Böyük Britaniyada parlament seçkilərinin nəticələri - “asılı qalan” parlament
foto:BBC
Koalisiya parlamenti və bir-birinə qarşı olan siyasi partiyalar arasında kompromisin vacibliyi – Böyük Britaniyada iyunun 8-də baş tutan müddətdən əvvəl parlament seçkilərinin bu gün elan olunan nəticəsidir.
Seçkilərin təşəbbüskarı kimi özünün Mühafizəkarlar partiyası üçün parlamentdə daha çox yer almaq və Avropa İttifaqından çıxışla bağlı danışıqlarda öz işini asanlaşdırmaq üçün baş nazir Tereza Mey çıxış edib. Mey “brexit”in sərt ssenarisinin, yəni tez və qəti çıxışının tərəfdarıdır.
Amma tam bunun əksi olan nəticələr alındı – Mühafizəkarlar partiyası parlamentdə formal çoxluğunu saxlasa da, təmsilçiliyini azaltdı.
Parlamentdə öz mövqelərini mühafizəkarların əsas rəqibi olan Leyborist partiyası möhkəmlətdi, hazırda mühafizəkarların 313, onun 260 yeri var. Qalan yerləri xırda partiyalar tutur ki, onlar da koalisiyaların taleyini müəyyən edəcək. Ümumilikdə İngiltərə parlamentində 650 yer var.
Parlament hazırda “asılı” vəziyyətdə qalacaq. Partiyalar hökuməti formalaşdırmaq üçün koalisiyalar axtarmalı olacaqlar.
Məğlub olmasına baxmayaraq, Tereza Mey istefa verməyə hazırlaşmır. O, baş nazir postunda qalır, BBC xəbər verir.
Yeni hökumət formalaşdırmaq cəhdi iki dəfə uğursuzluqla nəticələnsə, Böyük Britaniyanı yeni parlament seçkiləri gözləyir.