London Biq Beni dörd illik susdu
Bu həftənin əvvəlində Londonda Biq Ben qülləsindəki məşhur saat sonuncu dəfə zəng çaldı və 2021-ci ilə qədər təmirə dayandı, BBC xəbər verir.
Buna qədər Biq Ben 157 il müddətində hər saatbaşı zəng çalıb.
Bütün bu müddət ərzində yalnız üç dəfə qısamüddətli təmirə dayanıb – 1983, 1985 və 2007-ci illərdə.
Mühafiz Stiv Caqqsın sözlərinə görə, saatın dayandırılması qüllənin təmir layihəsinin vacib mərhələsidir. Təmir bitəndən sonra qüllədə lift, mətbəx və tualet kimi rahatlıqlar da olacaq. Bundan başqa, binanın enerji səmərəliliyi də daha yüksək olacaq.
Məşhur saat hissə-hissə demontaj olunacaq və təmirə göndəriləcək. Həmçinin qüllənin təpəsindəki parlament iclası açılan zaman yanan məşhur fənər də təmir olunacaq.
Böyük Benin saatbaşı zəngini ənənəvi olaraq canlı efirdə yayımlayan BBC-4 radiostansiyası təmir müddətində bu səsin lent yazısını yayımlamaq qərarına gəlib.
Amma xüsusi günlərdə – Yeni il və anim bazarı – Biq Ben yenə də işləyəcək.