1 may gecəsində qaz və rezin güllələr: Tbilisidə xarici agentlər haqqında qanuna etiraz necə dağıdılır. Foto və video
Mayın 1-də Tbilisidə etiraz aksiyası necə dağıdılıb
1-2 mayda Tbilisinin mərkəzində xarici agentlər haqqında qanuna etirazlar zamanı xüsusi təyinatlılar kütləvi şəkildə su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər.
Təsdiqlənməmiş məlumatlara görə, çevik qüvvət polisi etirazçılara rezin güllə də atıb. Sosial şəbəkələrdə qurbanların foto və videoları yayımlanır.
Rezin güllələrin qurbanlarından biri də müxalif siyasətçi Tsotne Koberidzedir. O, sosial şəbəkələrdə bədənində iki güllə yarasının aydın göründüyü video paylaşıb.
Mayın 1-də hakim “Gürcü Arzusu” partiyasından olan 83 deputat ikinci oxunuşda on minlərlə insanın bir neçə həftədir kütləvi mitinqlərdə etiraz etdiyi “xarici agentlər haqqında” qanunu dəstəkləyib.
Qanun layihəsinə parlamentdə baxılması səs-küylü qalmaqal fonunda baş tutub. Spiker Şalva Papuaşvili sonda 4 deputatı – Tina Bokuçava, Salome Samadaşvili, Tako Çarkviani və Giorgi Botkovelini zaldan çıxarıb.
Bu gün baş nazir İrakli Kobaxidze bəyan edib ki, yerli cəmiyyətdə “Rusiya qanunu” kimi tanınan xarici agentlər haqqında qanun iki həftədən sonra üçüncü oxunuşda qəbul olunacaq.