Moskvada küçələrə 10 min adam çıxıb, 800 nəfər saxlanılıb
Moskvada korrupsiyaya qarşı razılaşdırılmamış aksiya nəticəsində 800-dən çox adam saxlanılıb. Küçələrə ümumilikdə 10 minə qədər adam şərti “Mən gəzirəm” sloqanı altında çıxıb, – Rusiyanın “Dojd” televiziya şirkəti xəbər verir.
Aksiyanın təşkilatçısı, müxalifət lideri Aleksey Navalnını hələ səhər saatlarında saxlayıblar. O, sabah baş tutacaq məhkəməyə qədər polis şöbəsində qalacaq.
Korrupsiyaya qarşı aksiyalar Rusiyanın bir çox şəhərlərində keçirilib. Polis Vladivostokda, Cənubi Saxalinskdə, Xabarovskda, Yekaterinburqda və başqa şəhərlərdə onlarla razılaşdırılmamış aksiya iştirakçısını saxlayıb.
foto: “Dojd”