Karantin virusdan daha çox öldürür – Bakıdan şərh
Koronavirus pandemiyası dövründə sərt karantin qaydalarının məqsədyönlü olması haqda ekspertlərin rəyləri bir-birinə tam əksdir. Bəziləri bu tədbirləri ikiəlli dəstəkləyir, digərləri isə qətiyyətlə etiraz edirlər. Azərbaycanlı siyasətçi İlqar Məmmədov bildirir ki, karantin virusdan daha çox öldürür.
2021-ci il yanvarın sonundan Azərbaycanda aylar öncə COVID-19 virusunun yayılması hallarının çoxalması səbəbilə tətbiq edilən bəzi məhdudiyyətlər aradan qaldırılıb. Amma hələ də metro işləmir, ticarət mərkəzləri, teatrlar və kinoteatrlar açılmayıb, yuxarı sinif şagirdləri və ali məktəb tələbələri xırda istisnalarla hələ də evdə oturublar.
Bu cür tədbirlər Azərbaycan paytaxtında bəzi problemlərə gətirib çıxarıb. Bakı əsl nəqliyyat kollapsı yaşayır.
Karantin tədbirlərinə birmənalı olmayan münasibəti ilə tanınan müxalif Respublika Alternativi Partiyasının lideri İlqar Məmmədov Facebook səhifəsində müqayisəli analiz təqdim edib.
İsveç və Azərbaycan üzrə göstəriciləri müqayisə edərək, o belə fikrə gəlir ki, karantin virusdan daha çox öldürür.
Ölkə seçimi təsadüfi deyil. Oxford Special Index-in məlumatına əsasən, Azərbaycan 2020-ci ildə pandemiyaya görə tətbiq edilmiş məhdudiyyətlər baxımından dünyada birinci yeri tutub. İsveçdə məhdudiyyətlər demək olar ki, tətbiq edilməyib.
Statistika ağıllı nəsnədir
“Karantin virusdan çox öldürür. Bütün karantin məhdudiyyətləri dərhal aradan qaldırılmalıdır.
Müqayisə üçün:
Əhali:
İsveç: 10,1 milyon
Azərbaycan: 10,2 milyon
Yaşı 60-dan yuxarı olanlar:
İsveç: 2,7 milyon
Azərbaycan: 1,2 milyon
2020 karantin:
İsveç: yoxdur
Azərbaycan: ən sərt
2015-2019-da orta illik ölüm sayı:
İsveç: 89 min
Azərbaycan: 56 min
2020-də ölənlərin sayı:
İsveç: 95 min (fərq: 6 min “artıq” ölüm)
Azərbaycan: 75 min (fərq: 19 min “artıq” ölüm)”.
Azərbaycanda vaksinasiya
Fevralın 17-dən Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın üçüncü mərhələsi başlayıb. Ölkədə Çin istehsalı olan SinoVac peyvəndindən istifadə olunur.
Vaksinasiyanın birinci mərhələsi tibb işçilərini əhatə edib, ikinci mərhələsi isə 65 yaşdan yuxarı insanları.üçüncü mərhələ zamanı 50 yaş və yuxarı insanlara peyvənd vurulacaq.
Vaksinasiya könüllüdür və dövlət hesabına həyata keçirilir. Son məlumata əsasən, vaksinin ilk dozasını artıq 70 min nəfərə yaxın insan qəbul edib.