Koronavirusa yoluxub sağalmaq nə deməkdir? Artıq yoluxub sağalmış şəxslər danışır
Ermənistanda artıq 2000-dən çox yoluxmuş şəxs var və əyri yuxarıya doğru gedir. Ölkədə koronavirusun yayılmasının ikinci dalğasından danışırlar. Lakin komendantlıq tədricən əvvəllər tətbiq edilmiş məhdudiyyətləri yumşaldır. Aşkardır ki, hökumətin başqa yolu yoxdur – iqtisadiyyat çökə bilər.
Artıq məlumdur ki, koronavirus ciddi və uzunmüddətlidir. Bəs indi necə yaşamalı? Xəstəliyə əhəmiyyət vermədən yeni şəraitə uyğunlaşmalı? Koronavirus bu qədərmi qorxuludur? Bu xəstəliyi keçirmək nə deməkdir?
Virusu uğurla yenmiş Akop Qriqoryan və onun həyat yoldaşı Asmik JAMnews-a özlərinin şəxsi təcrübəsi haqqında danışıblar.
Harda yoluxmaq olar?
Cütlük deyir ki, koronavirusa çox adamın olduğu, hətta o qədər də qələbəlik olmayan hər yerdə yoluxmaq mümkündür. Məsələn, elə öz evində. Akopla Asmikin başına məhz belə hadisə gəlib.
Koronavirusun yayılması Ermənistanda ilkin mərhələdə – martda və apreldə – bir neçə şaxə üzrə davam edib. Başqa sözlə, yoluxma mənbəyi dəqiq məlum olub. Şaxələrdən biri yüngül sənaye müəssisəsi olub. Bura virusa yoluxmuş İtaliya vətəndaşı – əcnəbi təlimatçı gəlib. O, məzuniyyətdə olduğu dövrdə qızdırmanı aşağı salan dərmanlar içib, gedənə qədər onlarla əməkdaşı yoluxdurub ki, bunlardan biri də Asmikin anasıdır.
“Xəstəliyin fabrikə daxil olması məlum olan kimi elə həmin gün Asmikin anasını testdən keçiriblər. Nəticə müsbət olub. O vaxta bizim də temperaturumuz var idi. Anladıq ki, yəqin xəstələnmişik”, – Akop deyir.
Nəticədə, gənclərin testləri müsbət nəticələnib.
Xəstələnən şəxs nə hiss edir?
Akop və Asmik deyirlər ki, koronavirusa yoluxandan sonra bunu anlamamaq da mümkündür. İlk mərhələdə onlar özləri də heç nə hiss etməyiblər. Lakin buna baxmayaraq, evdə özünütəcrid rejimində qalıblar. İlk simptom yüksək temperatur olub.
“Biz dərhal təcili yardım çağırdıq. Anamı xəstəxanaya apardılar. İki gündən sonra bizim vəziyyətimiz də pisləşdi. Əvvəlcə yüngül temperatur vardı və bunu termometrsiz hiss etməmək də olardı”, – Asmik deyir.
Cütlük qərara alır ki, təlaşa düşməsin və vəziyyətə yumorla yanaşsın. Qəribə də ola, dünya üzrə statistika köməyə çatıb.
“Biz statistikanı izləyirdik və bilirdik ki, gənclərdə, əsasən. problemlər olmur. Əgər insanın xroniki xəstəlikləri yoxdursa, ağırlaşmalar olmayacaq. Buna görə də, xüsusi bir qayğımız yox idi”, – Asmik bildirir.
Lakin ər-arvad özlərinin vacib missiyası olaraq anlamaq istəyirdilər ki, daha kimi yoluxdurmuş ola bilərlər:
“Biz əlaqədə olduğumuz hamı ilə zəngləşdik. Bizdən əlaqə dairəmiz haqqında məlumatları aldılar. Bəzilərini hətta testdən də keçirdilər. Amma heç birində müsbət nəticə çıxmadı. Bütün tanışlarımız daim temperaturlarını ölçürdülər”.
Sonra nə baş verdi?
“İlk üç günü evdə keçirdik. Hər gün sahə həkimi yanımıza gəlir və temperaturumuzu ölçürdü. Qızdırma qalxırdı. Qərara gəldilər ki. bizi xəstəxanaya yerləşdirsinlər”, – Asmik sözlərinə davam edir.
Temperaturdan əlavə, cütlüyün başları ağrıyır, bədənləri əzgin idi. Virusun xüsusiyyəti odur ki, ağrılar daimi olmur və bir-birini əvəz edir. Asmik deyir:
“Xəstəxanaya yerləşdirildikdən sonra üç gün məndə çox güclü başağrıları vardı. Temperatur 38,5-ə ədər qalxırdı. Bu, mənimçün ən ağır dövr idi. Sonra özümü nisbətən yaxşı hiss etməyə başladım. Akopda əasən baş və əzələ ağrıları vardı. Gözləri də ağrıyırdı. Sonuncu həftə məndə tənəffüslə bağlı problemlər başladı.
Sanki havam çatmırdı, dərindən nəfəs almaq istəyirdim. Bir müddət bu vəziyyət sağaldığımdan sonra da keçmirdi”.
O belə bir qənaətə gəlib ki, virus insan orqanizminin məhz ən zəif yerlərini vurur.
Təcridetmə necə baş verir?
Cütlüyün sağalma prosesi üç həftə davam edib. Onları koronaviruslu xəstələrin yerləşdirildiyi əsas mərkəz olan Yerevan infeksion xəstəliklər xəstəxanasına yerləşdiriblər.
Akop və Asmik şəraitdən razı qalıblar, amma etiraf edirlər ki, üç həftə qapalı qalmaq çətin olub.
Baxmayaraq ki, cütlükdə xəstəlik nisbətən yüngül formada keçib, onlar koronavirusa ciddi yanaşmağı tövsiyə edirlər və deyirlər ki. bu, adi qrip deyil.
“İndi evdən çıxanda diqqət yetirirəm ki, karantinə baxmayaraq, küçələrdə çoxlu sayda adam var. Mağazalarda sosial məsafə qorunmur. Həyat qaynayır, elə təəssürat yaranır ki, elə bil heç nə baş verməyib. Ola bilin, çoxları inanmır ki, virus real olaraq mövcuddur. Lakin demək istəyirəm ki, o mövcuddur və çox təhlükəlidir. İnsanlar diqqətli və ehtiyatlı olmalıdırlar”, – Asmik deyir.
Akop isə əlavə edir: “Əgər inan özü barədə düşünmürsə, heç olmasa başqaları barədə düşünsün, onlar üçün bu virus ağır nəticələrə gətirib çıxara bilər”.