Ancaq kasıblar öldüyü zaman – koronavirus peyvəndi uğrunda mübarizə
Hazırda Yer kürəsi əhalisinin ancaq 14 faizi üçün yaxın gələcəkdə koronavirus peyvəndi ilə təmin oluna bilər. Bu 14 faiz varlı ölkələrdə yaşayırlar. Qalanlar 2024-cü ilə qədər peyvənd əldə edə bilməyə bilər.
Bu cür bəyanatla “Bil və Melinda Qeyts” xeyriyyə fondunun rəhbəri Mark Suzman çıxış edib. Eyni zamanda o bildirib ki, fond indən belə hamı üçün bərabər yaşamaq və sağlamlıq hüququ uğrunda mübarizəyə daha fəal şəkildə qoşulub.
Varlı ölkələr yaxın zamanda istehsal olunacaq peyvəndin 53 faizini özləri üçün rezerv ediblər.
Məsələn, ancaq Kanada elə böyük həcmdə peyvənd üçün müqavilə bağlayıb ki, bütün əhalisini bir neçə dəfə vaksinasiya etmək mümkündür.
Böyük Britaniyada koronavirus vaksinasiyası artıq başlayıb. Preparatlardan biri, Pfizer/BioNTech artıq ABŞ tərəfindən təsdiqlənib. Orada vaksinasiyanın dekabrın 14-də başlayacağı gözənilir. Dekabrın 16-a qədər bütün ölkə ərazisində 150 bölüşdürücü mərkəzə artıq üç milyona yaxın doza çatdırılıacaq.
Amma Ümumdünya Səhiyyə Təşkilatı nəticədə kasıb ölkələrin 2021-ci ildə peyvənd ala bilməyəcəyindən, bəzilərinə isə peyvəndin 2024-cü ildən tez çatmayacağından narahatdır.
Bu o deməkdir ki, ehtiyacı olanların 90 faizi vaksinasiyadan kənar qalacaq.
ÜST-ün hesablamalarına görə, vaksinin birbaşa əlçatımlığı probleminin həlli üçün beş milyard dollardan çox vəsait lazımdır – “The Gurdian” yazıb.
“Bil və Melinda Qeyts” xeyriyyə fondu dekabrın əvvəlində bunun üçün 2 milyard dollar ayırıb. Bu vəsaitlə iki məsələ həll edilməlidir:
● Kasıb ölkələrdə artıq mövcud olan vaksinlərin istehsalını təşkil etmək.
● Kasıb ölkələrin imkanı çatmayan daşınma və saxlanma üçün lazım olan bahalı soyuducu qurğuların tələb olunmadığı növbəti nəsl vaksinin hazırlanmasını sürətləndirmək.
Dünyada epidemioloji vəziyyət
Dünyanın hər yerində epidemioloji vəziyyət kəskin pisləşir.
Almaniya dekabrın 16-dan sərt lokdaun tətbiq edəcək – ərzaq mağazaları və appteklərdən başqa hər yan bağlı olacaq.
Dekabrın 15-dən Fransada 20:00-dan 06:00-a qədər komendant saatıı tətbiq ediləcək.
İsveçrədə ekstremal vəziyyət haqda elan olunub – reanimasiyalar doludur, xəstəxanalar koronaviruslu pasiyentlərin axınının öhdəsindən gələ bilmir.
İndiyə qədər koronavirusla mübarizədə öz modelini tətbiq edən və praktiki olaraq heç bir məhdudiyyət tətbiq etməyən İsveçdə də təhlükəli vəziyyət yaranıb. Xəstəxanalarda COVID-19 xəstələrinin sayı o həddə çatıb ki, böyük yüklənmə üzündən orada həkimlər və tibb işçiləri kütləvi çəkildə işdən azad olmağa başlayıblar. Vəziyyət dəhşətlidir – İsveç Tibb İşçiləri Assosiasiyasının rəhbəri Sineva Ribeyro “Bloomberg” nəşrinə deyib.
ABŞ-da koronavirusdan 306 min nəfərdən çox insan ölüb – bu, İkinci Dünya Müharibəsində həlak olan amerikalı hərbçilərin sayından çoxdur.
Dekabrın 14-ə qədər dünyada 72 milyon 692 mindən çox insan koronavirusa yoluxub. Onlardan təxminən 1 milyon 620 min nəfəri ölüm.
Yoluxanların sayına görə ilk onluğa daxil olan ölkələr:
- ABŞ — 16 737 267
- Hindistan — 9 884 716
- Braziliya — 6 901 990
- Rusiya — 2 681 256
- Fransa — 2 376 852
- Böyük Britaniya — 1 849 403
- İtaliya — 1 843 712
- Türkiyə — 1 836 728
- İspaniya — 1 741 439
- Argentina — 1 498 160
Ermənistan, Gürcüstan, Azərbaycan
Milyon nəfər əhali arasında yoluxanların sayına görə:
- Ermənistan dünyada 11-ci yerdədir (148 682 nəfər yoluxub, 2 503 nəfər ölüb);
- Gürcüstan 12-ci yerdədir (191 063 nəfər yoluxub, 1 839 nəfər ölüb);
- Azərbaycan 68-ci yerdədir (175 874 nəfər yoluxub, 1 922 nəfər ölüb).