Qafqazda koronavirusadan ölüm: Ermənistanda və Azərbaycanda yoluxma halları yenə də artır
-
Statistika: xəstələnib, ölüb, sağaldıb - Azərbaycan, Ermənistan, Gürcüstan
Azərbaycan Ermənistan Gürcüstan Yeni hallar 133 111 8 Cəmi xəstələnib 35 559 42 936 1 429 Yeni ölümlər +2 +4 +2 Ümumilikdə ölüb 521 858 19 Bərpa edildi 33 190 36 475 1 1150 -
“Ermənistan piki keçib və mümkün ikinci dalğaya hazırdır” – səhiyyə naziri
“Ermənistan koronavirusa yoluxma saylarının pikini keçib. Bu, iyulun 6-da, ən çox müsbət nəticə verən testlərin qeyd olunduğu gün baş verib”, – səhiyyə naziri Arsen Torosyan jurnalistlərə bildirib.
O həmçinin deyib ki, ölkə payızda ehtimal olunan epidemiyanın ikinci dalğasına tam hazırdır.
“Əgər bu baş versə, səhiyyə sistemi bütün yoluxanları qəbul etməyə hazır olacaq”, – nazir söyləyib.
Pandemiya başlayan zaman Ermənistanda 38196 yoluxma halı qeydə alınıb. 728 nəfər ölüb, 28366 nəfər sağalıb.
Ermənistanda koronavirus: niyə ölkə epidemiyanın öhdəsindən gəlmədi?
-
Azərbaycanda 30-a yaxın həkim Covid-19 virusundan ölüb
Bu haqda informasiyasnı və ölkənin müxtəlif klinikalarında koronavirusdan ölən həkimlərin siyahısını Laçın Xəstəxanasının Təcili Yardım Şöbəsinin rəhbəri Orxan Cəbrayıl öz Facebook səhifəsində dərc edib.
Azərbaycanda həkimlər arasında ölüm halları haqda rəsmi açıqlama verilməyib, hələlik dərc olunmuş siyahıya reaksiya verən də olmayıb.
Azərbaycanda yüksək yoluxma halları davam edir. Son sutka ərzində 347 nəfər, pandemiya başlayandan indiyə qədər isə 28980 nəfər yoluxub.
Daha 6 nəfər ölüb və ümumilikdə koronavirusdan ölənlərin sayı 391 nəfərə çatıb. 20974 nəfər sağalıb.
-
Gürcüstanda yoluxma halları kəskin artıb, Tbilisidə yarmarka və bazarlar virusun yayıldığı yeni mərkəzlər ola bilər
Son sutka ərzində Gürcüstanda 12 yeni yoluxma halı qeydə alınıb, ötən gün pandemiya başlayandan rekord göstərici qeydə alınıb – 24 yoluxma.
Ümumilikdə 1085 nəfər yoluxub, onlardan 16 nəfər ölüb, 911 nəfər sağalıb.
Narahatverici vəziyyət bu yaxınlarda virusdan ölən 72 yaşlı kişinin ailə üzvləri arasında koronavirus təsdiqlənəndən sonra yaranıb. Məlum olub ki, bütün ailə Tbilisidə “Dinamo” meydançası yanındakı əşya bazarında işləyir.
Xəstəliklərə Nəzarət Milli Mərkəzindən bütün bazar və yarmarkaların girişundə termoekranların quraşdırılması və yoxlamaların sərtləşdirilməsinin vacibliyi haqda bildirilib.
Koronavirusun yayılması baxımından ən mürəkkəb yer Kvemo Kartli qalır. Qardabani rayonunda 34 nəfər yoluxub, infeksiya mənbəyi əsasən iki kəddir – Qaracalar və Qaratəkliyə. Amma yerli sakinlərin epidemioloqlarla əməkdaşlıq etməməsi və test üçün analiz verməkdən imtina etməsi problem yaradır.
-
Gürcüstanın Qardabani rayonunun iki kəndində təhlükəli vəziyyət - 23 yoluxma
Gürcüstanda son sutka ərzində 10 yeni yoluxma halı qeydə alınıb – bundan əvvəl bir neçə həftə ərzində yeni hallar minimuma enmişdi. Ümumilikdə pandemiya başlayandan 1049 nəfər yoluxub. Onlardan 16 nəfəri ölüb, 50 nəfərə yaxın hələ xəstəxanada müalicə olunur.
Qardabani rayonunun iki kəndində – əsasən etnik azərbaycanlıların yaşadığı Qaracalar və Qaratəkliyədə təhlükəli vəziyyət yaranıb. Ümumilikdə rayonda 23 yoluxma qeydə alınıb, onlardan 14-ü Qaracalar kəndindəndir. Epidemioloqlarda əsas narahatlıq doğuran bu yoluxmalardan üçündə yoluxma mənbəyinin müəyyən edilməməsidir.
Kəndlərdə altı epidemioloq qrupu işləyir, hamı testdən keçirilir. 60 nəfər artıq karantinə yerləşdirilib.
Gürcüstan “açılmağa” tələsmir. Bu, iqtisadiyyata necə təsir edəcək?
-
Ermənistanda fövqəladə hal avqustun 12-ə qədər uzadılıb
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, başqa yol yoxdur – əks təqdirdə epidemiya əleyhinə tədbirlər sistemi tələb qüvvəsini itirər və tövsiyə xarakteri alar.
“Biz başa düşürük ki, sonsuza qədər fövqəladə halı uzatmaq mümkün deyil. Biz qərara gəlmişik ki, yalnız fövqəladə hal elan olunduğu zaman yox, həm də fövqəladə vəziyyət zamanı da alət kimi istifadə edə biləcəyimiz qanun layihəsi hazırlayaq”, – baş nazir deyib
-
Rusiyada COVID-19-dan, ola bilsin ki, 40 minə qədər insan ölüb – rəsmi statistikada göstəriləndən 4 dəfə çox
Rusiyada COVID-19-dan ölümlərin və virusa yoluxanların sayının rəsmi statistikasında irimiqyaslı saxtalaşdırmalar haqqında getdikcə daha çox məlumat yayılır.
Ekspertlər 2020 və 2019-cu illərin ölümlərlə bağlı rəsmi məlumatlarını müqayisə edirlər. Ölümlərin sayında artım orta hesabla 30 faizdir. Lakin bəzi regionlarda bu, 50-70 faiz həcmindədir.
İnquşetiyada isə 2020-ci ilin iyununda 2019-cu ilin eyni ayı ilə müqayiədə ölənlərin sayı 167 faiz çoxdur.
Demoqrafların fikrincə, bu o deməkdir ki, İnquşetiyada koronavirusdan 71 nəfər deyil, 200 nəfərdən çox ölən var.
Sankt-Peterburqda da son 10 ilin rekord ölüm göstəricisi qeydə alınıb.
Rusiyada epidemiya əslində daha böyük sürətlə yayılır, bunu “Azadlıq radiosu”na müsahibəsində dövlət statistika xodmətinin keçmiş əməkdaşı Aleksey Rakşa deyib. Onu iyulun əvvəlində rəsmi statistikanın doğruluğuna şübhəsini publik şəkildə bildirdiyi üçün vəzifəsindən azad ediblər.
Rəsmi məlumatlara görə, Rusiyada pandemiyanın əvvəlindən 700 mindən çox adam yoluxub, 11 mindən az adam ölüb. Lakin əslində, Rakşa deyir ki, COVID-19-la bilavasitə bağlı səbəblərdən 30 mindən 40 minə qədər insan ölüb.
Onun sözlərinə görə, bu da, çox güman ki, azaldılmış rəqəmlərdir, çünki Qafqaza bağlı real informasiya yoxdur.
2020-ci ilin yekunlarına görə, Rusiyada izafi ölüm göstəricisi 100 min nəfərə qədər təşkil edə bilər – bunu Rakşa deyir:
“Yoluxma və ölüm halları haqqında məlumatların verildiyi rəsmi sayt – стопкоронавирус.рф – əvvəlindən yalandır, çünki burada koronavirusdan ölüm yalnız o zaman qeydə alınır ki, virus ölümün birbaşa səbəbi olsun”.
Belə bir qəribə vəziyyəti yalnız bununla izah etmək olar: yeni yoluxma hallarının sayına görə Rusiya dünyada dördüncü yerdədir, ölümlərin sayına görə isə xeyli aşağıdadır:
“Aydın məsələdir ki, boş şeydir. Mənim fikrimcə, hazırda Rusiyada hər sutka koronavirusdan təxminən 600 nəfər ölür”.
• Artıq Putin Rusiyada ömürlükdür, ruslar isə federasiyada əsas xalqdır. Konstitusiya dəyişdi
-
Bir milyon nəfər əhaliyə düşən yoluxma və ölüm sayına görə Ermənistan qonşu ölkələri xeyli qabaqlayır
Qafqazda və qonşu ölkələrdə milyon nəfər əhaliyə düşən yoluxma sayı:
Ermənistan – 10 593
Rusiya – 4.937
İran – 3.008
Türkiyə – 2.501
Azərbaycan – 2.267
Gürcüstan – 246
Qafqazda və qonşu ölkələrdə milyon nəfər əhaliyə düşən ölüm sayı:
Ermənistan – 189
İran – 148
Rusiya – 77
Türkiyə – 63
Azərbaycan – 29
Gürcüstan – 4
Mənbə: worldometers.info
• “Qıfıl altında”: ermənistanlı əmək miqrantları Rusiyaya gedə bilmir
-
NATO-nun Əfqanıstandakı beynəlxalq qüvvələrinin tərkibindəki 28 gürcüstanlı hərbçi virusa yoluxub, onların hamısı Gürcüstana gətirilib
Hərbçilər Almaniya Hərbi Hava Qüvvələrinin xüsusi reysi ilə vətənə gətiriliblər. Onlar Qori şəhərində hospitala yerləşdiriliblər və özlərini yaxşı hiss edirlər – Müdafiə Nazirliyindən xəbər verilib.
Yoluxma Əfqanıstan personalı ilə ünsiyyət nəticəsində baş verib.
Əfqanıstanda qalan Gürcüstan hərbçləri Gürcüstana qayıdandan sonra iki həftəlik karantin keçəcəklər.
-
Ermənistanın səhiyyə naziri: “Vəziyyət stabil, amma ağırdır”. Pandemiya başlayandan ölənlərin sayı 500 nəfərdən çoxdur
Ermənistanda sutka ərzində 349 yeni yoluxma halı qeydə alınıb, pandemiya başlayandan yoluxanların sayı 29 285 nəfərə çatıb.
Daha 12 nəfər ölüb, ümumilikdə epidemyanın əvvəlindən ölənlərin sayı 503 nəfərdir. 16907 nəfər sağalıb.
Səhiyyə naziri Arsen Torosyan bəyan edib ki, Ermənistanda koronavirusun yayılma tempi eyni qalır – test edilənlərin 30 faizi müsbət nəticə verir.
Pandemiya başlayandan ümumilikdə 125088 test, ötən sutka ərzində isə 1275 test edilib.
“Yaxşı ki, nisbət stabildir, amma o pisdir ki, mütləq rəqəmlər yüksək olaraq qalır”, – o deyib.
Ağır və kəskin ağır xəstələrin sayı 650 nəfərə yaxındır. Xəstəxanalarda yer çatır – nazir əmindir ki, Ermənistanda xəstəxanaya yerləşdirilməyə ehtiyacı olan, amma evdə qalan insanlar yoxdur.
Ümumilikdə o, vəziyyəti ağır, amma stabil kimi dəyərləndirib.
Baş nazir Nikol Paşinyan fövqəladə vəziyyətin dördüncü dəfə uzadılacağını istisna etməyib.
Ermənistanda biznes və nəqliyyat işləyir, mağazalar açılıb. Karantin qaydalarına maska taxmaq məcburiyyəti və ictimai yerlərdə məsafə gözləmək daxildir.
Hələlik fövqəladə vəziyyət iyulun 13-ə qədər qüvvədədir.
-
Azərbaycanda sərt karantin rejimi iyulun 20-ə qədər uzadılıb, nəzarət üçün küçələrdəki müşahidə kameralarından istifadə olunacaq
Azərbaycanda sutka ərzində 572 yeni yoluxma halı qeydə alınıb, ümumilikdə pandemiya başlayandan 18684 nəfər yoluxub.
Epidemiya başlayandan 228 nəfər ölüb, 10425 nəfər sağalıb.
Bakıda iyunun 21-dən yenidən sərt karantin rejimi tətbiq edilib, ilkin olaraq iyulun 5-də sona çatmalı olsa da, iyulun 20-ə qədər uzadılıb – yoluxanların sayının davamlı kəskin artması səbəbilə.
Bakıda və bir neçə başqa rayon və kənddə yenidən ərzaq mağazaları və apteklərdən başqa bütün satış obyektləri bağlanıb. Həftə sonları ictimai nəqliyyat işləmir, əksər biznes müəssisələri dayandırılıb.
Əsas məhdudiyyətlərdən biri hərəkət məhdudiyyətidir. İnsanlardan evdə qalmaq tələb olunur, yalnız hakimiyyətdən sms-icazə aldıqdan sonra gün ərzində bir dəfə iki saatlıq evdən çıxmaq mümkündür.
Amma küçələrdə sürücülərin və sərnişinlərin sms-icazəsinin olub-olmadığını yoxlayan polis postları yığışdırılıb. Bu postlar böyük tıxacların yaranmasına səbəb olurdu.
Hakimiyyət bildirib ki, bu icazələrin olmasını yoxlamaq işinə müşahidə kameraları cəlb ediləcək, amma hələlik bunun necə baş verəcəyi məlum deyil.
“Bizimlə heç kim maraqlanmır”. Azərbaycandan koronavirus xəstəsinin hekayəsi
-
Ermənistanın səhiyyə naziri: “Reanimasiya şöbələri doludur”
Ermənistanda sutka ərzində 593 yeni yoluxma halı qeydə alınıb, pandemiya başlayandan ümumilikdə 26568 nəfər yoluxub.
Daha 6 nəfər ölüb, epidemiyanın əvvəlindən ölənlərin ümumi sayı 459 nəfərə çatıb. 15034 nəfər sağalıb.
Səhiyyə naziri Arsen Torosyan hökumətin iclasında bildirib ki, ölkədə reanimasiya şöbələri doludur:
“Hər şöbədə ağır və fövqəladə ağır xəstələri yerləşdirmək üçün 1-2 boş yer var. Bu gün onlar ümumilikdə 650 nəfərdir, onlardan 44 nəfəri ağciyərlərin süni ventilyasiyası aparatına qoşulub”.
-
Azərbaycanda sərt karantin azı iyulun ortasına qədər davam edəcək
Azərbaycanda son sutka ərzində 556 yeni yoluxma halı qeydə alınıb, pandemiya başlayandan yoluxanların sayı 17524 nəfərə çatıb.
Epidemiyanın əvvəlindən 214 nəfər ölüb, 9715 nəfər sağalıb.
Azərbaycanda koronavirusa yoluxmaların kəskin artması səbəbilə iyunun 21-də bərpa olunan sərt karantin rejimi əvvəlcədən nəzərdə tutulduğu kimi iyulun 5-də bitməyə, iki həftə də uzadıla bilər.
“Karantin nəticəsini verir. Görürük ki, yoluxmaların sayı stabilləşib. Yoluxma 500-ün üstü olsa da biz daha çox yoluxmanın qarşısını almışıq”, – TƏBİB (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin) rəsmisi Yaqut Qarayeva bildirib
·Azərbaycan iqtisadiyyatı pandemiyadan əvvəl və sonra – nə gözləməli və nədən qorxmalı?
“Qorxmasan – yoluxmazsan”. Azərbaycanda karantin yumşaldılıb – insanlar nə düşünür?
-
Fransa Ermənistana yardım edəcək – prezident Makronun baş nazir Paşinyana məktubu
Ermənistanda sutka ərzində 415 yoluxma halı qeydə alınıb, ümumilikdə yoluxanların sayı 25542 nəfərə çatıb.
Daha 10 nəfər ölüb, epidemiya başlayandan ölənlərin ümumi sayı 443 nəfərdir.
14048 nəfər sağalıb.
Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyana məktub yazıb və bildirib ki, “yaxın günlərdə Fransa Ermənistana yenə də könüllü həkimlərdən ibarət komanda göndərəcək və onlar artıq ermənistanlı həmkarlarına Covid-19 virusu ilə mübarizədə kömək edənləri əvəzləyəcəklər”.
Məktubda həmçinin Ermənistana göstəriləcək əlavə maddi yardım haqda da qeyd olunub:
“Fransa Ermənistana 50-80 milyon avro kredit vermək məsələsini nəzərdən keçirir və bu, Ermənistanın bu il üzləşdiyi problemlər fonunda dövlət büdcəsini dəstəkləmək imkanı verəcək”.
-
Koronavirus pandemiyası ilə bağlı Qafqazda hadisələrin xronikası