Ermənistanda fövqəladə vəziyyət rejimini daha bir ay uzadıblar, lakin müəssisələr işləməyə davam edəcəklər
Ermənistanda son ay ərzində artıq ikinci dəfədir ki, fövqəladə vəziyyət rejimini uzadırlar. Hökumətin qərarı bununla izah edilir ki, yoluxma hallaqının sayı artmağa davam edir.
14 may tarixinə Səhiyyə Nazirliyi 142 yeni hal haqqında məlumat verib. Dünən yoluxanların sayı üzrə antirekord yenilənmişdi – gün ərzində 180 yeni hal qeydə alınmışdı.
Ümumilikdə, ölkədə 3 860 yoluxma halı təsdiq olunub ki, bunlardan 1 572 nəfəri sağalıb. Hazırda 2 218 asiyent malicəsini davam etdirir, bunlardan yalnız 661 nəfəri real olaraq tibbi yardıma ehtiyac duyurlar, başqa sözlə, yoluxanların 70 faizində xəstəlik hər hansı simptom olmadan keçir. 49 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Hazırda altı nəfər süni tənəffüs aparatına qoşulub. Xəstə yeri hələlik kifayət qədərdir.
Fövqəladə vəziyyət rejimi martın 16-da – cəmi bir ay müddətinə tətbiq edilmişdi. Aprelin 14-dən hökumət məhdudiyyətlər rejimini daha bir ay uzatmağa qərar verdi. Lakin hələ müddət başa çatmamış, mayın 4-dən insanların hərəkət azadlığına icazə verildi, müəssisələrin əksəriyyəti işə düşdü. Bundan sonra ölkədə yoluxma hallarının sayı kəskin şəkildə artdı.
İndi fövqəladə vəziyyət rejimi iyunun 13-dək uzadılıb.
Əvvəlki kimi, yoluxmuş şəxslərin təcrid edilməsi haqqında tələblər fəaliyyətdə olacaq.
Lakin biznesin işinə məhdudiyyətlər nəzərdə tutulmur. Komendatura yalnız təhlükəsizlik qaydalarına ciddi riayət etməklə işləməyə çağırır.
“Vətəndaşlar ya sosial məsafəyə riayət etməli. ya da maska taxmalıdırlar. Əlləri dezinfeksiya etmədən üzə toxunmaq olmaz. Nəhayət, termik emaldan keçməmiş və ya dezinfeksiya edilməmiş qablardan istifadə etmək, yaxud onları başqalarına vermək olmaz”, – baş nazir Nikol Paşinyan xatırladıb.