Kilsə prezident iqamətgahını ələ keçirib
Bu şəkildə Qara dəniz sahilində yerləşən Kabuleti şəhərindəki prezident iqamətgahı Bobokvatidir. Müxtəlif illərdə bu iqamətgah prezidentlərin, yerli məmurların və baş katiblərin sevimli istirahət yeri olub.
Tərkibində 18 bina və tikililərin, subtropik ağacların, palmaların, şam ağaclarının olduğu 149 796 kvadratmetrlik quru və 12 min kvadratmetrlik dəniz sahili olan ərazi.
21 sentyabrda bu mülk simvolik bir lari satış qiyməti olmaqla Gürcüstan patriarxiyasına satıldı.
Bunun əvəzində Patriarxiya 2010-cu ildə yenə də simvolik qiymət- 1 lariyə aldığı 721 hektarlıq Krçanisi məşə-park ərazisini dövlətə geri verməlidir.
Bobokvati iqamətgahı, dövlətin kilsənin idarəçiliyinə verdiyi nə ilk, çox guman ki nə də son mülkiyyət olacaq. Yalnız 2012 ildən 2015-ci il sentyabr ayına qədər 527 min 327 kvadratmetrlik torpaq və digər daşınmaz əmlak dövlət kilsənin idarəçiliyinə verilib.
Hələ bir neçə ay əvvəl Bobokvani iqamətgahı özəlləşdirilmiş obyektlərin siyahısına daxil edilmişdi. İqtisadiyyat Nazirliyi iqamətgahı 34 milyon lariyə satmaqla, milli valyutanın dəyərdən düşməsindən sonra zəifləyən dövlət büdcəsinə yardım etməyi planlayırdı. Lakin sonradan planlar dəyişildi.
Bu mülkdəyişmə prosesinin bir sıra qaranlıq məqamları var. Patriarxiya Bobokvani mülkinin hansı məqsədlər üçün istifadə olunacağına heç bir şərh vermir.
Tbilisidən kənarda yerləşən Krçanisi meşə parkına gəldikdə isə, dövlər rəsmiləri onun özəlləşirilməsinin büdcəyə daha çox gəlir gətirəcəyini düşünür və buna görə dəbu ərazini Bokovati iqamətgahı ilə dəyişməyə razılıq verib. Krçanisinin investisiya dəyəri isə hələ məlum deyil, çünki, ərazinin hazırkı status orada hər hansı bir tikintinin aparılmasını qadağan edir.
• Gürcüstanda kilsə ilə dövlət arasındakı münasibətləri 2002-ci ildə imzanlanmış konkordat tənzimləyir. Bu razılaşmaya əsasən dövlət Sovet İttifaqı zamanı kilsəyə dəyən maddi və mənəvi ziyanı qəbul edir, və dəyən zərəri qismən kompensasiya etməyi öz üzərinə götürür. Kilsəyə mülkiyyət vermək təcrübəsi bu konkraddan sonra yarandı.
• Gürcüstanda əhalinin 80 %-i provaslavdır. Buna görə də kilsələrin əksəriyyəti provaslav kilsəsidir. Əhalinin 95 %-nin fikrinə görə ölkənin ən nüfüzlu adamı Patriarxdır.
• Kilsəyə mənsub dindarlar pravoslav kilsəsinin imtiyazlara malik olmasını ədalətli və müsbət hal kimi dəyərlərndirir. Yalnız əhalinin bir qismi nə üçün kilsənin onların vergilərindən maliyələşdiyini bilmək istəyir.
• Ekspertlərin və qeyri-hökümət təşkilatı nümayəndələrinin fikrinə görə, kilsə və dövlət arasında bağlanan müqavilə Gürcüstandakı digər inanclara qarşı ayrıseçkilik yaradır.
-
Bu mətni hazırlayarkən, olduqca çox informasiya əldə etdim və onları itirməməyə qərar verdim. Bunu ayrıca məqalə kimi çap etmək olar. Burada kilsənin mülkiyyəti və onun maliyyə mənbələri haqqında məlumatlar var. Həmçinin, kilsənin seçkilərdə rolu haqqında maraqlı məlumat əldə etmişəm. Hal –hazırda onun üzərində işləyirəm.