Konstantinopol patriarxı Ukrayna kilsəsinə avtokefaliya verib
İstanbulda, Konstantinopol patriarxının qərargahında Ümumdünya Patriarxı Varfolomey tərəfindən Ukrayna üçün Tomosun imzalanması mərasimi keçirilib.
Tomos Ukraynanın yeni Pravoslav kilsəsinin statusunu müəyyən edən fərmandır. O, kilsənin müstəqilliyini tanıyır və bəyan edir.
• 2018-ci ilin əvvəlindən Ukraynada beş vətəndaş cəmiyyəti fəalı həlak olub
İstanbuldakı mərasimdə Ukrayna prezidenti Pyotr Poroşenko, Ali Radanın başçısı Andrey Parubin, yerli kilsə başçısı mitropolit Yepifani, keçmiş prezident Viktor Yuşenko və müdafiə naziri Stepan Poltorak iştirak ediblər.
Tomosun imzalanması ilə Ukrayna üçün kilsə azadlığının əldə edilməsi prosedurunun rəsmi yekunu vuru
Konstantinopol patriarxı tərəfindən kilsə fərmanı imzalanandan sonra yanvarın 6-da o, Tomosu mitropolit Yepifaniyə təqdim edəcək. Artıq yanvarın 7-də isə Tomosu Kiyevdəki Sofiya kilsəsinə gətirəcəklər və onu burada bütün istəyənlər görə biləcək.
Bundan əvvəl Ukraynada üç pravoslav kilsəsi olub: Moskva patriarxatının Ukrayna pravoslav kilsəsi, Kiyev patriarxatının kilsəsi və Ukrayna avtokefaliya kilsəsi. İki sonuncunu heç bir pravoslav kilsə rəsmi şəkildə tanımayıb, Moskva patriarxatının kilsəsi isə Moskvaya tabe olub.
Ukrayna kilsəsi 1686-cı ildən sonra ilk dəfə müstəqilliyini qazanıb. O vaxt Kiyev mitropoliyası Ümumdünya patriarxatının tərkib hissəsi olub. Amma sonradan Rus pravoslav kilsəsinə tabe olub.
Dekabrın 15-də Kiyevdəki Birləşmiş kilsədə Ukrayna Pravoslav Kilsəsini yaradıblar. Ukrayna yerli pravoslav kilsəsinin başçısı mitropolit Yepifanini seçiblər.
Pyotr Poroşenko bildirir ki, Ukrayna Pravoslav Kilsəsi üçün müstəqilliyi qazanmaq milli özgürlük və milli təhlükəsizliyin tərkib hissəsidir.