İspan jurnalistləri münaqişənin qərəzli işıqlandırılmasına görə Ukraynadan deport olunublar
Anhel Sastre, foto: Ángel Sastre
İki ispan jurnalisti Antonio Pampliequ və Anhel Sastre İtaliyadan deport olunub və 2020-ci ilə qədər Ukraynaya girişləri qadağan edilib. Rəsmi versiyaya görə, buna səbəb Donbassdakı hadisələrin düzgün işıqlandırılmamasıdır.
Baş verənləri Hromadske.ua media portalının jurnalistləri araşdırıb.
Jurnalistlərdən biri Anhel Sastre isə öz növbəsində deyib:
Onun məqaləsində o cümlədən Ukrayna tərəfindən hədəfsiz atəşin açılması barədə də deyilir.
Problem yaradan onun qondarma “Donetsk xalq respublikası”ndan yazdığı yazısı olub, burada informasiya mənbəyi kimi ancaq silahlılar göstərilir. Materialda Rusiyanın rolu və Kreml tərəfindən separatçılara dəstək barədə heç nə deyilmir.
Ukrayna hakimiyyətinin addımlarını pisləyən bəyanatla Madridin Jurnalistlər Assosiasiyası çıxış edib. Bundan başqa, Beynəlxalq Jurnalistlər Federasiyası və Avropa Jurnalistləri Federasiyası Avropa İttifaqından ispan reportyorlarının Ukraynadan qovulmasına reaksiya verməyi xahiş edir.
Pamplieqeyə və Sastreyə artıq bir dəfə 2015-ci ildə Ukraynaya giriş qadağan edilib. O vaxt bu qərar beynəlxalq qalmaqaldan sonra Ukrayna prezidenti Pyotr Poroşenkonun göstərişi ilə ləğv edilib.