ABŞ: qurbanlarla bağlı proqnoz – 100-240 min arası insan
Aviadaşıyıcıda yoluxma qeydə alınıb. Süni ağciyər ventilyasiyası apparatları kəskin çatışmır. Tramp, nəhayət, vəziyyətə ciddi reaksiya verib.
Proqnoz
ABŞ prezidenti yanında Koronavirusla Mübarizə üzrə Koordinasiya Qərargahının rəhbərləri proqnozla çıxış ediblər: Onlar 100 min nəfərdən 240 min nəfərə qədər ölkə vətəndaşının xəstəlik qurbanı ola biləcəyini ehtimal edirlər.
2020-ci il aprelin 1-ə olan məlumata görə, ABŞ-da 205,036 yoluxma halı təsdiqlənib ki, bu da dünyada ən böyük göstəricidir. 4,516 nəfər ölüb.
Dünyada aprelin 1-ə qədər koronavirusa yoluxma halı 912,565 olub. 45,541 nəfər ölüb. 191,826 nəfər sağalıb.
Aviadaşıyıcı və Nyu York – ən çoz ziyan çəkənlər
Hazırda Quam adasının limanında lövbər atan “Teodor Ruzvelt” aviadaşıyıcı gəmisindəki dənizçilərin yoluxması əsas xəbər olub. 4 min nəfərlik komandada aparılan testlərin artıq 100-dən çoxunda nəticə pozitiv olub.
Kapitan Brett Krozye komandanlığa dörd səhifəlik məhkub yazıb və aviadaşıyıcıda təcrid üçün yetərli imkanların olmadığı haqda xəbərdarlıq edib. Komandanı xilas etmək üçün təcili evakuasiyaya ehtiyac var – məktubda deyilir.
“Biz müharibədə deyilik. Dənizçilər ölməməlidir”, – Krozye yazıb.
Ytu York limanında üzən hərbi hospital lövbər salıb. Onun vəzifəsi adi diaqnozlu xəstələri qəbul etməkdir ki, koronavirus halları ilə işləyən şəhər xəstəxanalarının yükü azalsın.
Nyu Yorkun özündə məşhur Mərkəzi Parkda səhra hospitalı təşkil olunub. Bu şəhər epidemiya episentrinə çevrilib. Burada ölənlərin sayı iki min nəfərə qədərdir.
Prezident Tramp vəziyyətin ciddiyyətini dərk edib
Uzun zaman ərzində Amerika mediası prezident Trampı tənqid edib, çünki o:
● Ən başından epidemiya təhlükəsini inkar edirdi.
● Daha sonra epidemiya miqyasını kiçildirdi.
● Mərkəzi hökumətin qərarını gözləmədən öz ştatlarında fövqəladə tədbirlər həyata keçirən qubernatorları tənbeh edirdi.
Aprelin 1-də keçirilən və qurbanların sayının 100 min nəfərdən 240 min nəfərə qədər ola biləcəyi ehtimalının səsləndirildiyi mətbuat konfransında Trampın son dərəcə ciddi və gərgin olması onun nəhayət baş verənlərin ciddiyyətini tam dərk etdiyindən xəbər verir.
“Vaxt itkisi olduğu üçün indi həyatlar itirilə bilər”, – Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib.