Azərbaycanın keçmiş nazirinin mənbəyi məlum olmayan çoxmilyonluq daşınmaz əmlakı aşkarlanıb
Azərbaycanın keçmiş milli təhlükəsizlik nazirinin övladlarının Böyük Britaniyada çoxmilyonluq daşınmaz əmlakı var. Bu, OCCRP, Finance Uncovered и Transparency International-ın həyata keçirdiyi araşdırma nəticəsində məlum olub. Ehtimal edilir ki, bütün bu var-dövlət mənimsəmə və pulların yuyulmanın nəticəsidir.
Mahmudovlar ailəsinin vəkilləri isə bildirir ki, guya daşınmaz əmlak miras qalan vəsaitlə və şəxsən yığılan pulla alınıb.
Eldar Mahmudov 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyi ətrafında qalmaqal fonunda vəzifədən uzaqlaşdırılıb, nazirliyin özünü isə ləğv ediblər.
Keçmiş nazirin qızı və oğlunun sahib olduğu daşınmaz əmlak və aktivlərin ümumi dəyəri 111 milyon dollardan çoxdur.
Bu, 2019-cu ilin noyabr ayında xakerlər qrupu Kayman adalarında (Böyük Britaniyanın ərazisi) bankın müştəri məlumatları bazasını sındırandan sonra məlum olub. Bankın müştəriləri arasında Mahmudovlar ailəsi də var imiş.
Bu tranzaksiyaların qanuniliyini mütəxəssislər artıq 2016-cı ildə şübhə altına salırdılar.
O vaxtlar həm də Eldar Mahmudova məxsus olan Britannia Group Ltd. şirkətlər şəbəkəsi ilə bağlı məsələ də qaldırılırdı. Bank daxili araşdırma aparmağı planlaşdırırdı, amma onun aparılıb- aparılmaması məlum deyil.
Bundan əvvəl analoji qalmaqal Eldar Mahmudovun oğlunun qaynanası olan Zamirə Hacıyeva ətrafında yaşanmışdı. O, Londonun Harrods univermağında mənşəyi məlum olmayan 16 milyon funt xərcləmişdi.
Zamirə Hacıyevanın əri (və müvafiq olaraq Mahmudovun oğlunun qaynatası) Cahangir Hacıyev Azərbaycan Beynəlxalq Bankına rəhbərlik edib, 2015-ci ildə isə dövlət əmlakının israfına görə həbs olunub, hazırda da həbsxanadadır.