Lietuva və Sakartvelas: Gürcüstan və Litva bir-birini autentik adları ilə adlandıracaq
Gürcüstanın Dil üzrə Dövlət Departamentinin 11 may qərarına müvafiq olaraq indən belə Litva baltikyanı dövləti gürcü dilində Lietuva, bu ölkənin sakinləri litvalılar isə lietuvalılar adlandırılacaq.
Lietuva ölkənin autentik adıdır, yəni litvalılar (artıq lietuvalılar) öz ölkələrini məhz bu cür adlandırırlar. Bu qərar dostluq jestidir. Buna qədər mayın 3-də Litva Dil üzrə Dövlət Komissiyası Gürcüstanın autentik adını dilə daxil edib və indi lietuva dilində rus dilindən götürülmüş “Qruziya” əvəzinə “Sakartvelas” adından istifadə olunur.
“Həm Litvanın, həm də Gürcüstanın qərarı rəmzidir, çünki bu il Litva dövlətçiliyinin bərqərar olmasının 100 illiyini keçirib, Gürcüstan da mayın 26-da Birinci Respublikanın 100 illik yubileyini qeyd edir”, – Gürcüstan XİN-i rəsmi saytında məlumat yayıb.
Bu xəbər bu günlərdə xüsusilə aktual olub, çünki Lietuva prezidenti Dalya Qribauskayte hazırda Gürcüstandadır. O, mayın 26-da Gürcüstanın müstəqilliyinin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün gəlib.
- Rusiyadan başqa bir çox digər ölkələr də bu dövləti adlandırmaq üçün “Qruziya” sözündən istifadə edir. Məsələn, Yaponiya və ya Rusiyanın təsirinin güclü olduğu şərq ölkələri. Gürcüstanın özündə hesab edirlər ki, bu ad imperiya tərkibində keçən 200 illik dövrlə assosiasiya olunur.
- Tarixçilər hesab edirlər ki, “Qruziya” adı Kartli çarlığının surrani dilindəki “Qurzani” adından gəlir, buradan da “Qurziya” adı yaranıb və “Qruziya” adına transformasiya olub.