Rusiyanın “Russia Today” kanalının əməkdaşı NATO əleyhinə şüarla Böyük Britaniyadakı Gürcüstan səfirliyinə soxulub
Gürcüstanın Böyük Britaniyadakı səfirliyində avqustun 7-də qalmaqal baş verib. Səfirlikdə Cənubi Qafqaz ətrafında Rusiya və Gürcüstan arasında baş verən avqust müharibəsinin 10 illiyinə həsr olunmuş görüş yenicə başlayan kimi bir çox ekspertlərin təbliğat mediası hüsab etdiyi “Russia Today” kanalının jurnalisti zala soxulub.
Britaniya vətəndaşı olan bloger və jurnalist Qrem Filips əllərində videokamera tutaraq, özünü aqressiv aparır və NATO-ya qarşı çüarlar səsləndirirmiş, Gürcüstan Xarici İşlər Nazirliyi məlumat verib.
“Səfirlik diplomatik polis çağırıb və polis tez bir zamanda hadisə yerinə gələrək binaya soxulmuş adamı tutub. Hazırda baş verənlərlə bağlı araşdırma aparılır”, – XİN-dən bildirilib.
Filipsi Ukraynada yaxşı tanıyırlar. O, bu ölkədə “Russia Today” təbliğatçı kanalın əməkdaşı kimi çalışıb.
O, Avromaydanı, həmçinin Krım və Donbasdakı hadisələri işıqlandırıb. Öz reportajlarında o, Avromaydana tənqidi yanaşıb və deyib ki, “Ukrayna bir dövlət kimi artıq mövcud deyil”.
Öz reportajlarında Filips ukraynalıları “faşist” və “Kiyev xuntası” adlandırırdı. Donbasda onu “bizim Qrişa” ləqəbi ilə tanıyırlar.
Ukrayna Təhlükəsizlik Xidməti Filipsi iki dəfə saxlayıb və ölkədən deportasiya edib. 2016-cı ildə Filipsi Latviya polisi saxlayıb. O, bir neç879 dəfə müxtəlif tədbirlərdə rusiyayönümlü şüarlar səsləndirərək qalmaqal salmağa çalışıb.