Koronavirusun peyvəndi və dərmanı tapılacaqmı? Və nə vaxt?
Dünyada Covid-19 qurbanlarının sayı 200 mini keçib. Yoluxanlar üç milyondan çoxdur.
Bir çox həyatı xilas edəcək dərman nə vaxt yaradılacaq, bunun üzərində kim və nə dərəcədə uğurlu çalışır?
Bir neçə şirkət böyük sürətlə peyvəndin hazırlanması üzərində iş aparır. Amma real proqnozlara görə, proses 12-18 ay çəkə bilər.
Peyvəndin rolu nədədir?
Peyvəndlər Covid-19 virusunun bədəndə inkişafının qarşısını almaq üçün immun sistemini “məşq elətdirir”.
Kifayət qədər insanda immunitet yaransa, koronavirus indiki kimi effektiv yayıla bilməyəcək. Və sosial məsafə tədbirləri lazım olmayacaq.
Eyni zamanda bütün dünyada 80-nə yaxın tibbi qrup peyvəndin yaradılması üzrə aktiv iş aparır və iş misilsiz sürətlə gedir – illərlə çəkəcək iş aylara qədər endirilib.
- “Pişiklərimi yemləyin, mən də evdə qalım” – Rusiyada internetdə çoxminlik “etiraz aksiyası
- Koronavirusun riyaziyyata əngəl ola bilmədiyi haqda hekayə
Böyük Britaniya – sentyabr ayına milyon doza almaq lazımdır
Aprelin 24-də Böyük Britaniyada 18 – 55 yaş arası 1,1 min könüllü üzərində koronavirusa qarşı peyvəndlərin kliniki sınaqları başlanıb.
Bu peyvənd ChAdOx1 nCoV-19 adlandırılıb, koronavirusun genetik kodunun bir hissəsinin əlavə edildiyi şimpanze virusu üzərində yaradılıb.
Bu cür texnologiya başqa xəstəliklərə qarşı immunitetin yaradılmasında öz effektivliyini artıq sübut edib.
Könüllülərin bir hissəsi bilavasitə yeni peyvənd alıb, digərləri isə nəzarət qrupuna düşüb, onlara meningitə qarşı peyvənd ediblər. Kimə hansı peyvəndin vurulduğunu ancaq həkimlər bilir.
Oksfrod komandası peyvəndin işə yarayıb-yaramayacağını bilməmiş, əvvəldən artıq kütləvi istehsal planları hazırlayır.
«Məqsəd təxminən sentyabr ayı üçün ən azı bir milyon doza əldə etmək və sınaq yekunları nəticə verən kimi vaksinasiyaya başlamaqdır», – Oksford qrupunun üzvü professor Adrian Hill deyir.
«Tam aydındır ki, ən yaxşı halda ilin sonuna kimi bizi bu pandemiyadan qurtarmaq və bu həbsxanadan azad olunmaq üçün dünyaya yüz milyonlarla doza lazım olacaq».
Avropa: rəqiblər birləşir
Avropanın üç aparıcı şirkəti – Almaniya, İtaliya və Belçikanın “ReiThera”, “LEUKOCARE” və “Univercells” şirkətləri koronavirusa qarşı peyvənd hazırlamaq üçün birgə layihəyə başladıqlarını bildiriblər.
Onlar öz maliyyə və elmi resurslarını birləşdirirlər, halbuki adi vaxtda bu şirkətlər barışmaz rəqiblərdir.
Söhbət bir dəfəlik istifadə üçün peyvənddən gedir, onun kliniki sınağı 2020-ci ilin yayında başlamalıdır. Uğur əldə olunarsa peyvəndin genişmiqyaslı istehsalına başlanılacaq.
ABŞ: Tütün şirkətinin ağlagəlməz rolu
ABŞ-da da kliniki sınaq mərhələsində ola peyvəndin işlənib hazırlanması prosesi gedir. Bu işlə bütün dünya üzrə tütün məmulatlarının ən böyük istehsalçısı olan “British Tobacco” şirkəti məşğul olur.
«British Tobacco» bildirib ki, layihə onun öz hesabına həyata keçirilir. Peyvənd yararsız olarsa, ziyan on milyon dolllarla ölçüləcək.
Dərman necə işlənib hazırlanır
Başqa bir qrup alim peyvəndin yaradılmasını gözləmədən aydınlaşdırmağa çalışır ki, mövcud dərmanlardan hansı koronavirus xəstələrinə kömək edəcək.
Bu gün dünyada koronavirusa qarşı 150 dərman sınaqdan keçirilir və hazırlanır. Onların əksəriyyəti artıq olan dərmanlardır və alimlər aydınlaşdırmağa çalışır ki, onlar virusa təsir edəcək ya yox.
Ümümdünya Səhiyyə Təşkilatı Covid-19-a qarşı ən prespektivli dərman vasitələrinin kliniki tədqiqatına başlayıb. Tədqiqat “Həmrəylik” adını alıb.
Britaniyada 5 mindən çox könüllünün iştirak etdiyi dünyada ən böyük “Bərpa” (Recovery) adı ilə kliniki tədqiqat aparılır.
Həmçinin bəzi ölkələrdə emli mərkəzlər Covid-19-dan sağalmış insanların qanından müalicə üçün istifadə etməyə çalışır.
Amma məyussluq yaradan faktlsr da var – böyük ümidlərin bəsləndiyi “remdesivir” adlı dərman az effektli oldu.
Peyvənd həqiqətən işləyəcəkmi?
Peyvəndin hazırlanmasında aparıcı mütəxəssis, britaniyalı professor Sara Qilbert deyir ki, belə oacağına 80 faiz əmindir.
Britaniyada tədqiqat qrupunun rəhbəri, aparıcı elmi məsləhətçi ser Patrik Vallansın isə ümidi daha azdır.
O deyir ki, uğurlu peyvəndin istənilən vaxt istənilən yerdən çıxa biləcəyini gözləməliyik. Amma hazırda üzərində iş gedən layihələrin heç birinin uğur əldə edəcəyinə böyük ümid yoxdur.
O Ümümdünya Səhiyyə Təşkilatına məsləhət görür ki, effektiv peyvəndin yaradılması üçün 12-18 ayın lazım olacağını qəbul etsin.