“Bu səfərimin məqsədi Türkiyənin Can Azərbaycana olan dəstəyini bir daha bütün dünyaya göstərməkdir” - Çavuşoğlu
Oktyabrın 6-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıya səfər edib: “Azərbaycanın işğal edilmiş torpaqları artıq azad olunmalıdır. Azərbaycan hüquqi və mənəvi cəhətdən də haqlıdır”, – o, prezident Əliyevlə görüşündə bildirib.
• Qarabağda döyüşlər, onuncu gün: son hadisələrin icmalı, analizi, münaqişənin tarixçəsi
• Azərbaycanda cəbhə xəttində həyat. Fotoreportaj
• Yerevandan şərh: Qarabağda hərbi qarşıdurmadan nə gözləməli, çıxış yolu varmı və nədir?
Azərbaycanlı həmkarı Ceyhun Bayramovla qısa görüşündən sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.
“Bu səfərimin məqsədi Türkiyənin Can Azərbaycana olan dəstəyini bir daha bütün dünyaya göstərməkdir… Türkiyə olaraq və Türk xalqı olaraq, biz də hansı sahədə ehtiyac duyarsa, Azərbaycana hər cür dəstəyi verməyə hazırıq”, – Çavuşoğlu Əliyevlə görüşündə bildirib.
“Azərbaycanın işğal edilmiş torpaqları artıq azad olunmalıdır. Azərbaycan hüquqi və mənəvi cəhətdən də haqlıdır və bu haqlı mübarizəsini hər yerdə izah edərkən bu mübarizəni də meydanda və masada birlikdə aparmağa, inşallah, davam edəcəyik”, – o əlavə edib.
İlham Əliyev qeyd edib ki, Çavuşoğlunun bu səfərinin xüsusi əhəmiyyəti var: “bu səfərin xüsusi önəmi var. Azərbaycan üçün o qədər də asan olmayan bir dönəmdə sizin gəlməyiniz əlbəttə ki, xüsusi önəm daşıyır. Bu, qardaş ölkənin açıq dəstəyinin təzahürüdür. Bu dəstəyə görə Azərbaycan xalqı qardaş türk xalqına və onun Prezidentinə dərin minnətdarlıq hissi ilə yaşayır”, – Azərbaycan prezidenti bildirib.
“Bu gün həm bizim xalqlarımız, həm də bütün dünya görür ki, Türkiyə-Azərbaycan birliyi nə deməkdir”, – Azərbaycanın dövlət başçısı əlavə edib.
Sentyabrın 27-də Dağlıq Qarabağda cəbhə xəttində gərgin döyüşlər başlayıb. Hərbi əməliyyatlar zonasında bütün baş verənlər haqda bizim xüsusi operativ xəbər lentində oxuya bilərsiz.