Koronavirus: Tramp Ümumdünya Səhiyyə Təşkilatına qarşı
ABŞ prezidenti Çinə rəğbətinə görə Ümumdünya Səhiyyə Təşkilatını tənqid edib və cavabını alıb: “Dünyada qurbanların sayının artmasını istəmirsizsə, pandemiyanı siyasiləşdirməyin”.
Mənbə – CNN
Tramp nədən qəzəblənib?
ABŞ prezidenti 2020-ci aprelin 8-də keçirdiyi mətbuat konfransında koronavirus pandemityasına göstərdiyi reaksiyaya görə Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) sərt tənqid edib.
“Onlar vəziyyəti doğru analiz etsəydilər, ölümlə nəticələnən hallar olmazdı”, – Donald Tramp deyib.
Trampın fikrincə, bu təşkilat ən başından virusun yayılması təhlükəsini doğru dəyərləndirməyib. Misal olaraq o, ÜST-ün onun Çinlə nəqliyyat əlaqəsinin məhdudlaşdırılması ilə bağlı təklifini rədd etməsini göstərib.
Tramp həmçinin bildirib ki, ÜST “Çinə qarşı şübhəli rəğbət bəsləyir”.
Cəza olaraq ABŞ bu təşkilatı maliyyələşdirməkdən imtina etməklə hədələyib.
“Biz Ümumdünya Səhiyyə Təşkilatına ildə 450 milyon dollar ödəyirik”, – o bildirib. – “Çin isə 42 milyon. Amma hər şey Çinin maraqlarına görə edilir. Bu, həm bizə, həm də dünyanın qalan hissəsinə qarşı ədadlətli deyil”.
Daha sonra o bildirib ki, dərhal maliyyəni dayandırmaq niyyətində deyil, hələlik sadəcə “bu imkanı gözdən keçirir”.
ABŞ artıq bir aya yaxındır ki, koronavirusa yoluxanların sayına görə dünyada böyük fərqlə liderlik edir. aprelin 9-a olan məlumata əsasən, ölkədə 435,167 nəfər xəstələnib. 14,797 nəfər ölüb.
- ABŞ: qurbanlarla bağlı proqnoz – 100-240 min arası insan
- “Kimin yaşayacağına, kimin öləcəyinə qərar vermək – mənə öyrədilən bu deyildi”, – Nyu Yorkdan olan həkim danışıb
- “Amma biznesi onsuz da bağlamayacağıq” – Türkiyə koronavirusun yayılması tempinə görə dünya birincisidir
Ümumdünya Səhiyyə Təşkilatı rəbhərinin cavabı
Bir sutka sonra ÜST baş direktoru Tedros Qebresus Trampın tənqidinə cavab verib.
Спустя сутки Генеральный директор ВОЗ Тедрос Гебрейесус выступил с ответом на критику Трампа.
“Xahiş edirəm, koronavirus ətrafında vəziyyəti siyasiləşdirməyin. Siz bunun hesabına daxili siyasi məsələlərinizi həll etməyə çalışırsız. Əgər siz ölümlə nəticələnən halların daha çox olmasını istəyirsizsə, siz doğru yoldasız”, – Qebresus deyib.
O, koronavirusun yayılması situasiyasında Ümumdünya Səhiyyə Təşkilatınınatdığı addımları xatırladıb:
● 2020-ci yanvarın 1-də ÜST yeni koronavirus təhlükəsi haqda xəbərdarlıq edib.
● yanvarın 5-də ÜST üzvü olan ölkələrin hökumətləri üçün epidemiyanın qarşısının alınması üzrə tövsiyələr dərc edib.
● Yanvarın sonunda baş verənləri “əhalinin sağlamlığı üçün qlobal təhlükə adlandırıb” – bu, təşkilatın təsbitində ən yüksək həyəcandır.
Faktçekinq
CNN Trampın sözlərinin doğruluğunu yoxlayıb.
Ümumdünya Səhiyyə Təşkilatı həqiqətən də onun Çinlə nəqliyyat əlaqələrinin məhdudlaşdırılması təklifini qəbul etməyib. Amma bu, təşkilatın standart təcrübəsidir – təşkilat nəqliyyat blokadasını səmərəli tədbir kimi görmür.
ÜST öz analizində Çin hakimiyyətinin etibarlı olmayan rəsmi statistikasına istinad etdiyi üçün media və mütəxəssislər tərəfindən tənqidə məruz qalıb.
Amma Tramp ÜST-ə qarşı məhz bu iradı bildirməyib.
Niyə Tramp iki ay öz müşavirlərinin və kəşfiyyatın xəbərdarlıqlarına reaksiya verməyib?
ABŞ kəşfiyyat idarəsinin nümayəndələri bildirirlər ki, hələ 2020-ci il yanvarın əvvəlində tibb sahəsində xüsusi kəşfiyyat idarəsi Trampa Uhanda yayılmağa başlayan virusun təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
Yanvarın 15-də ABŞ prezidentinin ticarət məsələləri üzrə xüsusi nümayəndəsi Navaro da bununla bağlı Trampı məlumatlandırıb.
Hər iki xəbərdarlıq iqnor edilib.
Amerika mediasında ABŞ prezidentinin mövqeyinə onun karantin şəraitində böyük ziyan görən əsas biznes maraqlarının (mehmanxana və qolf-klub biznesi) təsir etdiyi haqda ehtimallar yer alır.