Moskva ABŞ-da seçkiləri saxtalaşdırmağa kömək edən “saxta amerikalıları” necə yaradıb?
Paylaşmaq
Paylaşmaq
Robert Galbraith / Reuters
8 iyun 2016-cı il tarixində Melvin Redik adlı ABŞ sakini özünün “Facebook” səhifəsində dcleaks.com saytına link yerləşdirib, bu saytda ABŞ-ın Demokratlar Partiyasının serverindən oğurlanan materiallar dərc olunub.
Akkautundakı məlumatlara görə Pensilvaniyada yaşayan Redik bu linkin yanında yazıb: “Bu adamlar Hillari Klinton, Corc Soros və Amerikanın digər liderləri haqqında həqiqətləri dərc edir. Bu, doğrudan da maraqlıdır!”
Amma Redikin “Facebook”dakı səhifəsinin saxta olduğu məlum olub. Bunun bir neçə sübutu var:
Redikin təhsil aldığı yer kimi göstərdiyi İndiana ştatının Pensilvaniya Universitetində bu adda tələbə yoxuymuş;
Səhifəsində yerləşdirilən bir neçə foto Braziliyada çəkilib, amma səhifədə bu səfər haqqında heç bir məlumat yoxdur;
Redikin özü haqqında bir dənə də olsun qeyd yoxdur, o, ancaq ABŞ-da qarşıdan gələn seçkilər, sonra da Donald Trampın prezidentliyi haqqında yazıb.
“The New York Times”ın bildirdiyinə görə, Redikin səhifəsi Rusiya hakerləri tərəfindən informasiya müharibəsinin aparılması üçün yaradılan yüzlərlə, bəlkə də minlərlə feyk akkauntlardan biridir.
Q əzet yazır ki, Rusiyanın Amerikadakı seçkilərə müdaxiləsi Demokratlar Partiyasının serverlərindən məlumatların oğurlanması və onların dərci ilə məhdudlaşmayıb. Mövcud olmayan insanların səhifələri yaradılıb – indi də yaradılır – hansılar ki, ABŞ prezidentliyinə namizəd Hillari Klintona qarşı çıxış edir, yalan informasiya yayır, ya da eyni emosionallıqla Donald Tramp Rusiya ilə münasibətləri düzəltməyə çalışdığı vaxt onu dəstəkləyiblər.
Müəyyən edilib ki, mövcud olmayan insanların çox sayda səhifəsi “Twitter”də də yaradılıb. Bu sosial şəbəkədə nəyisə təbliğ etmək “Facebook”dan da asandır. “Twitter” bu və ya digər hashtag-ı ən populyar olanların siyahısına daxil edəndə nə abunəçilərin sayını, nə istifadəçinin əvvəlki yazılarını nəzərə almır.
Bu o deməkdir ki, sizə lazım olan hashtag-ı dərc edən çox sayda saxta akkaunt yaratmaq kifayət edir ki, o, “Twitter” şəbəkəsində ən populyar məlumatlar siyahısına daxil edilsin.
ABŞ-da prezident seçkilərinə Rusiyanın güman edilən müdaxiləsinin araşdırılması Amerika mediası tərəfindən daimi müzakirə olunur. Hər ay da bu məsələnin yeni detalları üzə çıxır. ABŞ Konqresi artıq Rusiya hakimiyyətinin Amerikanın daxili siyasətinə təsir etmək cəhdi ilə bağlı olaraq Rusiyaya qarşı sanksiyalar tətbiq edib.