İlk dəfə: Azərbaycan və Ermənistan hakimiyyətlərinin birgə bəyanatı
Azərbaycan-Ermənistan birgə bəyanatı
İlk dəfədir ki, Ermənistan Baş Naziri Aparatı və Azərbaycan Prezidenti Administrasiyasının birgə bəyanatı yayılır, orada deyilir:
“Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür”.
İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir.
İki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.
Azərbaycan 32 erməni hərbçini, Ermənistan isə iki azərbaycanlı hərbçini azad edir.
Bundan başqa, bəyanatda deyilir:
- Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir.
- Azərbaycan Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.
Bəyanatın mətni bu sözlərlə tamamlanır:
“Azərbaycan və Ermənistan yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar”.
Azad ediləcək şəxslərin siyahısı:
Ermənistan saxladığı 2 azərbaycanlı hərbçini azad edir:
- Hüseyn Axundov
- Aqşin Bəbirov
Azərbaycan saxladığı 26 erməni hərbçini azad edir:
1. Avakyan Hraç Arzumanoviç
2. Serobyan Geqam Samveloviç
3. Hovanesyan Haykaz Koryunoviç
4. Tosunyan Levon Aşotoviç
5. Baqdasaryan Artur Eduardoviç
6. Stepanyan David Stepanoviç
7. Herabyan Hrayr Hraçoviç
8. Mikaelyan Andranik Vazgenoviç
9. Avakyan Serop Surenoviç
10. Kostanyan Narek Aqaoviç
11. Harutyunyan Varazdat Seryojeviç
12. Martoyan Manuk Hovanesoviç
13. Vardanyan Arsen Araikoviç
14. Dilanyan Arman Vazgenoviç
15. Tadevosyan Hrayr Vardanoviç
16. Bahrikyan Vahagan Edikoviç
17. Aramyan Karen Armenoviç
18. Sukiasyan Andranik Srapoviç
19. Martirosyan Gevorg Samveloviç
20. Kirakosyan Eduard Armeni
21. Gevorkyan Robert Hovikoviç
22. Yegiazaryan Sasun Seyranoviç
23. Hakopyan Volodya Qaqikoviç
24. Avakyan Tiqran Manikoviç
25. Saqatelyan Qriqor Seyranoviç
26. Avetisyan Vaqarşak Aşotoviç
27. Rafaelyan Vladimir Otari
28. Sarqsyan İşxan Aşoti
29. Ovagimyan Arutyun Yurikoviç
30. Kazaryan Karen Aşotoviç
31. Voskanyan Qagik Aşoti
32. Eulcekcian Viken Abraham