Metrosuz üçüncü gün. Tbilisidən fotoreportaj
Tbilisi metrosunun maşinistləri iyunun 3-də maaşlarının artırılması tələbi ilə böyük tətilə başlayıblar.
Artıq üçüncü gündür ki, bütün metro stansiyaları bağlıdır – sərnişinlər “Metro bağlıdır, avtobusdan istifadə edin. Gediş haqqı yoxdur” elanı ilə qarşılaşırlar.
Metronun dayanması üzündən şəhərdə hərəkət çətinləşib. Avtobus və marşrut dayanacaqlarında növbələr düzülüb. Həddən artıq dolu olduğu üçün avtobuslar çox vaxt dayanacaqlarda heç saxlamırlar da.
“Gediş pulsuzdur” – avtobus üzərindəki elan xəbərdarlıq edir.
“Bu gün iki nəfər avtobus sürücüsünün qucağında oturmuşdu. Onurğası nasaz olduğu üçün üçüncünü qucağına ala bilmədiyi üçün o üzr istədi”, – Facebook-da belə bir zarafat vardı.
“Mənə elə gəlir ki, hamiləyəm”, – qadın sərnişin avtobusda yol gedəndən sonra yazıb.
Uşaqların dərslərə gecikmək üçün keçərli bəhanəsi yaranıb.
Başqa bir zarafat: “Qldanidə avtobus dayanacağında o qədər adam var ki, müxalifət gəlib ki, mitinq keçirsin”.
Qəzetdən başlıq: “Metro maşinistləri müddətsiz tətil elan ediblər”.