İsveç möcüzəsi baş tutmadı – koronavirusdan çox sayda ölüm halları və daha böyük yoluxma təhlükəsi
İsveçin baş epidemioloqu Anders Teqnell koronavirus pandemiyası zamanı karantin və özünütəcrid tədbirləri tətbiq etməmək haqda öz strategiyasının yanlış olduğunu açıq şəkildə etiraf edib. Bunun nəticəsində qurbanların sayı həddən artıq çox olub – Swedish Radio-ya müsahibəsində Teqnell bildirib.
“Əgər biz indi yenidən eyni xəstəliklə qarşılaşsaydıq, düşünürəm ki, bizim strategiyamız fərqli olardı. Biz İsveçin artıq etdiyi ilə dünyanın etdikləri arasında orta bir şey seçərdik”, – Teqnell deyib.
Teqnellin strategiyası cəmiyyətin qrup halında immunitet formalaşdırmasından ibarət idi. Buna görə də dünyanın bütün ölkələri praktiki olaraq sərt karantin rejimi tətbiq edildiyi zaman İsveçdə bundan imtina edilmişdi.
Bütün bu zaman ərzində yeganə qadaöa insanların eyni məkanda 50 nəfərdən artıq toplaşmasına qoyulan məhdudiyyətdən ibarətdi.
• Azadlıq növbəsi – Belarusda qeyri-adi kütləvi etiraz
• Amerika polis maşınlarını yandırır və “Nəfəs ala bilmirəm” deyərək yerdə uzanıb. Fotoreportaj
Strategiya ölkə hökumətinin tapşırığı ilə hazırlanmışdı və sakinlərin hakimiyyətə böyük etimadına əsaslanırdı. Pandemiyaya bu cür yanaşma bütün dünyanın diqqətini çəkdi və çoxları bu cür yanaşmanın doğru olduğunu hesab edirdi.
Amma indi ilk yekunlara baxıldıqda məlum oldu ki, İsveçdə koronavirusdan ölüm həddi yaxın qonşuları ilə müqayisədə qat-qat çoxdur. Və bu qonşular İsveç vətəndaşlarını öz ərazilərinə buraxmırlar, qorxurlar ki, onlar yeni epidemiya mənbəyi ola bilərlər.
İsveçdə 4 542, qonşu Danimarkada isə 580 ölüm halı
İyunun 4-ə olan məlumata əsasən, 10 milyon əhalisi olan İsveçdə 4542 ölüm, 40803 yoluxma halı qeydə alınıb.
Pandemiya başlayandan sərt məhdudiyyətlər həyata keçirən qonşu Danimarka, Norveç v Finlandiyada bu göstəricilər xeyli aşağıdır.
Danimarkada 580, Norveçdə 237, Finlandiyada isə 321 ölüm qeydə alınıb.
Bu ölkələrdə yeni yoluuxma və ölüm halları minimal həddədir. İsveç isə iyunun 3-də 72 nəfərin ölüdüyünü elan edib.
“Tam aydındır ki, biz yaxşı davrana bilərdik, bu nəticələrlə üzləşməmək üçün potensial var idi.Gələcəkdə strategiya seçimi zamanı bu qədər ölümün qarşısını almaq vasitələrinin olub-olmadığını düşünmək lazımdır”, – Teqnell deyib.
Dünyadakı koronavirusla bağlı göstəricilər fonunda İsveçdəki statistika ən yüksəklərdən biridir. Burada 100 min nəfər əhaliyə 43 ölüm halı düşür, bu isə xəstələnənlərin 11,6 faizi deməkdir.
Danimarkada bu, 4,9 faiz, Norveçdə isə 2,8 faiz təşkil edir.
Yaxın zamana qədər Teqnell bildirirdi ki, lokdaunlar kimi sərt tədbirlər böhranın uzunmüddətli həlli üçün dayanıqlı ola bilməz. Digər ölkələr tərəfindən tənqidə baxmayaraq, İsveçdə onun strategiyası əsasən əhalinin dəstəyini almışdı.
Siyasətçilərin və əhalinin əsəbi reaksiyası
Səhiyyə və sosial məsələlər naziri Lina Hollenqren Anders Teqnellin etiraflarına cavab olaraq bildirib ki, bir müsahibə pandemiya ilə mübarizədə hansı tədbirlərin doğru, hansıların yanlış olduğu sualına dəqiq cavab sayıla bilməz.
Maliyyə naziri Maqdalena Andersson deyir ki, karantindən imtina İsveçə iqtisadiyyatı xilas etməyə imkan verməyib. Ölkənin İkinci Dünya Müharibəsi zamanı yaşanan iqtisadi böhrandan sonrakı dövrün ən pis günlərinə doğru yuvarlandığı aşkardır. – 2020-ci ildə ÜDM bütün Avropa ölkələrində olduğu kimi təxminən 7 faiz enəcək.
Baş nazir Levan müsahibəyə reaksiya verərək, araşdırma aparılacağına söz verib.
İmmiqrasiya əleyhinə populyar İsveç Demokratları Partiyasının lideri Yimmi OkessonTeqnellin şərhlərini “sarsıdıcı” adlandırıb.
“Bir neçə ay ərzində o, bağırtıları dinləmirdi. İsveç hər şeyi doğru edirdi, bütün qalan dünya yanılırdı. İndi isə bax budur”, – Okesson Twitter hesabında yazıb.
Teqnellin sələfi, 72 yaşlı Annika Lind (o, 2005ci ildən 2013-cü ilə qədər ölkənin baş epidemioloqu vəzifəsini tutub) bildirib ki, ən başdan o, rəsmi strategiyanı dəstəkləyib. Amma ölkədə yaşlı insanlar kütləvi şəkildə ölməyə başladığı zaman fikrini dəyişib:
“Anlamıram, onlar necə pandemiyaya yüksək səviyyədə hazır olduqlarını bəyan edə bilirlər, bir halda ki,bu hazırlıq bərbaddır”.
Onun sözlərinə görə, daha bir həlledici səhv koronavirusun özünü mövsüm qripi kimi aparması ehtimalı olub. Halbuki, həkimlər artıq etiraf edirlər ki, bu belə deyil. Covid-19 daha ləng yayılır, daha davamlı inkubasiya dövrünə malikdir, onu aşkarlamaq daha çətindir və müvafiq olaraq qrup immuniteti formalaşdırmaq müşküldür.
“İsveç modeli sərt tədbirlərə əl atmadan, vətədaşların şəxsi iradəsinə güman etməyin mümkün olub-olmaması ilə bağlı intriqalı eksperimentdir. Və bu eksperiment alınmadı. İndi insanların necə reaksiya verəcəyini, işləməyən strategiyaya sadiq qalıb-qalmayacaqlarını görmək çox maraqlı olacaq”, – Birlik Fondunun tədqiqatçısı Erik Şnayder bildirib.
Anders Teqnellin özü Dagens Nyheter qəzetinə daha sonra verdiyi müsahibəsində öz mövqeyini daha pozitiv tonla dəqiqləşdirib:
“Ümumilikdə hesab edirəm ki, strategiya yaxşı işləyib, […] çox sayda ölənlərin olmasına baxmayaraq. Bütün strategiyalar kimi bunu da mütəmadi olaraq dəyişən şərtlərə adaptasiya etmək lazımdır”.