşkil etsə, plebisit halında Rusiya Qarabağı öz məkanına daxil etmək imkanından məhrum ola bilər.
Rusiya-Türkiyə arasında Moskva sazişinin (16 mart 1921-ci il) 100 illiyinə bir neçə ay qalıb. Bu iki dövlət Ermənistanı və ümumilikdə Qafqazı məhz bu saziş əsasında bölüşdürüb.
Və budur, yenə də Rusiya və Türkiyə regionu bölüşdürdü – görünür ki, növbəti 100 il üçün.
Ermənistan suverenliyini qismən itirə bilər
Üçtərəfli razılaşmadan sonra kapitulyasiyaya imza atan və xain adını qazanmış Nikol Paşinyan tükdən asılı vəziyyətdə qalıb.
Və görünür, hələ ona görə qalır ki, müxalifət yeni bir şey təklif edə bilmir.
17 müxalif partiyanın qərarı ilə könüllü şəkildə istefa verməsi üçün Paşinyana 8 dekabr saat 12-ə qədər vaxt verilib. Əks halda onlar baş naziri bunu etməyə məcbur edəcəklərini vəd ediblər.
Müvəqqəti baş nazir qismində keçmiş baş nazir Vazgen Manukyan təklif olunub. Müxalifətin planına əsasən, o, milli barış hökuməti yaradacaq, yarım və ya bir ildən sonra isə növbədənkənar parlament seçkiləri keçirəcək.
Bununla yanaşı müxalifət:
- Üçtərəfli razılaşmanın qanuniliyini mühabisələndirmir,
- Rusiya qoşunlarının regiona yeridilməsinə və Moskvanın dominant roluna etiraz etmir,
- Qarabağın müstəqilliyini, ermənistan və Qarabağın birləşməsi ideyasını xatırlamır.
Yeri gəlmişkən, 1989-cu il dekabrın 1-də Ermənistan və Dağlıq Qarabağın Ali Şuralarının birləşmə haqda birgə qətnaməsi var.
Bundan 30 il keçəndən sonra Ermənistan parlamenti bu qətnamənin həyata keçirilməsi imkanını dəfələrlə müzakirə edib.
Rusiya prezidenti Putin və Fransanın xarici işlər naziri Le Drian da bu haqda Yerevana xatırladıblar.
Fransa parlamentinin Yuxarı və Aşağı palataları müharibə bitəndən sonra ölkə hökumətini Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağıram qətnamə qəbul edib.
Amma Fransanın xarici işlər naziri qeyd edib ki, Ermənistan Parisə belə bir xahişlə müraciət etməyib.
Analitiklər ehtimal edirlər ki, Ermənistan Qarabağa görə məsuloiyyəti rahatlıqla Rusiya və Azərbaycanın üzərinə atıb. İndi də regional kooperasiya üçün əllərini azad edə bilər, çir çox xarici siyasətçilərinin bildirdiyi kimi Qarabağ problemi uzun illər buna mane olub.
Regiona açılacaq və yenidən birgə yaşayış başlayacaq?
Nikol Paşinyan üçtərəfli razılaşmanın Ermənistan üçün yeganə “nailiyyətinin” məhz regional kommunikasiyanın açılması, iqtisadi əlaqələrin bərpası və inkişafı imkanının olduğunu deyir.
Çoxları Ermənistanda bu imkana şübhə ilə yanaşır.
Birincisi, uzun illər Ermənistanın sərhədlərini və kommunikasiyanı bloklayan Türkiyə və Azərbaycan istənilən vaxt bunu yenidən edə bilər. İkincisi, Ermənistanda ermənilərin kiçik bazarlarının yırtıcı qonşular tərəfindən ələ keçiriləcəyindən ehtiyat edirlər.
Beləliklə, iki radikal fərqli fikir var:
- Kommunikasiyanın açılması Ermənistan dövlətçiliyinin itirilməsinə gətirib çıxara bilər, çünki biz rəqabətə və cazibəyə tab gətirə bilməyəcəyik;
- Ermənistan, nəhayət, ən müxtəlif xalqlardan və dinlərdən olan insanların ticarət yürütdüyü real dünyaya qayıdacaq.
Çox güman ki, orta bir şey baş verəcək – Ermənistan həqiqətən də digər ölkələr, o cümlədən də düşmən Türkiyə və Azərbaycan kapitalı üçün açılacaq. Və bu, müəyyən klasterlərdə suveren mövqelərin itirilməsinə gətirib çıxara bilər.
Ümumilikdə Qarabağda və Ermənistanda “beynəlmiləl” mühitdə yaşamağı yenidən öyrənməli olacaqlar.
Bu, son müharibənin nəticələrindən biri və gegionun gələcəyinin təkanverici mexanizmi olacaq.
1990-cı illərin əvvəllərindən başlayan münaqişə nəticəsində demək olar ki, tam etnik seqreqasiya baş verib. Artıq 26 ildir ki, ermənilər və azərbaycanlılar arasında demək olar ki, əlaqə yoxdur, birgə yaşamaq və birgə kooperasiya mədəniyyəti itirilib.
İndi insanlar yenidən bir-birində düşmən yox, qonşu görməyə alışmalı olacaqlar.
Və bu çətin olacaq.