Qafqazda koronavirus. 28-29 aprel, 2020
-
Azərbaycan, Ermənistan, Gürcüstan – yoluxmaların statistikası
AzərbaycanErmənistanGürcüstanYeni yoluxma halları49656 Yoluxanlar1,7661,932517Yeni ölənlər+100Ölənlər23306Sağalanlar1,267900 168 -
Azərbaycanda daha bir ölüm
Epidemiya başlayandan Azərbaycanda ümumilikdə 23 nəfər ölüb.
Sutka ərzində 49 nəfər xəstələnib, epidemiya başlayandan 1766 yoluxma halı qeydə alınıb. 1267 nəfər artıq sağalıb.
Aprelin 22-dən Azərbaycanda gücləndirilmiş karantin rejimi yumşaldılıb.
Götürülən qadağalar:
karantinə görə bağlanan bütün mağazalar, ticarət mərkəzlərində yerləşənlərdən başqa, işləməyə başlayıb;
atelyelər, pinəçi emalatxanaları, fotostudiyalar açılıb,
fərdi repetitor fəaliyyətinə və evlərdə təmizlik xidmətinə icazə verilib;
İşdən arayışı olmayan vətəndaşların evdən çıxması üçün lazım olan sms icazə qüvvəsində qalır, amma gündə 2 saatdan 3 saata qədər uzadılıb.
• Nə koronavirus, nə karantin, nə maska, nə sosial məsafə – “Bakı qəsəbəsindən” fotolar
-
Papaqlarında metrəlik taxtalar – tədrisin bərpa olunduğu Çin məktəblərində məsafə necə gözlənilir? Video
Çinin əksər şəhərlərində məktəblər koronavirus pandemiyasına görə üç aylıq karantindən sonra tədris prosesinə qayıdıblar.
Hakimiyyət ciddi profilaktik tədbirlər görüb – məktəb binasına daxil olmazdan əvvəl məktəblilərə və tələbələrə tibbi maskalar və əl üçün dezinfeksiya vasitələri paylanılır, məkanların mütəmadi sanitar təmizliyi həyata keçirilir.
İbtidai sinif şagirdlərinə qarşı xüsusi tələblər var – onlar papaqda olmalıdır və bu papaqlara hər iki tərəfdən uzunluğu bir metr olan taxtalar birləşdirilib ki, uşaqların bir-birinə yaxınlaşmasına imkan verməsin. Papaqları hazırlamaq valideynlərin özlərinə həvalə olunub, buna görə də forma və materiallar çox müxtəlifdir.
2019-cu ilin dekabrında Çinin Uhan şəhərindən başlayan pandemiya müddətində Çində 82 858 nəfər yoluxub, onlardan 4, 633 nəfər ölüb.
Amma artıq uzun müddətdir Çində demək olar ki, yeni xəstələnən yoxdur – son sutka ərzində bütün ölkə ərazisində cəmi 22 yoluxma halı qeydə alınıb.
Mənbə: Dailymail, Weibo
-
Ermənistanda 65 yeni infeksiya meydana gəldi, cəmi 1 932
Epidemiya başlayandan 30 nəfər ölüb.
900 nəfər artıq sağalıb.
Ermənistanda koronavirusla mübarizə tədbirləri
Fövqəladə vəziyyət martın 16-da elan olunub və mayın 14-ə qədər davam etməlidir.
Amma artıq rejimin tədricən yumşaldılmasına başlanılıb.
İndi artıq evdən bir kilometrdən artıq uzaqlaşmamaq şərtilə piyada gəzmək, velosiped sürmək olar.
Eyni ailənin iki üzvünə birlikdə evdən çıxmağa da icazə verilir.
Emal sənayesinə aid bir neçə müəssisə, o cümlədən də inşaatla və mühəndisliklə əlaqədar olan bizneslər yenidən işləməyə başlayıb. Növbəti on gün ərzində daha çox müəssisəyə işini bərpa etmək icazəsi veriləcək.
Şəhərlər və kəndlər arasında ictimai nəqliyyatın hərəkəti bərpa olunub, amma yaşayış məntəqələrinin daxilində isə yenə də qadağandır.
-
Gürcüstanda 6 yeni infeksiya meydana gəldi, cəmi 517
Epidemiya başlayandan 6 nəfər ölüb.
168 nəfər artıq sağalıb.
Gürcüstanda fövqəladə vəziyyət martın 21-də elan olunub və mayın 22-ə qədər davam etməlidir.
Aprelin 27-dən qadağaların mərhələli yumşaldılması başlayıb: yenə də şəxsi maşınlarda və taksi ilə hərəkət etmək mümkündür, aqrar bazarlar açılıb, internet-mağazalar və malların evlərə çatdırılması işə düşüb.Gürcüstanda fövqəladə vəziyyət mərhələli şəkildə ləğv ediləcək
Fövqəladə vəziyyətin qalan məhdudiyyətləri hələlik ləğv edilməyib. İctimai nəqliyyat işləmir, saat 21:00-dan 06:00-a qədər komendant saatı da qüvvədə qalır.
Mayın 24-ə qədər paytaxt Tbilisi və üç böyük şəhərə – Rustavi, Batumi və Kutaisiyə giriş və çıxışlar bağlı qalacaq.
• Gürcüstanda fövqəladə vəziyyət mərhələli şəkildə ləğv ediləcək
• Gürcüstan hökumətinin böhran əleyhinə planı – kimə və necə kömək edəcəklər?
-
Moskvada sutka ərzində koronavirusdan ölənlərin sayı – 67 nəfər
Ümumilikdə yalnız Moskvada COVID-19 virusundan 546 nəfər ölüb.
Rusiyada yoluxanların ümumi sayı 93 558 nəfərdir, onlardan 48 426 nəfər
Moskvanın payına düşür. 8 456 nəfər sağalıb, 934 nəfər ölüb.Hakimiyyət əhaliyə yaxınlaşan “may bayramları həftəsində” ciddi karantin
rejimi qaydalarına əməl edilməsi tələbini bir daha xatırladıb. Rusiyada ənənəvi
olaraq 1 May – Əməkçilər Günü və 9 May – İkinci Dünya Müharibəsində
Qələbə Günü qeyd olunur.Hakimiyyətin məlumatına əsasən, Rusiya hələ xəstəliyin yayılmasının pik
həddinə çatmayıb. Yaxın iki həftə böyük əhəmiyyət daşıyacaq. -
Dağıstan xəstəxanalarında ilk ehtiyac vasitələri belə yoxdur. Blogerin müraciəti. Video
Dağıstanlı populyar bloger Omar Alibutayev xəstəxanaları və həkimləri müdafiə vasitələri və dərmanlarla təmin edə bilməməsini “dövlət üçün biabırçılıq” adlandırdığı bu videonu Instagram səhifəsində paylaşıb:
“Müxtəlif ölkələrə milyardlarla borcu bağışlayan, onlara təyyarə göndərən dövlət öz həkimlərinə və xəstəxanalarına kömək edə bilmir. Nə xalat, nə maska, nə tibbi aksessuarlar. Sadəcə gülüncdür, bütün bunlar necə biabırçı görünür”.
Alibutayev pandemiyanın tüğyan etdiyi zamanda dağıstanlı tibb işçilərini müdafiə avadanlıqları ilə təmin etmək üçün vəsait toplanılması haqda elan edib.
Daha əvvəl Dağıstan xəstəxanalarında tibb işçilərinin xüsusi müdafiə vasitələri ilə təminatında problemlər haqda yerli “Pasiyentin monitoru” təşkilatı bəyan etmişdi.
Mənbə: ЮгМБХмедиа
-
Azərbaycan, Ermənistan, Gürcüstan – yoluxmaların statistikası
AzərbaycanErmənistanGürcüstanYeni yoluxma halları395915Yoluxanlar1,7171,867511 Yeni ölənlər0+10Ölənlər22306Sağalanlar1,221866156 -
Azərbaycanda 39 nəfər yoluxub, 59 nəfər sağalıb
Azərbaycanda epidemiyanın başlamasından bəri cəmi 1,717 nəfər xəstələndi.
22 nəfər öldü, 1,221-ü sağaldı və xəstəxanadan buraxıldı.
Aprelin 22-dən Azərbaycanda gücləndirilmiş karantin rejimi yumşaldılıb.
Götürülən qadağalar:
karantinə görə bağlanan bütün mağazalar, ticarət mərkəzlərində yerləşənlərdən başqa, işləməyə başlayıb;
atelyelər, pinəçi emalatxanaları, fotostudiyalar açılıb,
fərdi repetitor fəaliyyətinə və evlərdə təmizlik xidmətinə icazə verilib;
İşdən arayışı olmayan vətəndaşların evdən çıxması üçün lazım olan sms icazə qüvvəsində qalır, amma gündə 2 saatdan 3 saata qədər uzadılıb.
-
Şimali Qafqazda yoluxanların sayı kəskin artıb
Dağıstan liderlik edir – sutkada 153 yoluxma, ümumilikdə 1147 nəfər xəstələnib, 11 nəfər ölüb.
Ardınca Şimali Osetiya gəlir – sutka ərzində xəstələnənlərin sayı 121 nəfərə yüksəlib. Ümumilikdə 670 nəfər xəstələnib, iki nəfər ölüb.
İnquşetiyada yoluxanların sayı 633 nəfərə çatıb, 19 nəfər ölüb.
Çeçenistanda ümumilikdə 447 yoluxma halı qeydə alınıb, yeddi nəfər ölüb.
Foto Xasavyurt
-
Rusiya yoluxanların sayına görə İranı da ötüb, dünyada səkkizinci yeri tutub
Bir sutka ərzində Rusiyada 6 mindən çox insan virusa yoluxub. Ümumilikdə yoluxanların sayı 93 558 nəfərə çatıb.
Onların böyük əksəriyyəti Moskvanın payına düşür — 48 426 nəfər.
Ümumilikdə həyatını itirən 867 nəfərdən 72 nəfəri son sutka ərzində ölüb.
8 456 nəfər sağalıb.
Dünyada COVID-19 virusuna yoluxanların ümumi sayı üç milyon nəfəri keçib, 200 min nəfərdən çox insan tələf olub.
Ən çox ziyan çəkən ölkə ABŞ-dır – burada milyon nəfərdən çox insan virusa yoluxub, 56 min nəfərdən çox insan ölüb.
Sankt Peterburqda koronavirus epidemiyası zamanı ölən tibb işçiləri üçün körtəbii yaradılan memorial. 28 aprel 2020-ci il, foto: Reuters/Anton Vaganov
-
Ermənistanda 30-cu ölüm. Yoluxanlar arasında 28 uşaq və 4 hamilə qadın var
Bir neçə xroniki xəstəliyi olan 67 yaşlı qadın vəfat edib.
Ümumilikdə epidemiya başlayandan 1867 yoluxma halı qeydə alınıb. Onlardan 866 nəfər sağalıb.
Koronavirusa yoluxanlar arasında 28 uşaq və dörd hamilə qadın var. Səhiyyə naziri Arsen Torosyanın sözlərinə görə onların hamsısı özünü yaxşı hiss edir.
Ermənistanda epidemiya başlayandan 19 296 test həyata keçirilib.
Martın 16-dan Ermənistanda koronavirusun daha çox yayılmasının qarşısını almaq üçün fövqəladə vəziyyət elan olunub.
Hökumətin yeni qərarı ilə fövqəladə vəziyyət mayın 14-ə qədər uzadılıb.
Martın 25-dən insanların hərəkətinə sərt məhdudiyyət gətirilib. Evdən ancaq xüsusi ehtiyac olduğu təqdirdə, həm də şəxsiyyəti təsdiq edən vəsiqə və doldurulmuş “hərəkət anketi” ilə çıxmaq mümkündür. Anketdə hər kəs öz şəxsi məlumatlarını, evdən çıxma məqsədini və ehtimal olunan qayıtma saatını qeyd etməlidir. Pozuntulara polis nəzarət edir.
Bütün ictimai nəqliyyat, o cümlədən də metro dayandırılıb.
-
Gürcüstanda yoluxanların sayı 500-ü ötüb
15 yeni yoluxma hal. Epidemiya başlayandan 511 yoluxma halı qeydə alınıb
Epidemiya başlayandan 6 nəfər ölüb.
156 nəfər artıq sağalıb.
Gürcüstanda fövqəladə vəziyyət martın 21-də elan olunub və mayın 22-ə qədər davam etməlidir.
Aprelin 27-dən qadağaların mərhələli yumşaldılması başlayıb: yenə də şəxsi maşınlarda və taksi ilə hərəkət etmək mümkündür, aqrar bazarlar açılıb, internet-mağazalar və malların evlərə çatdırılması işə düşüb.
Fövqəladə vəziyyətin qalan məhdudiyyətləri hələlik ləğv edilməyib. İctimai nəqliyyat işləmir, saat 21:00-dan 06:00-a qədər komendant saatı da qüvvədə qalır.
Mayın 24-ə qədər paytaxt Tbilisi və üç böyük şəhərə – Rustavi, Batumi və Kutaisiyə giriş və çıxışlar bağlı qalacaq.
• Şərh: Gürcüstanda koronavirusla mübarizə – qaranlıqda dolaşmaq kimi
• Gürcüstanda fövqəladə vəziyyət mərhələli şəkildə ləğv ediləcək
-
Koronavirus pandemiyası ilə bağlı Qafqazda hadisələrin ötən xronikası