Moldovada seçkilərdə Avropayönlü prezident Mayya Sandunun partiyası qələbə qazanıb
Moldovada seçkilərdə Avropayönlü Mayya Sandunun partiyası qələbə qazanıb
Moldovada bazar günü, iyulun 11-də baş tutan növbədənkənar parlament seçkilərində hazırkı prezident Mayya Sandunu dəstəkləyən Avropayönlü “Fəaliyyət və Həmrəylik” partiyası səs çoxluğu qazanıb.
Seçkilərdə ümumilikdə 20 partiya, iki blok və bir müstəqil namizəd iştirak edib. Səslərin 99,53 faizinin sayım nəticələrinə görə, “Fəaliyyət və Həmrəylik” (PAS) partiyası səslərin 52,51 faizini toplayıb ki, bu da ona parlament çoxluğunu təşkil etməyə imkan verir – Moldovanın “News Maker” nəşri xəbər verir.
- Moldovada siyasi böhran: prezident parlamenti buraxıb
- Mayya Sandu – Moldovanın yeni prezidenti: bundan sonra nə olacaq?
Prezident partiyasından başqa keçmiş prezident, Rusiyayönlü siyasətçi İqor Dodonun rəhbərlik etdiyi Sosialist Partiyası və Kommunist Partiyasının bloku da parlamentə keçib. Blok səslərin 27,37 faizini toplayıb.
Qanunvericilik orqanında “Şor” mühafizəkarlar partiyası da yer qazanıb – 5,78 faiz səslə.

Növbədənkənar seçkilər Moldova pprezidenti Mayya Sandu parlamentin buraxılmasını elan etdikdən sonra təyin edilib. Buna siyasi böhran və prezidentlə keçmiş prezident İqor Dodonu dəstəkləyən parlament çoxluğu arasında yaşanan qarşıdurma səbəb olub.
Avropayönlü siyasətçi – 46 yaşlı Mayya Sandu 2020-ci ilin noyabrında parlament seçkilərində qüvvədə olan prezident İqor Dodona qalib gəlib.
Amma əvvəlki parlamentdə çoxluq Dodonun Sosialist Partiyasından və onun müttəfiqi “Şor” partiyasından ibarət idi.