Azadlıq növbələri – Belarusda qeyri-adi kütləvi aksiya
Bazar günü mayın 31-də ölkənin müxtəlif şəhərlərində minlərlə belarus küçələrə çıxıb uzun növbələrə düzülüblər. Euroradio-nun verdiyi məlumata görə, insanlar prezidentliyə namizəd Svetlana Tixonovskayanı öz imzaları ilə dəstəkləmək üçün küçəyə çıxıblar. Tixonovskayanın təşəbbüs qrupunun rəhbəri, eyni zamanda həyat yoldaşı və popuulyar bloger Sergey Tixanovskinin saxlanılması cəmiyyətdə həmrəylik hissi doğurub.
- Rusiya və Belaruzun “ dərinləşdirilmiş inteqrasiyası” təxirə salınıb. Minskdə müstəqillik tərəfdarları etiraz edir
- Bürokratik kəşflər dövrü: Belarusda koronavirus məmurları necə danışmağa vadar edib?
Tixonovski və onun tərəfdarları Qrodno şəhərində qanuni imzatoplama piketində “milis əməkdaşlarına qarşı zorakılıq faktına əsasən” saxlanılıblar. Ona qarşı cinayət işi qaldırılıb.
Nəticədə müxalif namizədin lehinə imza vermək istəyənlərin sayı qəfil artıb. Belarusun bütün böyük şəhərlərində piket keçirilib, Minskin mərkəzində isə Tixonovskayanın və digər müxalif namizədlərin tərəfdarları kilometrlərcə uzanan növbələrə düzülüblər.
Belarus prezidenti Aleksandr Lukaşenko müxalifət tərəfdarlarının aksiyasını Dövlət Təhlükəsizliyi Komitəsinin rəhbəri ilə görüşdə şərh edib və baş verənləri Ukraynanın Maydan hərəkatı ilə müqayisə edib.
“Biz burda ayrı-ayrı boşboğazların hansı məqsədləri güddüyünü çox yaxşı bilirik. Bu məqsədlər bizə aydındır: prezident seçkiləri ərəfəsində və ya prezident seçkisi günü bizimçün “maydancıq” düzəltmək. Onlar belə planlaşdırmışdılar… Bütün bu “meydan xəstələrinə” xəbərdarlıq etmək istəyirəm ki, Belarusda maydan olmayacaq”, – Lukaşenko bəyyan edib.
Belarusda prezident seçkiləri 2020-ci il avqustun 9-a təyin edilib.