Abxaziyada "möcüzələr sahəsi"
Suxum birə bazarında hər bir insan sata bilər, bunun üçün sadəcə ticarət yerinə görə simvolik “rüsum ödəyib malları piştaxtaya yığmaq lazımdır. Və bu mallar burada sanki tam dəyişilirlər: ədalətlə cır-cındır saydıqnız əşyalar burada tezsatılan, lazımlı mala, bəzən isə hansısa kolleksiya yığanın çoxdanki arzusuna çevrilirlər.
Əlbətdə burada qiymət danışma yerli olar! Amma bu qiymət danışıqlarında adi şərq bazarlarına məxsus oyun və yüngüllük yoxdur. Çünki bu bazarın öz məxsusi qiymət danışma strategiyası var. Strategiya ondan ibarətdir ki, hər iki tərəf hökmən özünü yazıqlıqa qoymalıdır: - 20-yə verin, axırıncı pulumu verirəm. - Yox, 30, mənim mənzilə yarım illik borcum var.
Yazıqlığın lazımi dərəcəsi “yerə uyğun geyinməklə əldə edilir. Aydınlaşdıraq: birə bazarının xəlvəti qaydalarına görə həm satıcılar həm də alıcılar müəyyən kasıblıq dress-koduna uyğun geyinməlidir. Bəziləri etibarlılıq üçün özü ilə dəyişik paltar da gətirirlər – məsələn köhnə əzilmiş kepka və nimdaş palto. Gözlənilir ki, qiymət danışma vaxtı “yazıq görünüşü sizin sözlərinizə güvvə verəcək.
Birə bazarında təkcə əşyalar yox həm də fikirlər dəyişilir. Məsələn, burada “bazarda ucuzluq olmalıdır fikiri hər dəfə satıcının öz malının dəyəri haqqında fikiri ilə qarşılaşır. Birə bazarının tipik satıcısı öz malına şəxsləndirilmiş kimi yanaşır; köhnə əşyalar satdığı bir mağazada ki kimi deyil, burada satıcı öz malından qərib qalmır. Və malın qiymətini endirməyə yönəlmiş hər bir cəhd etiraza səbəb olur: - Pambıq şalvara görə nəqədər istəyirsiz? - Mən baha götürürəm. - Nəqədər? - 150. - Bura axe bazardır! - Nə? - 100-ə verərsiz? Bura axe bazardır! - 100-ə heyfim gəlir.
Ola bilsin bu möcüzəli dəyişikliklərə görə suxum birə bazarını möcüzələr sahəsi adlandırırlar. Yerli satıcılardan biri yadıma saldı ki, “birə bazarı kəlməsi Fransada yaranıb. Bir neçə əsr bundan əvvəl Parij şəhərinin yaxınlığında köhnə-kürüşçülər bir yerdə yığlışıb nimdaş paltarları ucuz qiymətə satırdılar, həmən paltarlar birə ilə dolu idi.
Birə bazarının adi alıcısı – gəlmə turistdir, yerli sakinlərdən “köhnə-kürüşlə maraqlanan çox azdır. Buna baxmayaraq burada çox rənga-rəng adamlar yığılışır, cür bə cür insanlara rast gəlmək olar: ucuz geyim axtaran pensiyaçılara, nadir nəşrləri axtaran cavan intelektuallara, tapılmayan kitabları, bəzək əşyalarını və qədimi sumkaları axtaran dəblilərə.
Burada qədimi kitab və açıqçalar çoxdur. Amma öz ev kitabxanasından kitabları satanlar azdır. Əsasən əldən ələ alıb satmadır. Qalina Kolesnikova birə bazarında 1998-ci ildən işləyir, kitab satmaqla məşhuldur. “İşimin əvvəlində mən əsl qiymətini bilmədiyim bir kitab satırdım – 20 rubl istəyirdim. Bir kişi yaxınlaşıb qiymət soruşdu, mən ona qiyməti deyəndə o 100 rubl çıxardıb verdi və dedi ki, bu kitabın qiyməti daha yüksəkdir. Müəllifi artıq yadımda deyil, amma kitab köhnə idi, 1987 ildə nəşr olunmuşdu, – deyir Qalina Sergeyevna.
Lena Lazinskaya birə bazarına 20 il bundan əvvəl gəlib, müharibə təzə qurtaranda yoxsuzluq idi – uşaqları birtəhər yedizdirmək lazım idi. ‘Burada çox qazanmaq mümkün deyil, amma vaxtı maraqlı keçirtmək olar. Mənim kitablarım baha deyil, 20 rubldan 200 rubladək. Əsasən kitablara baxıb cavanlıqlarını yada salan yaşlı adamlar gəlir. Onlarla ünsiyyət qurmaq çox maraqlıdır’, – deyir Lena.
Bundan savayi bazarda pul satırlar. Məsələn sovet pullarını – onlar artıq qədimi pullara çevriliblər. Bu pulların sahibəsi deyir ki, bu sərvəti təsadüfən halasının əşyaları arasında tapıb. Yeri gəlmişkən deyək ki, bu pullar heç də ucuz deyil.
Hər bir köhnə əşya indi artıq işləməsə belə öz alıcısını tapacaq. İş vintaj əşyalara olan dəbdədir, vintaj indi qiymətlidir. Amma adətən vintaj əşyalar təzə əşyalarla qonşuluqda olurlar, bahalı əşyalar isə ucuzlarla. Birə bazarının qaydalarına görə hər bir satış masasında bahalı malların yanında sərfəli qiymətlə satılan mallar da olmalıdır.
Daha çox gəzsək əsl nəcib qədimliyə də rast gəlmək olar. Məsələn belə bir taxta kasaya. Əlbəttə ki, bu təkraredilməz əl işidir, özüdə incədir – siz bir naxışa baxın! Deyəsən mən indi alıcıya çevriləcəm! ’Bu gözəllik hardandır?’ – soruşuram mən sahibdən. ’Siz təsəvvür edə bilmərsiz ki, çardaqları və anbarçaları boşaldarkan bizim millət nəqədər qiymətlilər tullayır, cavab verir o, “zir-zibilin içində tez-tez ХVIII və ХIХ əsrin muzey əşyalarına da rast gəlmək olar Mən təəccüblənmirəm, bu – lazımsız əşyanın möcüzəli əşyaya növbəti çevrilməsidir. Mən artıq başa düşdüm ki, burada bu nadir hal deyil.