Koronavirus Rusiyada: 59 xəstə və pnevmoniya hallarının şübhəli artımı
Rusiyada martın 14-də 14 yeni koronavirusa yoluxma halı qeydə alınıb. Hazırda ölkədə 59 nəfər COVID-19 virusuna yoluxub – “Novaya qazeta” yeni koronavirus infeksiyasının qarşısının alınması və onunla mübarizə üzrə Operativ Qərargaha istinadən xəbər verib.
Koronavirus pandemiyası ilə əlaqədar olaraq Rusiya Norveç və Polşa ilə sərhədləri bağlayıb.
Moskvada doqquz, Moskvaətrafı, Sankt-Peterburq və Kalininqrad vilayətində hərəsində bir yeni yoluxma halı qeydə alınıb.
14 nəfərin hamısı son zamanlarda koronavirus epidemiyasının yayıldığı ölkələrə səfər edib: onların olduğu ölkələr İtaliya, Fransa, Avstriya, Almaniya, İspaniya, Polşa və İsveçrədir.
Bununla yanaşı Dövlət Statistika Xidmətinin məlumatına əsasən, Moskvada yanvar ayında pnevmaniya xəstələrinin sayı 2019-cu ilin yanvarı ilə müqayisədə 37 faiz çoxalıb – “Dojd” telekanalı məlumat yayıb.
Pnevmaniya koronavirus zamanı ən çox yayılan ağırlaşmadır.
Paytaxtda xəstələnənlər arasında üç azyaşlı da var, martın 10-dan onların sinifləri karantinə bağlanıb.
Moskva və Moskvaətrafında özəl məktəblər tədrisin dayandırıldığını elan ediblər, dövlət məktəbləri valideynlərin məsləhətinə əsasən azad rejimə keçib.
Rusiyanın baş naziri Mixail Mişustin koronavirusla mübarizə üzrə koordinasiya şurasının yaradıldığını elan edib və bildirib ki, Rusiyada risk qrupuna daxil olan insanlar üçün ikihəftəlik karantin tətbiq edilməsi vacibdir, o, rusiyalılardan xarici səfərlərdən çəkinməyi xahiş edib.
• Koronavirus: pandemiya elan edilib. Bu nə deməkdir və nə gözləmək lazımdır?
• Koronavirusdan necə qorunmalı və təhlükə nədən ibarətdir? Sualların cavabları iki dəqiqəlik videoda
• Koronavirus: Qucaqlaşmaq olmaz, artıq dirsəklə və çəkməylə salamlaşırlar