Azərbaycanda karantindən çıxmaq haqda düşünürlər
Karantin rejimini yumşaltmaq lazımdır, baxmayaraq ki, ikinci yoluxma dalğası baş verməsin deyə arxayınlaşmaq üçün tezdir – Azərbaycanın Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi belə hesab edir.
“Biz aprelin 20-dən karantindən tədricən nəzarət altında çıxmaq üçün müraciət edəcəyik. Bununla əlaqədar olaraq xüsusi qaydalar hazırlanacaq və ictimaiyyətə təqdim olunacaq”, – birlik sədri Ramin Bayramlı bildirib.
- Bakı karantin zamanı necə görünür?
- “Gürcüstanda minlərlə insan 2-3 həftədən sonra xəstələnə bilər” – Xəstəliklərə Nəzarət Mərkəzi
- Koronavirus haqda hər şey
Aprelin 15-i axşam saatlarına olan rəsmi məlumata əsasən, Azərbaycanda 56 yeni COVID-19 virusuna yoluxma halı qeydə alınıb. Beləliklə yoluxanların ümumi sayı 1253 nəfərə çatıb, onlardan 13 nəfər ölüb, 404 nəfər sağalıb. Yəni ölkədə hazırda 836 nəfər müalicə altındadır. Yoluxanların əksəriyyəti qadındır.
Hazırda Azərbaycanda gücləndirilmiş karantin rejimi elan olunub – metro, parklar, bağlar, demək olar ki, bütün kommersiya obyektləri, təşkilatlar və müəssisələr bağlıdır.
Küçəyə çıxmaq üçün ya işdən arayış olmalıdır, ya da hakimiyyətdən sms-lə icazə almaq lazımdır. İcazə hər adama sutka ərzində bir dəfə 2 saatlıq verilir. 65 yaşdan yuxarı insanlara isə ümumiyyətlə evdən çıxmaq qadağan olunub.