İvanişvili üçün sarı kart — oliqarxın iqamətgahı qarşısında gecə aksiyası
Oliqarx Bidzina İvanişvili üçün sarı kartlar — iyunun 28-də gecə yarı İvanişvilinin iqamətgahı qarşısında etiraz aksiyası bu şüar altında bitdi. Mitinq iştirakçıları parlament binasından oliqarxın iqamətgahına yürüş təşkil edərək, burada yenidən daxili işlər naziri Giorgi Qaxariyanın istefasını tələb ediblər.
დღე მერვე, რუსთაველის გადაკეტვა აღარ გვყოფნის, წავედით პატრონი გავაღვიძოთ 🙂 სირცხვილია! 8.0
Posted by Salome Barker on ხუთშაბათი, 27 ივნისი, 2019
Nümayişçilər “sarı kartlar” göstərdilər. Onların sözlərinə görə, tələblər yerinə yetirilməsə növbəti dəfə iqamətgah qarısına “qırmızı kartlar”la gələcəklər.
“Rəmzi presedent yaratmaq lazımdır. Öz vətəndaşlarını şikəst edən daxili işlər naziri cəzalandırılmalıdır. Polis haqqında qanunu pozanlara polisdə yer yoxdur”, — aksiya iştirakçılarından biri Mişa Mşvildadze deyib.
“Bu, Bidzina İvanişvilinin evi deyil, bura təəssüf ki, Gürcüstanın idarə olunduğu kontordur. Biz heç kimin evinə soxulmuruq”, — aksiya iştirakçılarından biri, musiqiçi David Qabuniya deyib.
İyunun 28-də axşam daxili işlər naziri Qaxariya telejurnalistlərə verdiyi müsahibədə istefa verməyə hazırlaşmadığını bildirib.
Daxili işlər nazirinin istefası və 21 iyun nümayişinin dağıdılmasında günahkar olanların cəzalandırılması tələbi ilə növbəti etiraz aksiyası iyunun 29-da, axşam saat 19-da başlayacaq.