Kataloniya Parlamenti müstəqilliyə səs verib
Kataloniya Parlamenti cümə günü İspaniyadan ayrılıb, müstəqil olmağın lehinə səs verib, bununla da siyasi böhranı dərinləşdirib, CNN xəbər verir.
Bu, müstəqilliklə bağlı oktyabrın 1-də keçirilən mübahisəli referendumdan bir neçə həftə sonra, İspaniya Senatının muxtar vilayət üzərində tam nəzarəti bərpa etmək üçün qəti addımların atılması yönündə səs verdiyi gün baş verib. İspaniya hökumətinin həftəsonu Karles Puçdemonun Kataloniyanın prezidenti kürsüsündən uzaqlaşdırılması, onun hökumətinin buraxılması və mərkəzi idarəetmənin tətbiqi istiqamətində addımlar atacağı gözlənilir.
REUTERS/Albert GeaKataloniya Parlamentində “suveren və müstəqil Katalloniya Respublikasının yaradılması” ilə bağlı sual ətrafında gizli səsvermənin nəticəsi: 70 səs lehinə, 10 səs əleyhinə, iki səs bitərəf. Müxalif deputatlar səsvermədən əvvəl zalı tərk ediblər.
Bu hadisədən bir neçə dəqiqə sonra İspaniyanın baş naziri Raxoy Twitter hesabında bunları yazıb: “Bütün ispanları sakitliyə səsləyirəm. Hüquqi dövlət Kataloniyada qanunvericiliyi bərpa edəcək”.